Müxalifətdən Prezidentə minnətdarlıq: “İlham Əliyevin bütün tarixi zəfərlərdə silinməz parlaq imzası var

 

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri   maddi mədəniyyət inciləri deyil, həm dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.

Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider yetişdirib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət ehtiramla yanaşırlar.

Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyənlərin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı qəbul edildi.

İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, "Dağlıq Qarabağ" probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa pisləməyə başladı.

Ümummilli Lider Heydər Əliyevin ocağında layiqli Azərbaycan vətəndaşı kimi yetişən İlham Əliyev atasının yolu ilə addımlayaraq uca şəxsiyyətin yarımçıq qalan taleyüklü işlərini, planlarını gerçəkləşdirərək Azərbaycan xalqı, dövləti adına misilsiz tarixi qələbələr qazandı. Bütün bu misilsiz uğurlar, nailiyyətlər həm Heydər Əliyevin Azərbaycanın gələcəyini özü qədər inandığı  İlham Əliyevə etibar edərək, bir daha müdrikliyini, uzaqgörənliyini vətən sevgisini izhar etməsinin təcəssümüdür. 

2003-cü il oktyabrın 15-dən - İlham Əliyevin xalqın yekdil qərarı ilə Prezident seçilməsindən ötən 20 illik dövrə qısa nəzər yetirdikdə möhtəşəm xronikanın şahidi oluruq. Bu dövrdə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi, mədəni, ümumiyyətlə, bütün sahələr üzrə böyük tərəqqi inkişaf yaşanıb, respublikamız Cənubi Qafqazın lider ölkəsi olub. Ölkəmiz, həmçinin qlobal miqyaslı məsələlərin, problemlərin həlli ilə bağlı müzakirələrin, dialoqların aparıldığı unikal ünvan kimi beynəlxalq aləmə səs salıb.

Respublikamız dünyanın enerji mərkəzinə, yol qovşağına, ərazisi işğal altında olan ölkədən zəfər ölkəsinə, məğlub xalqdan qalib xalqa çevrilib.

Torpaqlarımız 30 illik əsarətdən qurtulub, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunub, sərsəm erməni millətçilərinin Qarabağda yaratdıqları quldur yuvası dağıdılıb, torpaqlarımızda iki əsrlik erməni layihəsi iflasa uğradılıb. Yüz minlərlə insanımızın yurd həsrəti bitib, cənnətməkana çevrilən Qarabağ Şərqi Zəngəzura Böyük qayıdış gerçəkləşdirilib.

Cəmi iki onillik ərzində Azərbaycan adına qazanılan bütün bu tarixi zəfərlərdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Qalib Lider İlham Əliyevin parlaq silinməz imzası var.

 

Tahir KƏRİMLİ,

Milli Məclisin deputatı,

Vəhdət Partiyasının sədri

Azərbayca.-2023.- 15 oktyabr, № 225.- S.16.