Qürur
doğuran uğurlarımızın
müəllifi
Respublikamızın tarixində mühüm siyasi hadisə olan 2003-cü ilin prezident seçkilərindən
20 il ötür. Məhz həmin seçkilərdə xalqımız
ilk dəfə cənab İlham Əliyevə etimad göstərib özünün
etibarlı gələcəyinə,
inkişafa və güclü dövlətçiliyə
səs verdi.
2003-cü ilin seçkiləri
həm də Heydər Əliyev ideyalarının təntənəsinə
çevrildi və belə bir həqiqətin
təsdiqi oldu ki, Ulu Öndərin
müəyyən etdiyi
siyasi kursun alternativi yoxdur.
Cənab İlham
Əliyevin namizədliyi
Yeni Azərbaycan Partiyası tərəfindən
irəli sürülmüşdü.
Amma İlham Əliyev yalnız YAP-ın deyil, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının namizədi
idi. Bu baxımdan
2003-cü ilin prezident
seçkilərinin nəticəsi
xalqımızın siyasi
iradəsinin ifadəsinə
çevrildi. Ötən
20 ilin mənzərəsi
də göstərir ki, xalqımız ilk dəfə 2003-cü ilin seçkilərində
cənab İlham Əliyevə etimad göstərməklə özünün
müdrik və tarixi seçimini etmişdi.
2003-cü ilin prezident
seçkilərində qazandığı
qələbədən sonra
keçirilən andiçmə
mərasimində İlham
Əliyev demişdi:
"Ölkəmiz müasir
dövlətə çevriləcəkdir.
Bütün bunları
etmək üçün
Azərbaycanda çox
işlər görmək
lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün
ən başlıcası,
ölkədə Heydər
Əliyevin siyasəti
davam etdirilməlidir. Bu gün yüksək
kürsüdən çıxış
edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Ötən 20 ilin
ən böyük həqiqəti məhz cənab İlham Əliyevin 20 il əvvəl dediyi bu sözlərin real həyatda təntənəsidir. Bu
20 ildə respublikamızda
cəmiyyət həyatının
bütün sahələrində
böyük dəyişikliklər
baş verib, Azərbaycan sürətlə
inkişaf edən müasir dövlətə,
regionda və dünyada söz sahibinə çevrilib. Ulu Öndərin müəllifi olduğu enerji siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin liderliyi və qətiyyətli siyasiəti ilə bu illər ərzində
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərləri,
"Cənub qaz dəhlizi" kimi strateji layihələrin reallaşdırılması Azərbaycanın
inkişafına təkan
verməklə yanaşı,
ölkəmizin beynəlxalq
mövqelərini möhkəmləndirib.
Bakı-Tbilisi-Qars dəmir
yolu xətti və digər möhtəşəm nəqliyyat
infrastrukturlarının yaradılması
nəticəsində cənab
İlham Əliyev Azərbaycanın "Şərq-Qərb"
və "Şimal-Cənub"
nəqliyyat dəhlizlərində
aparıcı mövqeyə
malik olmasını təmin edib.
Ötən 20 ildə
Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks iqtisadi siyasətin nəticəsidir ki, bütün sosial-iqtisadi çağırışlar uğurla
reallaşıb, iqtisadiyyatımız,
hər bir regionumuz tərəqqi yoluna çıxarılıb,
bölgələrin iqtisadi
potensialının hərəkətə
gətirilməsi təmin
olunub, şəhər
və rayonlarımızın
siması dəyişib,
modernləşib. Respublikamızda
işsizliyin və yoxsulluğun səviyyəsi
minimal həddə endirilib. Dövlətimizin
başçısının neft kapitalının insan kapitalına çevrilməsi təşəbbüsləri
də bu gün öz bəhrəsini verməkdədir.
Bütün bunlar
Prezident İlham Əliyevin andiçmə
mərasimində dediyi
kimi, Heydər Əliyev siyasətinin davamı, Ulu Öndərin ideyalarının
həyata vəsiqə
almasıdır. Bütövlükdə,
20 ilin hər bir mərhələsi Azərbaycanı inkişafdan-inkişafa,
uğurdan-uğura aparıb.
Ölkəmiz yüksələrək
öz tarixinin ən qüdrətli mərhələsinə qədəm
qoyub. Elə buna görə də 2008-ci, 2013-cü və
2018-ci ilin prezident seçkilərində də
xalqımız cənab
İlham Əliyevin ətrafında səfərbər
olub, öz rəhbərinə hər
zaman etimad göstərib, eyni zamanda parlament və bələdiyyə seçkilərində İlham
Əliyevin rəhbəri
olduğu Yeni Azərbaycan Partiyasının
namizədlərinə səs
verib.
Prezident İlham
Əliyevin Azərbaycana
rəhbərliyinin ən
böyük uğur göstəricisi isə əlbəttə ki, torpaqlarımızın işğaldan
azad edilməsi, ərazi bütövlüyümüzün
bərpası və Qarabağda suverenliyimizin təmin edilməsidir. Dövlət başçısının
2003-cü ildə andiçmə
mərasimindəki çıxışı
ilə bir daha tanış olduqca görürük ki, cənab İlham Əliyev Azərbaycana rəhbərliyinin
ilk günündən
torpaqlarımızın işğaldan
azad edilməsini öz fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirib.
Həmin andiçmə
mərasimində "Bizim
səbrimiz də tükənməz deyildir.
Azərbaycan öz doğma torpaqlarını
nəyin bahasına olursa-olsun, azad edəcəkdir" deyən
Prezident İlham Əliyev Vətən müharibəsinə qədər
bu yolda lazım olan bütün addımları
atdı, qətiyyətli
və müdrik siyasət yürütdü,
modern ordu quruculuğu həyata keçirdi. Təsadüfi
deyil ki, 44 gün davam edən Vətən müharibəsi tariximizə
Prezident İlham Əliyevin sərkərdə
qətiyyətinin, yüksək
liderlik keyfiyyətlərinin,
ordumuzun əzmkarlığının
və yüksək döyüş qabiliyyətinin
nəticəsi kimi həkk olundu. Bu savaşda qazandığımız
şanlı zəfər
Ulu Öndər Heydər Əliyevlə başlanan və cənab İlham Əliyevlə davam edən siyasi kursun dövlətimizin və xalqımızın
milli maraqlarını
qətiyyətlə təmin
etməsinin ən möhtəşəm təcəssümü
oldu. Torpaqlarımızın
azadlığını təmin
etməklə cənab
İlham Əliyev tariximizə qızıl hərflərlə həkk
olunan milli salnamənin müəllifinə
çevrildi.
Eyni zamanda bu savaş möhtərəm
Prezidentimizin həyata
keçirdiyi mütərəqqi
gənclər siyasətinin
təntənəsi oldu.
Bu siyasətin nəticəsi kimi gənclərimizin vətənpərvər
ruhda yetişmələri
torpaqlarımızın azad
edilməsində öz
sözünü dedi.
Cənab İlham
Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin
və bu ali vəzifədə fəaliyyətinin 20-ci ilinin
tamamında dövlətimiz
və xalqımız ərazi bütövlüyümüzün
və suverenliyimizin tam bərpa edilməsinin növbəti
qürurverici təntənəsini
yaşayır. Belə
ki, sentyabr ayının 19-20-də Azərbaycan
Silahlı Qüvvələrinin
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdikləri
Qarabağda həyata keçirdiyi və cəmi 23 saat davam edən antiterror tədbirləri ilə Azərbaycan ərazisindəki erməni
separatizmi məhv edildi. Artıq Qarabağda Azərbaycan qanunlarından kənar qalan "boz zona" yoxdur. Prezident İlham Əliyev qətiyyətli və güclü siyasi iradəsi ilə saxta erməni iddialarına, Azərbaycan
torpaqlarında ikinci erməni dövlətinin yaradılması
kimi riyakar plana həmişəlik son qoydu, xalqımızın
milli haqqını və tarixi ədaləti təmin etdi.
Vətən müharibəsinin
nəticəsi kimi regionumuzda yeni reallıqlar hakimdir. Bu reallıqların əsas göstəriciləri
ərazi bütövlüyümüzün
bərpası, Azərbaycanın
dünyada nüfuzunun
daha da yüksəlməsi,
qlobal mövqelərinin
daha da güclənməsi,
işğaldan azad edilmiş ərazilərimizin
sürətlə bərpa
olunması, keçmiş
məcburi köçkünlərin
tədricən doğma
torpaqlarına qayıdışıdır.
Qüdrətli dövlətçiliyimizi,
etibarlı gələcəyimizi
və tarixin ən güclü Azərbaycanını şərtləndirən
də Prezident İlham Əliyevin yaratdığı bu tarixi reallıqlardır.
20 il əvvəl prezident seçkilərində
xalqımız ilk dəfə cənab İlham Əliyevin ətrafında səfərbər
olanda da məhz bu amillərə
səs vermişdi.
Cəbi
QULİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.- 15 oktyabr,
№ 225.- S.12.