Azərbaycan daim
Türk dünyasının birliyi amallarına sadiqdir
Oktyabrın 14-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti
Ersin Tatarı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə
Türk dünyası
xalqlarının bir-biri
ilə tarixi bağlılığına söykənən
əlaqələrinin genişləndirilməsindən
və xalqlarımız
arasında humanitar, mədəniyyət, təhsil,
idman sahələrində
əməkdaşlığın genişləndirilməsi üçün
imkanların mövcud
olmasından məmnunluq
ifadə edilib.
Bu xüsusda, səmərəli platforma
kimi Türk Dövlətləri Təşkilatının
rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti Türk dünyası xalqlarının bundan sonra da müxtəlif
sahələrdə əlaqələri
inkişaf etdirəcəyinə
ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın
həmişə Türk
dünyasının sıx
birləşməsinə öz
töhfəsini verdiyini
və bundan sonra da Türk
dünyasının birliyi
amallarına sadiq qalacağını qeyd edib.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin
Türk Dövlətləri
Təşkilatı çərçivəsində
müşahidəçi üzv
kimi fəaliyyətindən
danışılıb. Qeyd
edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi
Əməkdaşlıq Təşkilatı
və İslam Əməkdaşlıq Təşkilatı
yanında müşahidəçi
statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı
yanında da Şimali Kipr Türk Cümhuriyyətinin
müşahidəçi statusunun
olması tam məntiqlidir.
Ersin Tatar öz
növbəsində Azərbaycanın
suverenliyini tam təmin etməsi münasibətilə Prezident
İlham Əliyevi təbrik etdi. O, həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri
çərçivəsində keçirilən tədbirlərdən
məmnunluq ifadə edərək, yaradılan şəraitə görə
Azərbaycan Prezidentinə
minnətdarlığını bildirdi.
Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu
Sonda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan.-2023.-
15 oktyabr, № 225.- S.2.