15 oktyabrdan başlayan yüksəliş

 

2003-cü ilin 15 oktyabr tarixində Prezident İlham Əliyev ilk dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin dövrdən başlayaraq Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoydu, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bütün sahələrdə uğurla davam etdirildi.

Ulu Öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğu işini Prezident İlham Əliyev uğurla davam etdirərək, 2020-ci ildə bölgədə yeni reallıq yaratdı, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həyata keçirdi, Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi, adını dünya tarixinə yazdırdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi qoymaqla ərazi bütövlüyümüzü bərpa etmişdiksə, sentyabrın 19-da isə suverenliyimizi tam bərpa etdik. Qarabağ bölgəmizdə yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən hərbi postlardan çıxması tam şəkildə tərk-silah olunması, Ermənistan silahlı qüvvələri birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, paralel şəkildə bütün silah-sursat ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqı əsgəri bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.

Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik informasiya savaşı cəbhəsində misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. Prezident İlham Əliyev, informasiya cəbhəsində dünyanın aparıcı media qurumlarına müsahibələri ilə Ermənistanın bütün təbliğatının üzərindən xətt çəkdi.

Bu gün Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, həssas mürəkkəb bölgədə yerləşməsinə baxmayaraq, həm region, həm dünya ölkələri ilə yüksək səviyyəli əlaqələrə malikdir. Bu gün Prezident İlham Əliyev dünyanın ən arzuolunan rəğbət bəslənilən liderlərindən biridir. Müasir dövrdə Prezident İlham Əliyev bütün platformalarda Azərbaycanın haqq mövqeyini uğurla müdafiə edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən müdrik siyasət nəticəsində hazırda Azərbaycan Şərqlə Qərb arasında körpüyə, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın hər yerində olduğu kimi, Qarabağda Şərqi-Zəngəzurda da böyük quruculuq abadlıq işləri həyata keçirilir. Bütün bu addımlar tezliklə Qarabağı Şərqi-Zəngəzuru ən abad gözəl bölgələrdən birinə çevirəcək.

Sonda tam əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü suveren aktoruna çevrilib. Dövlətimizin başçısının praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

 

Ceyhun MƏMMƏDOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.7.