Paşinyan
nazirlərinə etibar
etmir
Hayastan yeni siyasi xaosa
sürüklənir
Hayastanda anti-Rusiya
siyasəti ətrafında
başlanan məlum böhran fonunda hadisələrin daha gərgin məcrada inkişaf edəcəyinə
dair verilən proqnozlar özünü doğrultmağa başlayır.
Belə məlum olur ki, bu
ölkə daxilində
qarşıdakı dövr
ərzində kifayət
qədər ciddi nəticələrə gətirib
çıxaracaq ziddiyyətlər
meydana çıxacaq.
Nikol Paşinyan
yaxın vaxtlarda vəzifəsini tərk edəcək nazirlərin yerinə namizədlər axtarmağa başlayıb.
"Joğovurd" nəşrinin
yazdığına görə,
baş nazir İrəvan Qəyyumlar Şurasına seçkilərindən
sonra mərkəzi icra hakimiyyətində təmizləmə işlərinə
başlayacaq. Müəllif
bildirib ki, bu müddət ərzində fəaliyyətsiz
qalan nazirlər postları ilə vidalaşacaqlar: "Fəaliyyətsiz
nazirlər arasında
ədliyyə naziri Qriqor Minasyan, ətraf mühit naziri Hakop Simidyan,
ərazi idarəetmə
və infrastrukturlar naziri Qnel Sanosyan,
həmçinin sosial
məsələlər naziri
Narek Mkrtçyan da var. Hakimiyyətə
yaxın mənbələrimizdən
əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan artıq bu nazirləri
əvəz edəcək
şəxslər axtarmağa
başlayıb. Məlumata
görə, Paşinyan,
məsələn, Narek
Mkrtçyanın yerinə
"Vətəndaş müqaviləsi"
fraksiyasının deputatı,
maliyyə krediti və büdcə məsələləri daimi
komissiyasının sədri
Gevorq Papoyanı görür. Onu da qeyd edək
ki, bununla bağlı yekun qərar verilməyib, müzakirələr gedir".
İrəvanda Paşinyan
iqtidarına etiraz edən insanlar Hayastanda fəaliyyət göstərən diplomatik
nümayəndəliklərin qarşısında aksiya keçirməyə başlayıblar.
Etirazçılar Almaniya,
Fransa və İtaliya səfirliklərinin
qarşısına toplaşıblar.
Aksiya iştirakçıları
bildiriblər ki, əhali artıq Paşinyana və komandasına inanmır, çünki onlar xalqa verdikləri vədə əməl etmədilər. Qeyd edilib ki, Hayastan
hazırda ən ağır günlərini
yaşayır. Ölkədə
məmur özbaşınalığı,
rüşvətxorluq və
işsizlik tüğyan
edir. Orduda komandirlərə qarşı
işgəncə halları
artıb. Vətəndaşlar
məhkəmə sistemindən
və polis zorakılığından cana
gəliblər. Sakinlər
qeyd ediblər ki, qoy Avropa
ölkələri Paşinyanın
seçiciləri ilə
necə davrandığının
şahidi olsunlar. Bu səbəblərdən
Hayastanda yeni baş nazirə ehtiyac var.
"4rd.am" saytı yazır ki, ölkədə populizm asan bir yol
olduğu halda başqa bir yol axtarmağa ehtiyac qalmır: "Xalqı aldatmaq üçün ibtidai mexanizm işləyəndə
niyə başqa yollar axtarılmalıdır?
Bu cür düşüncə növü
Hayastanda son zamanlar üstünlük təşkil etməkdədir".
Saytın yazdığına
görə, cəmiyyət
artıq Paşinyan hökumətinin səriştəsizliyindən,
onların parlamentdəki
çoxluğundan bezib.
Erməni xalqı
hərəkət və
hərəkətsizliyi ilə
dövlətin təhlükəsizliyini
təhdid etdiyini belə, anlamayan Nikolun komandasının təkəbbürlü cəhalətindən
cana gəlib: "Bu gün biz
Hayastanda bu proseslərin aktiv mərhələsinin şahidi
oluruq. Belə görünür ki, artıq Nikolun "küməsi" yatmaqdadır.
Bu gün baş nazirin rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi"
partiyasına qoşulmaq
üçün müraciətlərin
sayı kəskin şəkildə azalıb.
Nikol Paşinyanın müvəqqəti fiqur olduğunu təkcə yerli ermənilər deyil, həm də Hayastanın hüdudlarından kənarda
da insanlar başa düşməyə
başlayıblar".
Bu arada yerli sosial araşdırma
şirkətləri bildirir
ki, Hayastanda hakimiyyət üçün
ən böyük problem sosial sahələrdən qaynaqlanır.
Bloqçu Manvel Laevonyan Hayastanda vətəndaşların vacib
problemlərini araşdırıb.
Rəyi soruşulanların
48 faizi işsizliyin Hayastanın başlıca
problemi olduğunu söyləyib. Respondentlərin
40,5 faizi ölkədəki
iqtisadi vəziyyətin
düzəlməsinə üstünlük
verib. Rəyi soruşulanların 26,8 faizi
isə təqaüd və əməkhaqlarının
az olmasından şikayət edib. Respondentlərin 26,1 faizi Qarabağ məsələsini
Hayastanın vacib problemi sayır. Sorğuda iştirak edənlər emiqrasiya, korrupsiya və terroru da ölkənin
başlıca problemləri
sırasında görüblər.
Nəticələrdən aydın olur ki, ermənilər üçün sosial problemlər ön planda gəlir. Bundan istifadə etməyə çalışan
keçmiş hərbi
xunta təmsilçiləri
Paşinyana qarşı
fəaliyyətini daha
da genişləndirirlər.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
12 oktyabr, №-222.- S.10.