Ermənistanın
inkişafı sülh
müqaviləsini imzalamaqdan
keçir
Regionda sülhün
və sabitliyin bərqərar edilməsi ilk növbədə bölgə dövlətlərinin
marağında olmalıdır.
Region dövlətləri
istəmədikdən sonra
kənardan sülhün
gəlməsi qeyri-mümkündür.
Müəyyən edilmiş
sərhədlər daxilində
sülhə nail olmaq hər kəs üçün prioritet olmalıdır.
Ermənistanın Azərbaycan
ərazilərini işğal
altında saxlaması
30 ilə yaxın davam etmişdir və bu, çox
ağrılı bir proses olmuşdur. Təəssüf ki, BMT
TŞ-nin qətnamələri,
keçmişdə qalan
və münaqişənin
həlli üçün
mandat almış
ATƏT-in Minsk qrupu bu müddət
ərzində münaqişənin
həll edilməsinə
heç bir töhfə verməmişdir.
Hətta bugünkü
vəziyyətdə görürük
ki, bir zamanlar
ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa əksinə, münaqişənin
həllində yox, bölgədə hər zaman xaosun olmasında
maraqlı olub. Bu ölkə Ermənistanı hər addımda revanşist hərəkətlərə təhrik
edərək sülhün
və sabitliyin qarşısında maneə
yaratmış, bu cəhdlərinə hazırda
da davam edir. Fransa hər
addımda tarixə qovuşmuş münaqişəni
alovlandırmağa cəhd
edir.
Bəzi dairələr
unudurlar ki, məhz 2020-ci il sentyabrın 27-də başlayan
Zəfər yürüşümüz
44 gün kimi qısa müddətdə
tarixi qələbəmizlə
başa çatıb.
Nəticədə Ermənistan
məğlubiyyətə düçar
olaraq təslim olub və kapitulyasiya
aktını imzalayıb.
Daha sonra 24 saatdan da az
davam edən lokal xarakterli antiterror tədbirləri ilə separatçıların
üzərində inamlı
qələbə qazanmışıq
və ölkəmiz öz suverenliyini tam bərpa edib.
Bu gün erməni xalqı başa düşür ki, onları uzun illər ərzində idarə edən canilər yalnız Azərbaycan xalqına qarşı soyqırım cinayətləri
törətməmiş, eləcə
də öz hakimiyyətləri uğrunda
bütün kriminal əməllərə bulaşmışlar.
Bu gün regionun inkişafı üçün birgə səylərin həyata keçirilməsinin zamanıdır. Bunun əsasında regionun sabitliyi və dövlətlərin birliyi
dayanır. Davamlı inkişafa, sülhə və sabitliyə nail olmağın yolu isə Ermənistanın
sülh müqaviləsinı
imzalamasından keçir.
Ermənistan müqaviləni
imzalamalıdır. Bunun
icrasına nail olmaq üçün ölkəmizin
kifayət qədər
gücü və siyasi iradəsi var. Eyni zamanda
regiona sülhün gəlməsi hər gün dayaqları bir az da
zəifləyən Ermənistan
hakimiyyətinin dağılmasının
qarşısını almış
olacaq.
Prezident İlham
Əliyevin Gürcüstana
səfəri mühüm
əhəmiyyət kəsb
edir. Bu gün biz Cənubi
Qafqazda Azərbaycan və Gürcüstanın
timsalında bir dostluq nümunəsi görürük. Ölkələrimiz
tarixi, mədəni bağlılıqları ilə
yanaşı, uzun illərdir ki, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Azərbaycanda yaşayan
gürcülər, Gürcüstanda
yaşayan azərbaycanlılar
diskriminasiyaya məruz
qalmadan yaşadıqları
ölkənin ictimai-siyasi
həyatında yaxından
iştirak edirlər, yaradılmış bərabər
imkanlardan yararlanırlar.
Xalqlarımız arasında
tarixi köklərə
dayanan dostluq münasibətləri Ümummilli
Lider Heydər Əliyevin və Gürcüstanın mərhum
Prezidenti Eduard Şevardnadzenin səyləri
nəticəsində dövlətlərarası
dostluğa çevrilib.
Ölkələrimiz müstəqilliyini
yenidən bərpa etdikdən sonra Ümummilli Liderin Gürcüstanla dostluğa
verdiyi önəm, imzalanmış sənədlər
münasibətlərin inkişafına
müsbət töhfələr
verib. Gürcüstan ölkələrimiz arasında
dostluq münasibətlərinin
qurulmasında əvəzsiz
xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə
bir sıra tədbirlərə evsahibliyi
edir.
Sevindirici haldır
ki, bu gün
iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin
inkişafında dövlət
başçılarının səmimi münasibətləri,
yüksəksəviyyəli qarşılıqlı səfərləri
müsbət rol oynayır. Birgə icra edilən layihələr, mədəni,
iqtisadi, humanitar sahələrdə genişmiqyaslı
əlaqələr hər
iki ölkənin maraqlarına xidmət edir.
Qlobal layihələrin
birgə icra edilməsi, dəmir yolu xəttinin çəkilişi, ölkələrin
hər zaman bir-birinə dəstək verməsi, beynəlxalq təsisatlarda sıx əməkdaşlığı region və dünya üçün bir dostluq nümunəsidir.
Ölkəmiz hər zaman sülhə və əməkdaşlığa
böyük əhəmiyyət
verir, sülhə və birgəyaşayışa
xidmət edən bütün müsbət addımları dəstəkləyir.
Adil
ƏLİYEV,
Milli Məclis Sədrinin müavini
Azərbaycan.-2023.-
12 oktyabr, №-222.- S.3.