Şuşanın
daha bir önəmli tədbirə
evsahibliyi
İƏT-in mühüm toplantısının
mədəniyyət paytaxtımızda
keçirilməsinin simvolik
əhəmiyyəti var
Oktyabrın 10-da Azərbaycanın
İqtisadi Əməkdaşlıq
Təşkilatına (İƏT) sədrliyi çərçivəsində
Şuşada Xarici İşlər Nazirləri
Şurasının 27-ci iclası
keçirilib.
İşğaldan azad
olunduqdan dərhal sonra beynəlxalq tədbirlərə evsahibliyi
etməyə başlayan
Şuşa bu fəaliyyətini uğurla
davam etdirir. Bu gün dünyanı
narahat edən qlobal məsələlərin
Şuşada müzakirə
olunması Azərbaycanın
artan nüfuzundan xəbər verir. Xarici İşlər Nazirləri Şurasının
Şuşada keçirilən
görüşü ciddi
beynəlxalq və regional əhəmiyyət
kəsb edir.
Milli Məclisin
deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib
ki, 2020-ci il noyabrın 10-da Ermənistanın
kapitulyasiya sənədini
imzalamasından sonra işğaldan
azad edilən ərazilərimiz, o cümlədən
Şuşa yeni inkişaf dövrünü
yaşayır. Mədəniyyətimizin
beşiyi Şuşada
və işğaldan azad olunmuş digər ərazilərdə
qısa zamanda yenidənqurma və bərpa işləri geniş vüsət alıb, bu yerlərə
yeni nəfəs gəlib. Artıq bu ərazilərdə
"boz zona"lar aradan qaldırılıb,
təhlükəsizlik təmin
olunub. Qarabağda yaşayış məntəqələri
bərpa edilir, yeni yollar çəkilir,
hava limanları istifadəyə verilir.
2022-2026-cı illərdə həyata keçirilməsi
nəzərdə tutulan
Böyük qayıdışa
dair dövlət proqramı uğurla icra olunur. Keçmiş
məcburi köçkünlər
müasir şərait
yaradılmış doğma
yurdlarına qayıtmağa
başlayırlar.
Deputat bildirib ki, qürur doğuran faktdır ki, işğaldan azad olunmuş şəhərlər həm
də beynəlxalq tədbirlərə evsahibliyi
edir. Şuşa bu mənada xüsusilə fərqlənir
və mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirildiyi və qlobal əhəmiyyətli
qərarların qəbul
edildiyi ünvana çevrilib. Şuşa şəhəri həm də türk və islam dünyasının
mədəniyyət simvoludur.
Belə ki, 2022-ci il Azərbaycanda "Şuşa ili" kimi qeyd olunub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
isə bu şəhəri 2023-cü ildə
türk dünyasının
mədəniyyət paytaxtı
elan edib. Daha sonra Doha
şəhərində keçirilən
İslam dünyası
Mədəniyyət Nazirlərinin
12-ci konfransında Şuşanı
2024-cü ildə islam
dünyasının mədəniyyət
paytaxtı elan edilməsi ilə bağlı qərar qəbul olunub. Həm də oktyabrın 4-5-də İranın
Ərdəbil şəhərində
Azərbaycanın sədrliyi
ilə keçirilən
İƏT-na üzv dövlətlərinin yüksəksəviyyəli
turizm ekspertlərinin
7-ci görüşü və
turizm nazirlərinin
5-ci iclasında Şuşa
şəhəri İƏT-nin 2026-cı il üçün turizm paytaxı seçilib. Göründüyü kimi,
Şuşa beynəlxalq
əhəmiyyət kəsb
edən şəhərə
çevrilib. İƏT-nin
Nazirlər Şurasının
27-ci iclasının məhz
Şuşada keçirilməsi
də bu şəhərin dünyanın
diqqət mərkəzində
olmasından xəbər
verir.
Azər Badamov bildirib ki, Azərbaycan
1992-ci ildən etibarən
İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü
və fəal iştirakçısıdır. Şuşada keçirilən
görüşün mövzusunun
"Yaşıl keçid
və qarşılıqlı
bağlantılar" olması
da hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Çünki Azərbaycan dövləti
işğaldan azad edilmiş əraziləri
"yaşıl zona"
elan edib, bərpaolunan enerji sahəsinin bu ərazilərdə inkişaf
etdirilməsi prioritet seçilib.
"Bu gün dünyanı narahat edən ən vacib məsələlərdən
birinin də iqlim dəyişikliklərini
sürətləndirən atmosferin
dekorbonlaşdırması proseslərinin
genişləndirilməsi ilə
bağlıdır. Ölkəmiz
bu istiqamətdə də artıq fəaliyyətə başlayıb. Şuşa şəhərində məhz
bu mövzu üzrə müzakirələrin
aparılması İƏT-ə üzv olan dövlətlərin
xarici işlər idarələrinin rəhbərləri
üçün də
çox maraqlı olub. İclasda regional və qlobal əhəmiyyət daşıyan digər məsələlər ətrafında
da müzakirələr
aparılıb. Ümumiyyətlə,
Şuşada keçirilən
bu görüş böyük beynəlxalq əhəmiyyət daşıyır",
- deyə deputat vurğulayıb.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
12 oktyabr, №-222.- S.9.