Xalqlar
dünyada tarixi şəxsiyyətləri ilə
tanınır
Xalqlar dünyada
maddi nemətləri, təbii sərvətləri
ilə deyil, tarixi şəxsiyyətləri
ilə tanınır.
Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanı
dünyada son 20 ildə Prezident İlham Əliyev şəxsiyyəti tanıtdı.
2003-cü ildə keçirilən
prezident seçkiləri
tariximizin ən önəmli seçkilərindən
oldu desək, yanılmarıq.
2003-cü il oktyabrın
15-də xalq doğru seçimini edərək,
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
İlham Əliyevə
etimad göstərib Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin
inkişafında yeni bir mərhələ başlandı. Geridə qoyduğumuz 20 ildə Azərbaycanda elə bir sahə yoxdur
ki, orada islahatlar aparılmasın,
inkişafa nail olunmasın. Bu 20 ildə Azərbaycan dünyanın ən sürətlə inkişaf
edən ölkələrindən
birinə çevrildi.
Bu gün məhz İlham Əliyevin apardığı
siyasətin nəticəsidir
ki, hər birimiz "var imzamız imzalar içində" sözlərini
qürurla deyir, Ulu Öndərin söylədiyi kimi, azərbaycanlı olmağımızla
fəxr edirik. Bu gün xalq
öz lideri ilə öyünür.
İlham Əliyev
dünyanın nəhəng
siyasətçiləri tərəfindən
heyrətlə izlənilən
liderdir. Cənab Prezidentin diplomatiya və dövlət idarəçiliyindəki zəngin
təcrübəsi, biliyi,
eyni zamanda şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, Azərbaycana beynəlxalq arenada böyük hörmət var. Ölkəmizdə aparılan
davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində
Azərbaycan iqtisadi inkişaf sürətinə
görə dünyanın
lider dövlətləri
ilə bir sırada dayanır. Güclü xalq, güclü dövlət,
güclü lider vəhdəti müstəqil
və müasir Azərbaycanın qüdrətinə
çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların
həyatına birdəfəlik
daxil oldu.
İlham Əliyevin
apardığı məqsədyönlü
islahatlar və genişmiqyaslı tədbirlər
nəticəsində Azərbaycanın
iqtisadi və hərbi-müdafiə qüdrəti
daha da gücləndi
və bu, 44 günlük Vətən müharibəsində parlaq
qələbəmizin qazanılmasına
zəmin yaratdı. Ali Baş Komandanın
qətiyyəti, Ordumuzun
gücü, birliyimiz bizi 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində
qalib xalq etdi. Ali Baş
Komandan İlham Əliyev tarix yazdı. Bu il sentyabrın 19-da isə Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz
qanunsuz erməni hərbi birləşmələrindən
tamamilə təmizləndi,
separatçı rejim
özünü buraxdığını
elan etdi. Beləliklə, Azərbaycanın
ərazi bütövlüyü,
suverenliyi bərpa olundu.
Prezident İlham
Əliyev tarix yazır. Dövlətimizin
başçısının adı tariximizə həm də Müzəffər Sərkərdə
kimi həkk olundu. Bu gün
Azərbaycan dünyanı
həm də işğaldan azad edilmiş ərazilərində
sürətli bərpa
və yenidənqurma işləri ilə heyrətləndirir. Azad edilmiş ərazilərimizdə
yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, strateji infrastruktur obyektləri açılır.
Bir sözlə, azad edilmiş ərazilər yenidən qurulur. Dövlətimizin başçısının dediyi
kimi, Qarabağ cənnətə çevriləcək.
Artıq keçmiş
məcburi köçkünlər
doğma yurd-yuvalarına
dönürlər. Ötən
20 ildə Azərbaycan
xalqı həmişə
öz liderinə güvənib, inanıb, ona arxa və
dayaq olub. İnanırıq ki, İlham Əliyevin prezidentliyi ilə Azərbaycan bundan sonra da zirvədən-zirvəyə,
qələbədən-qələbəyə
addımlayacaq.
Oqtay ƏSƏDOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
15 oktyabr, № 225.- S.7.