XİN: Katrin
Kolonanın Fransa Senatında Azərbaycana qarşı səsləndirdiyi
əsassız iddiaları
qətiyyətlə pisləyirik
Oktyabrın 11-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı
Azərbaycana qarşı
səsləndirdiyi əsassız
iddiaları qətiyyətlə
pisləyir və rədd edirik.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Xarici İşlər
Nazirliyinin Fransanın
Avropa və xarici işlər naziri Katrin Kolonanın
Fransa Senatında çıxışı zamanı
səsləndirdiyi iddialara
dair şərhində
bildirilib.
Qeyd edilib ki, Fransa nazirinin
Azərbaycanın Qarabağ
bölgəsini heç
bir güc tətbiq edilmədən, könüllü şəkildə
tərk edən ermənilərin Ermənistanda
yerləşməsinin guya
Azərbaycan tərəfindən
planlaşdırıldığı iddiasını səsləndirməsi
Fransanın beynəlxalq
təşkilatların rəyinin,
hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə,
öz məkrli və xəyalpərəst
siyasətlərini davam
etdirmək marağından
çıxış etdiyini
göstərir.
“Öz qanlı
müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı
tərəf olan Ermənistanı dəstəkləyən
Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir.
Azərbaycan ərazilərinin
işğaldan azad edilməsini, işğalçı
qüvvələrin qeyd-şərtsiz,
tam və dərhal çıxmasını,
məcburi köçkünlərin
öz evlərinə qayıtmasını tələb
edən BMT Təhlükəsizlik
Şurasının dörd
qətnaməsinin 27 il
ərzində icrasını
təmin etmək istiqamətində heç
bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qətnamə
qəbuluna çağırış
etməsi riyakarlıq
nümunəsidir.
Qırx dörd
günlük Vətən
müharibəsindən sonra
son üç il ərzində Fransa tərəfi əsassız BMT Təhlükəsizlik
Şurası təşəbbüsləri
ilə çıxış
etmək əvəzinə
qanunsuz fəaliyyətə
son qoyulması və erməni silahlı qüvvələrinin
ərazilərimizdən çıxarılması
məqsədilə Ermənistana
düzgün istiqamət
versəydi, bu, bölgədə sülh və təhlükəsizliyə
əsl töhfə olardı.
Fransa tərəfinə
bir daha xatırladırıq ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq
heç bir nəticə verə bilməz və bu kimi destruktiv
əməllərə dərhal
son qoyulmalıdır.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq”, - şərhdə vurğulanıb.
Azərbaycan.-2023.- 12 oktyabr, №-222.- S.8.