Heydər
Əliyev Mərkəzində
Mixail Qusmanın Liderin ürəyi filmi təqdim olunub
Oktyabrın 10-da Heydər
Əliyev Mərkəzində
"TASS" informasiya agentliyinin
baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın "Liderin ürəyi" sənədli
filminin təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, ekran
əsəri Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
Baş direktorun
birinci müavini Mixail Qusman filmin
nümayişindən əvvəl
çıxışında bu ilin dahi
Heydər Əliyevin adı, yüzilliyi ilə ayrılmaz şəkildə əlaqəli
olduğunu vurğulayaraq
deyib: "Oktyabrın
10-u xüsusi gündür.
Düz 30 il bundan əvvəl
1993-cü il oktyabrın
10-da Heydər Əliyev
müstəqil Azərbaycanın
Prezidenti kimi and içib. O, həmin vaxt ən ağır vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib".
Mixail Qusman filmin niyə belə adlandırıldığı
barədə də danışıb: "Ekran
əsəri "Liderin
ürəyi" adlandırılıb,
çünki Heydər
Əliyev bütün
həyatı boyu ürəyini qorumadan işləyib, özünü
bütövlükdə doğma
xalqına həsr edib. Oktyabrın 15-də İlham Heydər oğlunun 2003-cü il seçkilərində inamlı
qələbə qazandığı
başqa bir tarixin qeyd olunması
çox simvolikdir".
Əməkdar jurnalist
qeyd edib ki, Heydər Əliyevin böyük arzusu idi ki,
Azərbaycan torpaqlarını
işğaldan azad etsin və bayrağı
azad edilmiş Şuşada, bütün
Qarabağda dalğalansın.
"2020-ci il noyabrın
8-də Azərbaycan bayrağı
Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb",
- deyə o bildirib.
Sonra "Liderin
ürəyi" sənədli
filmi nümayiş olunub.
Film Ulu Öndər
Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və
ölkəyə rəhbərlik
etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın
dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Heydər Əliyev
Azərbaycan tarixində
əsas rol oynayıb və dünya siyasətində dərin iz qoyub.
"Liderin ürəyi"
sənədli filmi Mixail Qusmanın Bill Klinton, Corc Buş,
Jak Şirak, Madlen Olbrayt, Toni Bler, Zbiqnev
Bjezinski və digər dünya liderləri ilə Heydər Əliyev haqqında apardığı
söhbətləri ehtiva
edir. Məhz onun dövründə Azərbaycan strateji tərəfdaşlarının sayını genişləndirərək,
beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. ATƏT və BMT kimi təşkilatlarda ölkənin
diplomatiyası fəallaşıb.
Uzaqgörən siyasətçi
Heydər Əliyev Azərbaycana böyük xarici investisiyalar cəlb edib ki, bu da
"Əsrin müqaviləsi"nin
imzalanmasına gətirib
çıxarıb.
Filmin nümayişinin
sonunda Mixail Qusman ekran əsərinin
ərsəyə gəlməsində
göstərdiyi dəstəyə
görə Heydər Əliyev Fonduna, eləcə də arxiv materiallarının əldə edilməsindəki
dəstəyə görə
AzTV-yə, Azərbaycan
Dövlət İnformasiya
Agentliyinə (AZƏRTAC) təşəkkürünü
bildirib.
Sonra Azərbaycanın
Xalq artisti Elçin Əzizov Xalq artisti Polad
Bülbüloğlunun müşayiəti
ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş
"Rekviyem" mahnısını
ifa edib. Qeyd edək ki, Azərbaycanın Xalq artisti Polad
Bülbüloğlu ekran
əsəri üçün
şair Yuri Ryaşentsevin şeirlərinə
mahnı bəstələyib.
Polad Bülbüloğlu
çıxış edərək
bildirib: "Bu gün biz azad
Qarabağı, azad Azərbaycanı görürük.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi Azərbaycanda və eləcə də digər ölkələrdə qeyd
edilir. Bu onu göstərir ki, Heydər Əliyev bu gün də öz xalqını tanıdır".
Qeyd edək ki, filmdə Heydər Əliyevin Mixail Qusmana verdiyi eksklüziv müsahibələri, onun
dəyərli fikirləri,
siyasi fəaliyyəti
ilə bağlı nadir arxiv kadrları
yer alıb. Çəkilişlər Moskvada,
Bakıda və Ulu Öndərin doğulduğu Naxçıvanda
aparılıb.
"Liderin ürəyi"
sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir.
Ekran əsəri Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.
Azərbaycan.-2023.- 12 oktyabr, №-222.- S.9.