Qlobal dialoqların Şuşa zirvəsi

 

Beynəlxalq tədbirlərin baş ünvanına çevrilən mədəniyyət paytaxtımız 2026-cı ildə İƏT-in turizm  paytaxtı olacaq

 

"Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda Şuşa bizim qələbəmizin rəmzidir, sülhün rəmzidir...

...Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib nəhayət, bu gün Qlobal Media Forumu keçirilir. Yəni bu şəhər öz kimliyini qoruya bilmişdir".

2023-cü il iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi zamanı çıxışında Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağın baş tacı Şuşa artıq musiqi, şeir bayramlarının, mötəbər tədbirlərin, qlobal konfransların keçirildiyi, mühüm bəyannamələrin imzalandığı baş ünvana çevrilib.

Elə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının Vətən qibləmiz Şuşada keçirilməsi , üç əsrə yaxın tarixi olan qədim şəhərimizin müasir çağırışlar, qlobal dialoqlar məkanı olduğunun bariz göstəricisidir.

 

Şuşanın qürurlu çağı

 

Prezident İlham Əliyevin şəxsi nəzarəti altında sürətli quruculuq bərpa işləri aparılaraq Böyük qayıdışa möhtəşəm hazırlıq görülən Zəfər qalamız Şuşada kompleks işlər həyata keçirilir. "Şuşa hər birimizi özünə çəkir" deyərək, hər dəfəsində mədəniyyət paytaxtımıza böyük sevgi məhəbbətlə gələn İlham Əliyev tarixi şəhərimizdə görülən işlərlə şəxsən tanış olur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Qarabağın büllur qəsrində mədəni həyatın, ənənələrin axarına düşməsi üçün mühüm layihələr gerçəkləşdirilir. Fond tərəfindən qədim şəhərimizin tarixi, dini, mədəni abidələrinin müvəffəqiyyətlə bərpa edilməsi, illərdən sonra burada yenidən "Xarıbülbül" Musiqi Festivalının, "Vaqif Poeziya Günləri"nin təşkil olunması da bir daha göstərir ki, şuşa həm tarixi şan-şöhrətini, ruhunu özünə qaytarıb.

271 illik əzəmətli tarixə malik Şuşa getdikcə təkcə Azərbaycanın deyil, Qafqazın, böyük türk islam aləminin, ümumilikdə dünyanın mədəni diplomatik mərkəzinə, sivilizasiyalararası dialoqların keçirildiyi məkana  çevrilir.  

Təsadüfi deyil ki, azadlığının üzərindən ötən üç ilə yaxın qısa dövr ərzində mədəniyyət paytaxtımızda xeyli mühüm beynəlxalq tədbir, festival, forum konfranslar keçirilib.

Şuşanın tarixindəki ən əlamətdar hadisələrdən biri 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Prezident İlham Əliyevlə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalamaları olub.

2022-ci ili isə Azərbaycan xalqı başdan-başa "Şuşa ili"nin coşqusunda keçirib. Ötən il Dünya Azərbaycanlılarının V Qurultayının Vətən qibləmiz Şuşada baş tutmasının özünün xüsusi rəmzi mənası var idi.

Azərbaycanın mədəniyyət paytaxtı həm Qafqazın diplomatiya mərkəzi olaraq bilinir. Ötən il "Cənubi Qafqaz: İnkişaf Əməkdaşlıq" adlı beynəlxalq forumun Şuşada təşkil olunması buna əyani nümunə idi. Həmiçinin 2022-ci ildə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak edən dövlətlərin parlament nümayəndə heyətlərinin, eləcə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin Şuşaya səfər etmələri qədim şəhərimizin qlobal əməkdaşlıq platformasına çevrilməsini təntənəli nümayiş etdirdi.

2022-ci ildə Şuşada keçirilən tədbirlərdən biri isə Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası oldu.

 

Türk dünyasının qüruru

 

Bu il Şuşa bütün türk dünyasının qürur ünvanı olaraq "Türk Dünyasının Mədəniyyət Paytaxtı" kimi şərəfli missiyanı yerinə yetirir.

2023-cü il mayın 12-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi keçirildi.

Eyni zamanda ənənəvi olaraq Zəfər qalamızda xeyli beynəlxalq mötəbər tədbirlər həyata keçirilir.

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans da bu qəbildən idi. Sözügedən konfransın Şuşada keçirilməsi erməni vandalizminin izlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi.

Çoxsaylı beynəlxalq tədbirin keçirildiyi Şuşa şəhəri iyulun 21-də müstəqil Azərbaycanın tarixində ilk dəfə dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı.

Prezident İlham Əliyevin tapşırığına əsasən, "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumu keçirildi.

Prezident İlham Əliyev forumda çıxışı zamanı vurğuladı ki, Şuşa Qlobal Media Forumu ölkəmiz üçün əlbəttə, Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir.

 

Bölgədə sülh təşəbbüslərinin müəllifi

 

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirildi.

Şuşada keçirilən iclasın iştirakçılarına ünvanladığı müraciətində dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan İƏT-in fəal üzvüdür təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir.

Müraciətində iclas iştirakçılarının olduqca əlamətdar tarixi dövrdə Azərbaycana gəldiklərini vurğulayan Prezident onu da diqqətə çatdırdı ki, xalqımız ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır: "Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz bölgəsinin sülh əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır".

Elə bu beynəlxalq tədbirin Şuşada keçirilməsi göstərdi ki, artıq mədəniyyət paytaxtımız Cənubi Qafqazda sabitliyə, sülhə, rifaha, tərəqqiyə çağırışlar edilən unikal məkandır. 

 

İslam dünyasının mədəniyyət paytaxtı

 

Qarabağın mirvarisi hər ötən gün yeni-yeni şərəfli titullara sahib olur ki, bunlardan biri Şuşa şəhərinin 2024-cü il üzrə "İslam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülməsidir.

Onu da bildirək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın sədrliyi çərçivəsində oktyabrın 4-5-də İran İslam Respublikasının Ərdəbil şəhərində təşkilata üzv dövlətlərin yüksəksəviyyəli turizm ekspertlərinin 7-ci görüşü turizm nazirlərinin 5-ci iclası keçirilib. İclasda səsvermə nəticəsində Şuşa şəhəri İƏT-in 2026-cı il üçün turizm paytaxtı seçilib.

Gətirdiyimiz bu nümunələrdən göründüyü kimi, parlaq Şuşa Zəfəri sayəsində hər günümüz, ayımız, ilimiz Şuşa qələbəsinin təntənəsi, coşqusu, qüruru ilə keçir.

Qəhrəman Azərbaycan oğullarının açdığı Zəfər yolu ilə Qarabağın ürəyinə səfərə gələn xarici ölkələrin vətəndaşları, ümumiyyətlə, beynəlxalq ictimaiyyətin nümayəndələri Şuşanın, Qarabağın timsalında görürlər ki, Azərbaycan xalqının necə maddi-mədəni zənginlikləri var. Əcnəbi qonaqlarımız bu füsunkar təbiətli diyarın fonunda heyranlıqla seyr edirlər ki, Azərbaycan necə möhtəşəm milli dəyərlərə, ənənələrə, tolerantlığa, sülh ab-havasına malik ölkədir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 12 oktyabr, №-222.- S.9.