Növbədə
insan qatilləri Köçəryan və
Sarkisyandır...
Xalqımıza qarşı cinayətdə
əli olan hər kəs layiq olduğu cəzanı alacaq
Üç il əvvəl, bu günlər Azərbaycan əsgəri qanı ilə xalqımızın
yeni şərəf salnaməsini yazırdı.
Hər gün sabahımızı 30 il düşmən işğalı
altında qalan torpaqlarımızın azad
olunması xəbərləri
ilə açırdıq...
Ordumuzun irəliləməsi
nəticəsində zəifləyən,
küncə sıxışdırılan
məkrli düşmənin
fitnə-fəsadı daha
da artırdı. Əhali arasında çaşqınlıq yaratmaq
üçün cəbhə
xəttindən yüz
kilometrlərlə uzaq
şəhərlərimizi hədəf
alan ermənilər müharibə və beynəlxalq qanunlara zidd olaraq dinc
əhalinin yaşadığı
binaları raket atəşinə tuturdular.
Oktyabrın 11-də gecə
saatlarında Gəncə
şəhərinə dördüncü
dəfə raket zərbəsi endirildi. Raket hücumu zamanı şəhərin
10 günahsız sakini
şəhid oldu,
40-dan çox insan yaralandı. Bundan bir neçə gün əvvəl 4 oktyabrda Gəncəyə raket zərbəsi endirilən zaman Qarabağ separatçılarının
lideri Araik Harutyunyan özünün
"X" hesabında Gəncəyə
onun əmri ilə raket zərbəsi endirildiyi barədə fərxlə
yazırdı: "Sizin
çoxunuz hər iki fotonu və
mənim bəyanatımı
xatırlayırsınız. Bildirirəm ki, biz zarafat etmirdik.
Bu gün əmr verdim ki, Gəncədə hərbi obyektlər neytrallaşdırılsın". Xatırladaq ki, raket zərbəsi endirilən ərazi hərbi obyektlərdən
uzaq mülki əhalinin sıx yaşadığı bir yer idi... Artıq
düşmən növbəti
fitnəkarlığını etmişdi...
Xalqımızın böyük öğlu Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, dövlət
iki şeydən sarsıla bilər: "Cinayətkar cəzasız
qalanda və günahsıza cəza veriləndə..." Ata vəsiyyətini şərəflə
və qətiyyətlə
yerinə yetirən Müzəffər Ali Baş Komandan işğal altında olan bütün torpaqları ordusu ilə azad etdiyi
kimi, əli xalqımızın qanına
bulaşmış cinayətkarların
cəzadan kənar qalmamaları, ədalət
məhkəməsi qarşısına
çıxarılmaları üçün qətiyyət
və prinsipiallıq nümunəsi göstərir.
Artıq regionda separatizmi təbliğ və təşviq edən, qanunsuz silahlı dəstələr
yaradaraq onlara rəhbərlik edib kütləvi qətliamlar
törədən, özünü
separatçı rejimin
"xarici işlər
naziri", "prezidentinin
dövlət müşaviri"
adlandıran David Babayan,
Ermənistan silahlı
qüvvələrinin hərbi
qulluqçusu, qondarma
"Dağlıq Qarabağın
Müdafiə Ordusu Komandanının birinci müavini" olan Davit Manukyan, Ermənistan silahlı qüvvələrinin hərbi
qulluqçusu, general-leytenant
"Dağlıq Qarabağın
müdafiə naziri"
postunu tutan Lyova Mnatsakanyan, özünü "Dağlıq
Qarabağın dövlət
naziri" adlandırıb
terrorçuları maliyyələşdirən,
qanunsuz silahlı dəstə yaradıb separatizmi təbliğ edən Ruben Vardanyan, özünü qondarma separatçı rejimin "prezidenti" adlandıran Araik Harutyunyan və Meşəlidə, Xocalıda
qətliamlar törədən
Vaqif Xaçaturyan həbs edilərək Bakıya gətirilib. İndi onlar əməllərinə görə
cavab verəcəklər.
Ermənistan indi
də Azərbaycana qarşı təcavüzdə,
terror əməllərində,
əsirlikdə olan hərbi qulluqçulara və mülki şəxslərə qarşı
insanlıq əleyhinə
ağır cinayətlər
törətmiş bu şəxslərin həbs
olunaraq Bakıya gətirilməsindən şou
düzəldərək ölkəmiz
əleyhinə məkrli
təbliğat aparmağa
çalışır. Amma
yalan ayaq tutar yeriməz. Bəri başdan qeyd edək ki, Ermənistanın start verdiyi bu
uğursuz kampaniya da iflasa məhkumdur.
Beynəlxalq Ədalət
Məhkəməsində düçar
olduğu uğursuzluqlara
baxmayaraq, bu dövlət yenə də əsassız olaraq beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında
iddialar irəli sürür, məqsədli
şəkildə sülh
və normallaşma prosesində maraqlı olmadığını nümayiş
etdirir.
Ermənistan beynəlxalq
təşkilatları, dünya
ictimaiyyətini çaşdırmaq
məqsədi ilə müharibə cinayətləri
törətməkdə ittiham
olunan separatçıları
siyasi məhbus adlandırır. Hansı ki, indi hərbi
cinayətlərdə adları
keçən həmin
separatçıların özləri
müxtəlif zamanlarda
mətbuatda çıxış
edərək "qürurla"
azərbaycanlı girov
və məhbusları
necə qul kimi işlətdiklərini,
onlara qarşı necə amansızlıqla zorakılıq etdiklərini
danışıblar. Ermənistanda
və digər Avropa dövlətlərində
oturub Azərbaycan əleyhinə saxta ittiham yağdıranlar unutmasınlar ki, bu hadisələr çox da uzaq
tarixdə baş verməyib. Onların zülmünü görüb
zərərçəkmiş şahidlər var... Həm də həbs olunanlar səhvlərini anlayıb
törətdikləri cinayətləri
etiraf edirlər.
Azərbaycan
əsir götürülmüş
hərbi qulluqçulara
qarşı hər zaman ləyaqətlə davranıb. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi
zamanı Ermənistan
əsir götürdüyü
Azərbaycan əsgərlərinə,
mülki vətəndaşlara
qarşı xüsusi
amansızlıqla davranıb.
Bunu təsdiqləyən
istənilən qədər
fakt, videomaterilal, insanların bədənində
işgəncələr, zülmün
nişanələri var.
Bundan başqa, Ermənistan tərəfi əsir götürdükləri
insanların ləyaqətini
alçaldaraq məhkəməsiz,
qanunsuz cəzalandırdıqları
barədə özlərinin
çəkib yaydıqları
videogörüntülər var...
Dumanlı
hava şəraitində
yolunu azaraq Ermənistana keçən
iki əsgərimizin başına gətirilən
oyunları xatırlayanda
belə, insan dəhşətə gəlir.
Ermənistan hakimiyyəti
bu şəxslərə
qarşı amansızlıq
edənlərə nəinki
cəza verdi, hüquqi ölçü
götürdü, əksinə,
həmin əsirləri
saxta ittihamlarla mühakimə edib 12 il müddətinə azadlıqdan məhrum etdi. Bu gün
beynəlxalq hüquqdan,
humanizmdən danışan
Ermənistan 4000 nəfərə
yaxın əsir, itkin və girov
götürdüyü soydaşlarımızın
taleyi, öldürülübsə
yeri haqqında məlumat verməkdən yayınır.
Bunun əksi olaraq Azərbaycan əsir götürülmüş,
saxlanılmış hərbi
qulluqçulara, eləcə
də hazırda həbsdə olan separatçı rejimin başçılarına qarşı
hər zaman ləyaqətlə davranıb.
Onların saxlanma şəraiti, yerləri barədə həm ailə üzvlərinə,
həm də beynəlxalq təşkilatlara
məlumat verilir. Vəkillə təmin ediliblər. Vaxtaşırı
həkim müayinəsindən
keçirilib müalicə
olunurlar
.
Əlbəttə ki,
iki xalq arasında düşmənçilik
toxumu səpən, qanlı müharibələrə
səbəb olan separatçılar və onlara rəhbərlik edənlər cəzasız
qalmayacaqlar. Müvəqqəti
olaraq hələ ki ədalətdən yayına bilən Robert Köçəryanın, Serj
Sarkisyanın da həbs olunaraq Azərbaycanda ədalət
məhkəməsi qarşısına
çıxarılacaqları gün gəlib çatacaq. Onlar da, bu münaqişəni
yaradıb bundan şəxsi mənfəətləri
üçün bəhrələnən
digər cinayətkarlar
da düşünməsinlər
ki, cəzasızlıqları
əbədi olacaq. Çox çəkməz
ki, "Gəncənin
bombalanmaq əmrini mən vermişəm"
deyən Araik Harutyunyan və digərləri kimi ədalət məhkəməsi
qarşısında cavab
verib etdiyi əməllərin cəzasını
çəkəcəklər.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
12 oktyabr, №-222.- S.10.