YAP Sədrinin
müavini Nepalda keçirilən AEPF-nin
5-ci iclasında iştirak
edib
Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin
müavini – Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov oktyabrın 14-də Nepalın
paytaxtı Katmanduda keçirilən və 16 ölkədən 26 siyasi partiya nümayəndəsinin
qatıldığı Asiya-Avropa
Siyasi Forumunun (AEPF)
5-ci iclasında iştirak
edib.
Bu barədə
AZƏRTAC-a YAP-ın mətbuat
xidmətindən bildirilib.
Məlumat verilib
ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı
(ICAPP) və Avropa Parlamentindəki Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun
(ECR) birgə platforması
olan AEPF-nin yaradılmasında məqsəd
Asiya və Avropanın aparıcı siyasi partiyaları arasında əlaqələri
genişləndirməkdir.
İclasda ICAPP Daimi
Komitəsinin Sədri,
Koreya Respublikasının
keçmiş xarici işlər naziri Çunq Eu-yonq, Nepalın sabiq Baş naziri, Nepal Kommunist Partiyasının (UML) sədri
Xadqa Prasad Şarma Oli, ICAPP Daimi Komitəsinin üzvü, AEPF-nin həmsədri, Nepal Kommunist Partiyasının Beynəlxalq əlaqələr
şöbəsinin müdiri
Racan Bhattaray və Nepal parlamentinin
üzvü, Nepal Konqresi Partiyası Mərkəzi Komitəsinin
üzvü, sabiq Baş nazir müavini və xarici işlər naziri xanım Sucata Koirala açılış nitqi
ilə çıxış
ediblər.
Sonra AEPF-nin həmsədri, Avropa Parlamentinin Çexiyadan olan deputatı və ECR-ın üzvü Yan Zahradilin moderatorluğu ilə “Dayanıqlı turizmin təşviqi” mövzusunda birinci sessiya keçirilib.
Racan Bhattarayın
moderatorluğu ilə
“Pandemiyadan sonrakı dövrdə maliyyə sabitliyinin qorunması” mövzusunda keçirilən
ikinci sessiyada YAP Sədrinin müavini Tahir Budaqov da
çıxış edib.
Koronavirus pandemiyasının
geniş vüsət aldığı ilk vaxtdan etibarən həm əhalinin sağlamlığını qorumaq,
həm də sosial-iqtisadi immunitet yaratmaq məqsədilə
respublikamızda həyata
keçirilən effektiv
mübarizə tədbirlərindən
bəhs edən Tahir Budaqov Azərbaycan
iqtisadiyyatının pandemiyadan
sonrakı mərhələyə
hazırlanmasına elə
pandemiya dövründə
başlandığını vurğulayıb. YAP Sədrinin
müavini çıxışında
Azərbaycanın pandemiya
dönəmində dövlət
siyasətinin təkcə
milli məzmun kəsb etmədiyini, eyni zamanda, beynəlxalq
əhəmiyyət daşıdığını
söyləyərək bu
kontekstdə Prezident İlham Əliyevin qlobal səviyyədə göstərdiyi təşəbbüsləri
- Azərbaycanın uğurla
sədrlik etdiyi Türk Şurasının
və Qoşulmama Hərəkatının pandemiyaya
qarşı mübarizəyə
həsr olunmuş Zirvə görüşlərinin
keçirilməsini, 2020-ci ilin dekabr ayında
BMT Baş Assambleyasının
dövlət və hökumət başçıları
səviyyəsində Xüsusi
sessiyasının baş
tutmasını diqqətə
çatdırıb. Azərbaycanın
dünya miqyasında
“peyvənd millətçiliyi”nə
qarşı çıxması,
Prezident İlham Əliyevin müxtəlif beynəlxalq təşkilatların
tribunalarından birmənalı
şəkildə peyvəndlərin
ölkələr arasında
qeyri-bərabər bölüşdürülməsinin
yolverilməzliyi barədə
çıxışları, eləcə də Azərbaycanın peyvəndlərə
əlçatanlığı olmayan bir neçə
ölkəyə vaksinlər
və digər yardımlar göndərməsi,
Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon
dollar həcmində vəsait ianə etməsi də xüsusi qeyd olunub. Tahir Budaqov
çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə
uğurlarının həm
də Ermənistanın
növbəti hərbi
təxribatlarına cavab
olaraq başlayan və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, ərazi bütövlüyünü təmin
etməsi və tarixi ədalətin bərpası ilə nəticələnən 44 günlük
Vətən müharibəsi
fonunda əldə edildiyini vurğulayıb:
“Lakin həmin müharibənin yekunu olaraq Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən
imzalanmış Bəyanatla
Ermənistanın faktiki
olaraq kapitulyasiyanı
qəbul etməsinə
baxmayaraq, həmin sənədlə öz üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirməməsi, Rusiya
sülhməramlı qoşunlarının
müvəqqəti yerləşdirildiyi
ərazilərdə hərbi
təxribatları davam
etdirməsi, Azərbaycanın
suverenliyinə və konstitusiya quruluşuna təhdid yaradan revanşist hərəkətlərin
günü-gündən artması
Azərbaycanı 2023-cü il 19 sentyabr tarixində lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə
məcbur etmiş və 24 saat ərzində qanunsuz hərbi birləşmələrin
ləğv olunması,
ölkənin bütün
ərazisi üzərində
suverenliyimizin tam bərqərar olunması təmin edilmişdir. Növbəti mərhələdə
Azərbaycanın dayanıqlı
inkişafının təmin
edilməsi, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası
və orada yaşayan erməniəsilli
əhalinin reinteqrasiyası,
investisiyaların cəlb
olunması, iqtisadi və sosial sahələrdə islahatların
davam etdirilməsi ölkəmiz qarşısında
duran prioritet vəzifələrdir”.
Tahir Budaqov çıxışının sonunda siyasi partiyaları maliyyə sisteminin sabitliyini qorumaq və iqtisadi inkişafın davamlılığını təmin
etmək üçün
tərəfdaşlıq əlaqələrini
gücləndirməyə, bilik və təcrübələrini
bölüşməyə, daha sıx koordinasiyalı
fəaliyyət qurmağa
çağırıb.
İclasın sonunda
AEPF-nin yenilənmiş
fəaliyyət qaydaları
və aparılmış
müzakirələrin əsas
nəticələrini özündə
əks etdirən Katmandu Bəyanatı qəbul edilib.
Günün sonunda
iştirakçılar Nepal
Kommunist Partiyasının
Sədri Şarma Olinin adından verilən şam yeməyinə qatılıblar.
Səfərin sonuncu günü, oktyabrın 15-i mədəni proqram çərçivəsində iştirakçıların Himalay dağlarının ətəyində yerləşən Dhulikhel və Nepalın qədim mədəniyyət mərkəzi olan Bhaktapur şəhərlərinə ziyarəti nəzərdə tutulub.
Azərbaycan.-2023.- 15 oktyabr, ¹ 225.- S.2.