“Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi və Özbəkistan Respublikasının
Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan
Respublikasının ərazisində
məhdud məsuliyyətli
cəmiyyət formasında
Azərbaycan–Özbəkistan
İnvestisiya Şirkətinin
yaradılması haqqında
Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2023-cü il iyulun
18-də Şuşa şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi və Özbəkistan Respublikasının
Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan
Respublikasının ərazisində
məhdud məsuliyyətli
cəmiyyət formasında
Azərbaycan–Özbəkistan
İnvestisiya Şirkətinin
yaradılması haqqında
Saziş” təsdiq edilsin.
2. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 oktyabr 2023-cü il
Azərbaycan .-2023.- 15 oktyabr, № 225.- S.2.