UNESCO İcra
Şurasının 217-ci sessiyasında
Azərbaycanın bəyanatı
səsləndirilib
“Azərbaycan UNESCO-nun
prioritet və proqramlarının səmərəli
şəkildə həyata
keçirilməsinə böyük
önəm verir. Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə
açıq, şəffaf
və inklüziv şəkildə işləməkdə
qətiyyətlidir. Azərbaycan
mədəniyyətlərarası dialoq, eləcə də irqçilik və ayrı-seçkiliklə
mübarizə sahəsində
təşkilatın irəli
sürdüyü təşəbbüsləri
fəal şəkildə
dəstəkləyir, “Bakı
Prosesi” və “Mədəniyyət naminə
sülh” kimi qlobal təşəbbüslər
vasitəsilə mədəniyyətlər
və dinlər arasında dialoqu ardıcıl olaraq təşviq edir”.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər
Azərbaycanın UNESCO yanında
daimi nümayəndəsi
Elman Abdullayevin təşkilatın İcra
Şurasının 217-ci sessiyasında
təqdim etdiyi ölkəmizin milli bəyanatında yer alıb.
Bildirilib ki, Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama Hərəkatının
sədri kimi sülh, təhlükəsizlik
və Qlobal Dayanıqlı İnkişaf
Gündəliyinə töhfə
verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq
etmək üçün
səylərini əsirgəmir.
Ancaq regionda hələ də mövcud olan irqçilik, ayrı-seçkilik
və bununla bağlı dözümsüzlük
kimi təhlükəli
tendensiyalar narahatlıq
doğurur.
“Ermənistan 30 illik
hərbi təcavüz
zamanı Azərbaycanın
işğal olunmuş
ərazilərində mədəni
irsi tamamilə dağıdıb, talan edib və vandalizmə
məruz qoyub. Tarixi abidələr, məscidlər, məbədlər,
məqbərələr, muzeylər,
eksponatlar, sənət
qalereyaları, arxeoloji
abidələr və kitabxanalar kimi mədəni sərvətlər vəhşicəsinə
talan olunaraq yerlə bir edilib. İşğal zamanı Azərbaycanın
təhsil infrastrukturuna
da ciddi ziyan dəyib. Azərbaycanın işğal
altında olmuş ərazilərində 2 000-dən çox təhsil müəssisəsi Ermənistan
tərəfindən tamamilə
dağıdılıb. Ermənistanda
da Azərbaycanın mədəni irsinin dağıdılması, talan
edilməsi və mənimsənilməsi üzrə
sistemli siyasət həyata keçirilib. Ermənistanda azərbaycanlıların
tarixi izləri qəsdən məhv edilib, İrəvan, Qərbi Zəngəzur, Vedi, Nüvədi, Göyçə və bir çox digər dədə-baba və tarixi torpaqlarından didərgin
salınmış azərbaycanlıların
izləri tamamilə silinib”, - bəyanatda vurğulanıb.
Diqqətə çatdırılıb
ki, Ermənistanın azərbaycanlılara qarşı
apardığı etnik
təmizləmə siyasəti
Azərbaycanın qeyri-maddi
mədəni irsinə
də sarsıdıcı
təsir göstərib.
Azərbaycanın mədəni
irsinin Ermənistan tərəfindən dağıdılması
hər bir azərbaycanlının mədəni
hüquqlarına, xüsusən
də hər kəsin mədəni irsdən istifadə hüququna mənfi təsir göstərib. Azərbaycan hökumətinin,
çoxsaylı Azərbaycan
QHT-lərinin və Qərbi Azərbaycan İcmasının Ermənistanda
Azərbaycan mədəni
irsinin dağıdılmasından
dərin narahatlığını
ifadə edən və bu ölkədə
mövcud vəziyyəti
qiymətləndirmək üçün
UNESCO-nun baş direktoruna faktaraşdırıcı
missiya göndərməklə
bağlı müraciət
Azərbaycan xalqının
haqlı tələbidir.
2020-ci il Üçtərəfli
Bəyanatın imzalanmasından
ötən üç
il ərzində Ermənistan Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmə
saxlamışdı. Bu
ölkə, həmçinin,
Laçın yolundan Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq üçün
istifadə edib.
2023-cü ilin sentyabrında
qanunsuz erməni silahlı birləşmələrinin
çoxsaylı hərbi
təxribatlarına və
təxribat xarakterli əməllərinə cavab
olaraq, Azərbaycan Silahlı Qüvvələri
lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Antiterror tədbirləri zamanı humanitar hüququn normalarına tam uyğun olaraq mülki şəxslərə və
mülki infrastruktura zərər vurmamaq üçün bütün
işlər görülüb.
Bəyanatda qondarma
rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin tərk-silah
edilməsi, yerli erməni sakinlərin reinteqrasiyası prosesi, bunun üçün xüsusi portalın yaradılması, dialoq üçün əlverişli
mühitin yaradılması,
Azərbaycanın Ermənistanla
normallaşma planı
barədə də məlumat verilib.
Diqqətə çatdırılıb
ki, BMT-nin Azərbaycanın Qarabağ
bölgəsi, xüsusilə
də Xankəndi şəhəri üzrə
missiyasının hesabatında
mülki ictimai infrastruktura, eləcə də mədəni və dini məkanlara
heç bir ziyanın dəymədiyi,
Azərbaycanın Xankəndidə
səhiyyə xidmətlərinin
və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığı,
mülki şəxslərə
qarşı zorakılığa
yol verilmədiyi bildirilib.
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkan var.
Azərbaycan.-2023.- 12 oktyabr, ¹-222.- S.9.