Azərbaycan
XİN AŞPA-nın son
qətnamə və tövsiyəsini şiddətlə
qınayıb
Avropa Şurası
Parlament Assambleyasının
(AŞPA) 2023-cü il 12 oktyabr
tarixli 2517 (2023) saylı
qətnaməsini və
2260 (2023) saylı tövsiyəsini
qətiyyətlə rədd
edir və şiddətlə qınayırıq.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Xarici İşlər
Nazirliyinin AŞPA-nın
son qətnamə və tövsiyəsinə
dair şərhində
bildirilib.
Qeyd edilib ki, bu qurum
Azərbaycana münasibətdə
növbəti dəfə
qərəzsiz yanaşma
nümayiş etdirmək
imkanına malik olmadığını göstərir.
AŞPA Ermənistana məxsus
separatçı rejim
və ərazisindəki
qeyri-qanuni erməni silahlı qüvvələri
tərəfindən təhlükəsizliyinə
və ərazi bütövlüyünə əsas
təhdidin aradan qaldırılması istiqamətində
Azərbaycanın həyata
keçirdiyi tədbirləri
alqışlamaq əvəzinə,
əsassız şayiələrə
və müəyyən
dövlətlərin bölgəmizdə
Azərbaycanı ləkələyən
məkrli siyasətinə
əsaslanan yanaşma
nümayiş etdirməkdə
davam edir.
Bu sənədlər
Avropa Şurasının
beynəlxalq hüququn
norma və prinsiplərinə, xüsusilə
də bütün üzv dövlətlərin
beynəlxalq səviyyədə
tanınmış sərhədləri
daxilində müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünə
hörmətlə bağlı
öhdəliklərini bir
daha təsdiq edən əsas qərar və sənədlərinə açıq
şəkildə zidd
olmaqla yanaşı, Ermənistanı Azərbaycana
qarşı növbəti
təcavüzə və
revanşizmə təhrik
edir.
Terrorçuluğa qarşı
24 saatlıq lokal mübarizə tədbirlərinə
aparan hadisələrin
təhrif olunmuş şəkildə təqdim
edilməsi, habelə
BMT-nin regiona həyata keçirilən
iki missiyası və Ermənistandakı
BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığı tərəfindən
müsbət qiymətləndirildiyi
və Azərbaycanın
hər hansı zorakılıq tətbiq etmədiyi təsdiqləndiyi
kimi, Azərbaycanın
humanitar hüquqa hörmətinə və erməni əsilli yerli mülki sakinlərin insan hüquqlarının pozulmasının
qarşısını almaq
üçün ölkəmiz
tərəfindən həyata
keçirilmiş lazımi
tədbirlərə məhəl
qoyulmaması, AŞPA çərçivəsində
Azərbaycana qarşı
uzunmüddətli qərəzin
göstəricisidir.
Diqqətə çatdırılıb
ki, bundan əlavə, son on ayda Laçın
yolundan hərəkətlə
bağlı AŞPA-nın
əsassız iddiaları
və Ermənistanın
Laçın sərhəd
buraxılış məntəqəsi
ilə bağlı iddialarını yekdilliklə
rədd edən Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli
qərarına məhəl
qoyulmaması ilə yanaşı, Məhkəmənin
qərarlarının yanlış
şərh edilməsi
qəbuledilməzdir. Həmçinin,
4000-ə yaxın itkin
düşmüş azərbaycanlının
taleyinə, 44 günlük
müharibədən sonra
həlak olanların sayını 333-ə çatdıran
mina təhlükəsinə,
əvvəllər işğal
altında olan Azərbaycan ərazilərində
qeydə alınan dağıntıların miqyasına
aydınlıq gətirilməməsi
də dərin narahatlıq doğurur.
Otuz ilə yaxın müddət ərzində Azərbaycanlı
məcburi köçkünlərin
və Ermənistandan zorla qovulmuş etnik azərbaycanlı qaçqınların insan
hüquqlarının pozulmasına
göz yumulmaqla yanaşı, Azərbaycanın
Qarabağ bölgəsinin
erməni sakinlərinin
könüllü surətdə
yerdəyişməsi ilə
bağlı böhtan
və hədsizlik nümayiş etdirən arqumentlər bu qurumun insan hüquqları
ilə bağlı öhdəliklərinin açıq
şəkildə pozuntusudur.
AŞPA etnik ermənilərin
hüquqlarını mövcud
olmayan təhlükələrdən
müdafiə etməklə
bərabər, Ermənistandan
qovulmuş azərbaycanlıların
hüquqlarının bərpası
və ləyaqətlə
geri qayıtmaları ilə bağlı müraciətlərə məhəl
qoyulmur.
“AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır. Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz”, - deyə açıqlamada vurğulanıb.
Azərbaycan/-2023.- 15 oktyabr, № 225.- S.2.