MDB ölkələrinin
təhlükəsizlik və
xüsusi xidmət orqanları rəhbərlərinin
növbəti iclası
keçirilib
Oktyabrın 11-də Bakı şəhərində
MDB-yə üzv dövlətlərin təhlükəsizlik
orqanları rəhbərləri
Şurasının (SORB) 53-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin
rəisi general-polkovnik
Orxan Sultanov və MDB ölkələrinin
müvafiq orqanlarının
rəhbərləri iştirak
ediblər.
Əvvəlcə tədbir
iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycanın
banisi və qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət
edərək önünə
gül dəstələri
qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbirin
rəsmi açılışı
olub, gündəlikdə
duran məsələlərin
müzakirəsinə başlanılıb.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqində qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib, tədbirin Bakı şəhərində
keçirilməsinin xüsusi
əhəmiyyət daşıdığını
diqqətə çatdırıb.
Xidmət rəisi
SORB-un Belarusun Minsk şəhərində
keçirilən son iclasından ötən qısa zaman ərzində dünyada təhlükəsizlik və
geosiyasi cəhətdən
bir sıra köklü dəyişikliklərin
baş verdiyini, bəzi ölkələrdə
yeni münaqişə
ocaqlarının yarandığını,
beynəlxalq terrorçuluq,
transmilli mütəşəkkil
cinayətkarlıq, dini
ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarının
artdığını və
bu vəziyyətin ölkələrdə əməliyyat
şəraitini xeyli mürəkkəbləşdirdiyini qeyd edib, tədbirin
göstərilən istiqamətlərdə
təcrübə və
fikir mübadiləsi aparmağa, MDB dövlətlərinin
mənfi təzahürlərə
qarşı birgə mübarizə üsullarını
və koordinasiyalı
iş mexanizmini daha da təkmilləşdirməyə,
gələcək fəaliyyətin
konturlarını cızmağa
əlavə imkanlar yaradacağına, mövcud
ikitərəfli və
çoxtərəfli əməkdaşlıq
əlaqələrinin yeni
mərhələyə yüksələcəyinə
inandığını deyib.
Əli Nağıyev iclasın gündəliyində
həlli vacib məsələlərin durduğunu,
tədbir çərçivəsində
dövlətlərin təhlükəsizliyi
baxımından mühüm
qərarların qəbul
ediləcəyinə, ümumilikdə
iclasın məhsuldar
keçəcəyinə ümidvar
olduğunu bildirib.
Respublikamızda təhlükəsizliyə
və sabitliyə əsas təhdidlərdən
sayılan, Azərbaycanın
Qarabağ bölgəsində
fəaliyyət göstərmiş
qanunsuz erməni silahlı birləşmələrinə
qarşı həyata
keçirilmiş antiterror
tədbirləri barədə
məlumat verən general-polkovnik Əli Nağıyev bildirmişdir
ki, həmin cinayətkar birliklərin
2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanatın ziddinə
olaraq ərazilərimizdən
çıxmaması, son
zamanlar onlar tərəfindən yaşayış
məntəqələrinin və kommunikasiyaların davamlı minalanması, ordumuzun mövqelərinin fasiləsiz atəş altında saxlanılması,
mülki vətəndaşların
və polis əməkdaşlarının həlak
olması ilə nəticələnən terror
aktlarının törədilməsi
qısamüddətli antiterror
tədbirlərinin keçirilməsini
zəruri və təxirəsalınmaz edib,
bununla da Azərbaycan Respublikası
öz suverenliyini bərpa edib.
Sonra iclas birlik ölkələrinin təhlükəsizlik məsələləri üzrə, o cümlədən MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı səylər birləşdirilməklə birgə mübarizəyə dair digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam etmiş, yekun sənədlərin imzalanması ilə başa çatıb.
Azərbaycan.-2023.-
12 oktyabr, №-222.- S.8.