Allahşükür
Paşazadə Müsəlman
Ağsaqqalları Şurasının
Baş katibi ilə görüşüb
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
şeyxülislam Allahşükür
Paşazadə Dünya
və ənənəvi
dinlər liderlərinin
Qurultay Katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə
səfərdə olduğu
Qazaxıstanda oktyabrın
10-da bir sıra görüşlər keçirib.
QMİ-nin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində
Allahşükür Paşazadə
Müsəlman Ağsaqqalları
Şurasının Baş
katibi Məhəmməd
Əbdüssalam ilə
görüşüb.
Şeyxülislam A.Paşazadə
Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin tamamilə bərpa olunması barədə Məhəmməd Əbdüssəlama
məlumat verib.
Baş katib bu tarixi hadisə
münasibətilə təbriklərini
çatdırıb, antiterror
tədbirləri zamanı
Azərbaycan tərəfindən
yerli əhaliyə qarşı heç bir zorakılıq halının qeydə alınmadığını xüsusi
vurğulayıb. Qeyd olunub ki, bununla
belə, bəzi ölkələr və siyasi dairələr yenə də məsələyə ikili
standartlardan yanaşaraq
bu aşkar faktı görmür və ya görmək
istəmir.
Tərəflər Müsəlman
Ağsaqqalları Şurasının
beynəlxalq aləmdə
artan nüfuzunu və Birləşmiş Millətlər Təşkilatı
başda olmaqla, müxtəlif beynəlxalq
strukturlarla fəal əməkdaşlığını məmnunluqla vurğulayıblar.
Məhəmməd Əbdüsalam
Abu-Dabidə keçiriləcək
BMT Ətraf Mühitin
Mühafizəsi üzrə
28-ci Konfransının tarixində
ilk dəfə olaraq Müsəlman Ağsaqqalları Şurasının
rəhbərliyi ilə
dini platformanın yaradılmasının planlaşdırıldığını
qeyd edib. Baş katib Qafqaz Müsəlmanları
İdarəsinin sədrinə
Cənub-Şərq Asiya
ölkələrinə səfərləri,
bu ölkələrdə
dinlərarası forumların
hazırlanması və
təşkili barədə
məlumat verib.
Şeyxülislam A. Paşazadə
bu təşəbbüslərə
tam dəstəyini ifadə edərək, Müsəlman Ağsaqqalları
Şurası rəhbərliyinin
həmin tədbirlərin
keçirilməsi ideyasını
yüksək qiymətləndirib.
Tərəflər Ümumdünya
Fətva evləri və qurumları Baş Katibliyinin konfransında iştirak etmək üçün şeyxülislamın gələn
həftə Qahirəyə
gözlənilən səfərinə
toxunaraq Qafqaz Müsəlmanları İdarəsinin
sədri ilə Əl-Əzhər şeyxi
arasında görüşün
təşkili imkanlarını
müzakirə ediblər.
Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və sədr müavini Rəşad Əliyarlı iştirak ediblər.
Azərbaycan.-2023.- 12 oktyabr, №-222.- S.8.