Ombudsman
Səbinə Əliyeva
Vyana Miqrasiya Konfransında iştirak edib
Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) miqrantların
hüquqlarının qorunması
və monitorinqi istiqamətində əhatəli
və səmərəli
fəaliyyət göstərir
və bu sahədə beynəlxalq tərəfdaşlığa xüsusi
önəm verir. Ombudsman Səbinə Əliyevanın rəhbərlik
etdiyi nümayəndə
heyəti 2023-cü il
10-11 oktyabr tarixlərində
8-ci Vyana Miqrasiya Konfransında iştirak etmək üçün Miqrasiya Siyasətinin İnkişafı üzrə
Beynəlxalq Mərkəzin
(MSİBM) dəvəti ilə
Vyanaya səfər edib.
Konfrans miqrasiya
üzrə qlobal müzakirələrin aparılması,
Avropa, Afrika və Asiyanın miqrasiya idarəçiliyi
üzrə qərarverənlər
və yüksək səviyyəli tərəflərin
bir araya gətirilməsi, həmçinin
regional və qlobal yerdəyişmə,
geri qayıdış,
reinteqrasiya və digər müvafiq sahələrdə fəaliyyət
göstərən beynəlxalq
təşkilatların, qeyri-hökumət
təşkilatlarının, media və özəl
sektorun nümayəndələrinin
bu sahədə müsbət təcrübələri,
üzləşdikləri çətinliklərin
həlli yollarının
müəyyən edilməsi
sahəsində fikir mübadiləsinin aparılması
məqsədi daşıyır.
Tədbirdə açılış
nitqi ilə çıxış edən
MSİBM-in Baş direktoru Mixail Şpindeleqqer miqrasiya siyasətinin uğurla həyata keçirilməsi,
miqrantların hüquqlarının
təmini, rifahlarının
yaxşılaşdırılması, cəmiyyətə səmərəli
inteqrasiyası naminə
kommunikasiyanın, dövlətlərin
əməkdaşlığının, birgə layihə və proqramların həyata keçirilməsinin
zəruriliyini vurğulayıb.
Mərkəzin məram
və məqsədlərini
iştirakçıların diqqətinə çatdıran
M.Şpindeleqqer inklüziv
müzakirələrin, üzbəüz
görüşlərin keçirilməsi
vasitəsilə miqrasiya
sahəsində əməkdaşlığın
daha da genişlənməsinə
töhfə verən beynəlxalq platforma olan Vyana Miqrasiya
Konfransının bu sahədə ən mühüm beynəlxalq tədbirlərdən olduğunu
vurğulayıb, miqrasiya
siyasətinə olan tələblər, qarşılıqlı
hörmət və tərəfdaşlığın zəruri olduğunu bildirib.
Tədbirdə Avstriyanın
Qadın, Ailə, İnteqrasiya və Media üzrə federal naziri Susanne Raab, Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsi rəhbəri Atilla Toros və müavini
Hüseyin Kök, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Mərkəzi
Aralıq dənizi üzrə vəziyyətlə
bağlı xüsusi
səfiri Vinsent Koçetel, Yunanıstanın
miqrasiya və sığınacaq üzrə
naziri Dimitris Kairidis, İsveçin miqrasiya naziri Maria Malmer Stenergard, “Fronteks”-in Əsas
İnsan Hüquqları
İdarəsinin rəhbəri
Jonas Grimheden və digərləri çıxış ediblər.
Konfrans çərçivəsində
MSİBM-in Baş direktoru M.Şpindeleqqer ilə keçirilən ikitərəfli görüş
zamanı Ombudsman Səbinə Əliyeva təsisatın insan hüquq və azadlıqlarının səmərəli
təmini, müdafiəsi
və pozulmuş hüquqların bərpası
sahəsində fəaliyyəti,
“Azərbaycan Respublikasının
İnsan hüquqları
üzrə müvəkkili
(ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər
nəticəsində Müvəkkilin
səlahiyyətlərinin genişləndirilməsi
barədə məlumat
verib. Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində
beynəlxalq əməkdaşlığa
xüsusi önəm verdiyi, milli insan hüquqları institutları və ombudsmanların beynəlxalq
və regional təşkilatlarına üzv
olduğu bildirilib.
Eyni zamanda, miqrantların hüquqlarının
qorunması istiqamətində
ölkə təcrübəsi
barədə məlumat
verilib, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində miqrantların saxlama yerlərinə də başçəkmələr həyata
keçirildiyi vurğulanıb.
Ombudsman 30 ilə
yaxın müddət
ərzində Ermənistanın
Azərbaycana qarşı
işğal və etnik təmizləmə siyasəti nəticəsində
ölkəmizdə bir
milyona yaxın soydaşımızın qaçqın
və məcburi köçkün həyatı
sürdüyünü, onların
sosial, iqtisadi, təhsil və digər hüquqlarının
təmininin daim diqqət mərkəzində
saxlanıldığını qeyd edib.
Bu sahədə beynəlxalq tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən Ombudsman MSİBM-lə davam edən əməkdaşlığın miqrasiya sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət etdiyini, həssas əhali qruplarına aid olan miqrantlara daha çox diqqət yetirilməklə onların hüquqlarının müdafiəsi üzrə yeni yanaşmaların tətbiq olunmasına töhfə verəcəyini vurğulayıb.
Azərbaycan.-2023.- 12 oktyabr, №-222.- S.8.