III “Korkut Ata” Türk Dünyası
Film Festivalı başa
çatıb
Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində
“Şuşa - Türk Dünyasının
Mədəniyyət Paytaxtı
2023” ili çərçivəsində
III "Korkut Ata" Türk Dünyası
Film Festivalının bağlanış
mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Bakı
Media Mərkəzinin rəhbəri
Arzu Əliyeva, rəsmi
şəxslər, Türk dünyasının
tanınmış sənət
adamları və digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl
Arzu Əliyeva Mərkəzdə
milli geyimlər və
Azərbaycanın klassik
və müasir filmlərinin posterləri olan sərgi ilə tanış olub.
Sonra mərasimdə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş
olunub.
TÜRKSOY-un
Baş katibi Sultan Raev çıxış
edərək festival barədə
təəssüratlarını bölüşüb. O, III “Korkut Ata” Türk Dünyası Film Festivalının
Türk dünyası filmlərini
tanıtmaq üçün
böyük bir fürsət olduğunu bildirib: “Bu festivala gələcəkdə də
dəstək olmağa
davam edəcəyik”.
Sultan Raev çıxışının sonunda TÜRKSOY-un xüsusi
mükafatını Xalq
artisti Fəxrəddin Manafova təqdim edib.
Münsiflər heyətinin
sədri, Xalq artisti Vaqif Mustafayev festivalın
əhəmiyyətindən bəhs edib.
Daha sonra sənədli və bədii filmlər müsabiqəsi
üzrə münsiflər
heyəti qonaqlara təqdim olunub.
Türk dünyası kinematoqrafiyasına
verdiyi töhfələrə
görə Hocaqulu Narlıyev, Mayagözəl
Aymedova, Çarlıyar
Seyidli (hər üçü Türkmənistan),
Serdar Gökhan, Metin Günay (hər ikisi Türkiyə), Həmidə Ömərova,
Oqtay Mirqasımov,
Orman Əliyev, Ağasi
Məmmədli (hamısı
Azərbaycan), Firdavs Abduxalikov
(Özbəkistan) və
Azamat Satıbaldı (Qazaxıstan)
fəxri mükafatlarla
təltif olunub.
“Jambıl”
filminə görə
qazaxıstanlı rejissor
Dosjan Janbotaev, “Hep 33 yaşında” filminə görə türkiyəli
rejissor Murat Pay jürinin
xüsusi mükafatına
layiq görülüb.
“Ən
yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev
("Qızıl alma", Türkmənistan), "Ən
yaxşı aktrisa"
nominasiyası üzrə
mükafatı isə
Təhminə Rafaella ("Məryəm",
Azərbaycan) qazanıb.
“Ən
yaxşı ssenari” mükafatına “Abdulla Oripov”
(Özbəkistan) filmi layiq
görülüb.
“Ən
yaxşı rejissor” nominasiyasında Zhuraeva
Asel Talibzhanova (“Tanrıverdi”,
Qırğızıstan) qalib
olub.
“Ən
yaxşı sənədli
film” nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan),
2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.
“Ən
yaxşı bədii
film” nominasiyasında “Yıldız tozu” (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib
olub. Mükafat Bakı Media Mərkəzinin
rəhbəri Arzu xanım
Əliyeva tərəfindən
təqdim edilib.
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Adil Kərimli növbəti
“Korkut Ata” festivalının Türkmənistanın Anev şəhərinə
ötürülməsini və
orada keçiriləcəyini
simvolizə edən
“Durna quşu” mükafatını
Türkmənistanın nümayəndəsinə
təqdim edib.
Adil Kərimli çıxışında
III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətini
yüksək qiymətləndirərək
əməyi keçənlərə
təşəkkürünü bildirib.
Bədii hissədə
“Dədə Qorqud” dastanının motivləri
əsasında hazırlanmış
ədəbi-bədii kompozisiya
nümayiş olunub.
Qeyd edək ki, festival Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY, Azərbaycan Respublikası
Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı
ilə oktyabrın 8-dən
11-dək paytaxtımızda keçirilib.
2021-ci ildən təşkil
olunan festivalın birincisi Türkiyənin İstanbul şəhərində,
ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində
təşkil edilib.
Artıq üçüncü
dəfə təşkil
edilən festivala Azərbaycan, Türkiyə,
Özbəkistan, Qazaxıstan,
Qırğızıstan və
Türkmənistanla yanaşı,
Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan,
Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan
(Rusiya Federasiyası)
32 bədii, sənədli
və animasiya filmi təqdim olunub.
Filmlər Nizami Kino Mərkəzində nümayiş etdirilib.
Azərbaycan.-2023.- 12 oktyabr, ¹-222.- S.11.