Ceyhun Bayramov: " Otuz il sonra bölgədə
sülh və sabitliyin təmin edilməsi üçün
tarixi imkan yaranıb"
Oktyabrın 11-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
Avropa İttifaqının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər
ki, görüşdə
tərəflər Azərbaycan
ilə Ermənistan arasında sülh sazişi layihəsinin perspektivləri, iki ölkə arasında normallaşma məsələləri,
bölgədəki son
vəziyyət, Azərbaycanın
Qarabağ bölgəsinin
yerli erməni əhalisinin reinteqrasiyası
istiqamətində atılan
addımlar ətrafında
fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin sülh gündəliyi üzrə
Avropa İttifaqı da daxil olmaqla,
beynəlxalq tərəfdaşların
vasitəçiliyi ilə
həyata keçirilən
görüşlərin müsbət
nəticələnməsində maraqlı olduğunu, 30 il sonra bölgədə
sülh və sabitliyin təmin edilməsi naminə tarixi imkanın yarandığını vurğulayıb.
Bu xüsusda, Ermənistan tərəfindən
revanşizmə gətirə
biləcək açıqlama
və bəyanatların
verilməsindən, ölkəmizə
qarşı aparılan
qondarma qarayaxma kampaniyasından çəkinməyin
vacibliyi diqqətə
çatdırılıb.
Görüşdə nazir Ceyhun Bayramov
Azərbaycanın Qarabağ
bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində
aparılan işlər
barədə qarşı
tərəfi məlumatlandırıb,
hazırda tərəfimizdən
yaradılmış elektron
portal vasitəsilə
yerli erməni sakinlərin qeydiyyatı prosesinin davam etdirildiyini bildirib.
Həmçinin erməni
sakinlərin Azərbaycan
ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə
ilə əlaqədar
olmadığı diqqətə
çatdırılaraq BMT rəsmilərinin
bölgəyə son səfərləri və səfər sonrası verilən açıqlamaların
bunun bariz nümunəsi olduğu qeyd olunub.
Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.
Azərbaycan.-2023.- 12 oktyabr, №-222.- S.8.