Nəyi
necə və nə zaman etməyi
ən yaxşı bilən Lider
Ümummilli Lider
Heydər Əliyevin Azərbaycan xalqının
qarşısındakı ən
böyük xidməti
ölkənin gələcəyini
etibar edə biləcəyi layiqli siyasi varisini cəmiyyətə təqdim
etməsidir. Tarix sübut etmişdir ki, bəzi böyük
sərkərdələr və
liderlər özlərindən
sonra dövləti idarə edə biləcək bir şəxsiyyəti yetişdirmədiyinə
görə güclü
imperiyalar dağılmışdır.
Ulu Öndər isə Azərbaycanın dövlət müstəqilliyinin
əsaslarını yaratmaqla
yanaşı, özündən
sonra dövlətin və xalqın taleyini etibar edə biləcəyi bir şəxsiyyət yetişdirdi.
15 oktyabr 2003-cü il
prezidentliyə seçkilər
ərəfəsində 1 oktyabr
2003-cü ildə Ümummilli
Lider Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü, xalqa müraciət edərək onun əsasını qoyduğu
siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi:
"...Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan
gələn prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək, Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri,
planları, işləri
sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər
bəsləyirəm".
Ümummilli
Liderin xalqa çağırışının dövlətin və xalqın taleyinin gələcəyi ilə bağlı olduğunu zaman sübut etdi. Prezident İlham Əliyevin dövlətə
rəhbərliyinin 20 ilində
Azərbaycan ictimai-siyasi
həyatın bütün
sahələrində kompleks
inkişaf yolu keçdi. Bu inkişaf yoluna Ulu Öndərin siyasi kursunun və strategiyasının
yüksək dəqiqliyi
ilə davam etdirilməsi sayəsində
nail olunmuşdur. İlk növbədə, ölkədə siyasi sabitliyin daha da möhkəmlənməsini
qeyd etmək olar. Bu illərdə ölkədə siyasi
sabitliyi pozmaq üçün
daxildən və
xaricdən çoxlu cəhdlər də oldu. Amma Azərbaycan
xalqı öz Prezidentinin ətrafında
daha sıx birləşdi və bu birliyi heç
bir gücün sarsıda bilməyəcəyini
dünyaya nümayiş
etdirdi. Bu gün Azərbaycanın hər bir vətəndaşı
özünün Prezidenti
ilə fəxr edir və qürur
duyur. Dövlət başçısı ilə
xalq arasındakı monolit birlik uğurların təməlində
dayanır.
Prezident
İlham Əliyevin rəhbərliyi dövründə
dövlət idarəetmə
sistemində dərin islahatlar həyata keçirildi. Bu islahatlar korrupsiyaya qarşı mübarizəni
gücləndirdi, operativ
və şəffaf idarəetmə sisteminin formalaşmasına yol açdı. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların hakimiyyət
qollarına sirayət
etməsi ölkədə
demokratik və şəffaf idarəetmə
sistemini yaratdı. Ölkədə təmin olunmuş siyasi sabitlik və şəffaf dövlət
idarəçiliyi iqtisadi
islahatların uğurla
aparılmasına yol açdı. Cənab İlham Əliyev prezident seçiləndə
Azərbaycanın regionları
ilə mərkəz arasındakı fərqi aradan qaldıracağını
və həyata keçirilən sosial iqtisadi inkişafdan hər bir vətəndaşın
yararlanacağını qeyd
etmişdi. Məhz
2003-cü ildə imzalanan
və 2004-cü ildən
icrasına başlanmış
regionların sosial - iqtisadi inkişafına dair Dövlət Proqramının icrası
sayəsində Azərbaycanın
bütün regionları
yenilənmişdir. Bu
gün də həmin dövlət proqramının 4-cü mərhələsinin
icrası davam etdirilir və bu mərhələ yeni bir dövrdə
tamam başqa bir ruhda həyata
keçirilir. Bu ruh qələbə ruhudur.
Xüsusi qeyd etmək lazımdır ki, son 20 ildə
Azərbaycanda ÜDM 5 dəfə
artaraq adambaşına
düşən ÜDM 888,6 dollardan 4214 dollara yüksəlmişdir. Azərbaycanın
valyuta ehtiyatları
67,5 milyard dollara çatmışdır. Bu
da xarici dövlət borcumuzu 10 dəfə üstələyir.
Regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramının
üç mərhələsi
çərçivəsində ölkə iqtisadiyyatına 245 milyard dollar investisiya yatırılmışdır.
2019-2023-cü illəri əhatə
edən dördüncü
dövlət proqramının
icrasına 20 milyard dollara yaxın investisiyanın yatırılması
nəzərdə tutulsa
da, torpaqlarımızın
işğaldan azad olunması bu məbləğə daha
7 milyard dollar əlavə edilməsini şərtləndirmişdir. Qazlaşma 51 faizdən 98 faizə yüksəlmişdir. Son
20 ildə 18 min kilometrdən çox avtomobil yolu tikilib istifadəyə verilmişdir. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi.
Son 20 ildə 50-yə
yaxın müxtəlif
tipli elektrik stansiyaları tikilib istifadəyə verildi. Bu gün isə
bərpaolunan enerjinin istehsalı ilə bağlı yeni layihələrə imza atılır.
Son 20 ildə 4
minə yaxın yeni məktəb, bütün regionlarda Olimpiya İdman Kompleksləri tikilmiş, xəstəxanalar yenidən
qurulmuşdur. Sosial sahədə aparılan islahatlar vətəndaşların
rifahının artmasına
xidmət etmişdir. Son 20 ildə işsizlik 5,5 faiz, yoxsulluq 5 faizə enmiş, ölkədə
əməkhaqları, pensiyalar
və müavinətlər
dəfələrlə artırılmışdır.
Azərbaycan Ordusuna
yeni hərbi texnikalar alınaraq müasirləşdirildi. Silahlı
Qüvvələrin peşəkarlığı
artırıldı. Üç
il əvvəl baş verən Vətən müharibəsində
Azərbaycanın rəşadətli
ordusu yüksək döyüş bacarığını
nümayiş etdirib
44 günə torpaqları
işğaldan azad etdi, düşmənə
kapitulyasiya aktını
imzalatdı. Cari ilin 19-20 sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində
Qarabağda erməni separatizminin kökü kəsildi. Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
xalqı son 200 ilin ən şərəfli
və şanlı tarixini yazdı. Böyük qələbənin
təməlində Prezident
İlham Əliyevin
rəhbərliyi altında
ölkəmizdə möhkəmlənən
milli birlik və həmrəylik dayanır.
Son 20 ilin ən böyük nailiyyəti işğaldan
azad edilimiş əraziləri yenidən qurub bərpa etməklə keçmiş
məcburi köçkünlərin
öz doğma yurdlarına qaytarılmasıdır.
Artıq 8 şəhər
və 100 kəndin Baş planları hazırlanaraq təsdiq olunmuş və tikinti işləri sürətlə davam etdirilməkdədir. 30 il doğma yurd həsrəti çəkən
ağalılılar, laçınlılar
və digərləri
öz evlərinə qayıtmışlar. Bütün
bu uğurlara nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən cənab İlham Əliyevin məqsədyönlü siyasəti
sayəsində nail olunur.
Prezident İlham
Əliyevin rəhbərliyi
altında Azərbaycanı
gələcəkdə daha
böyük uğurlar
və qələbələr
gözləyir. Cənab
İlham Əliyev Prezident olduğu 20 ildə hər bir azərbaycanlının
prezidenti olduğunu sübut etdi.
Yaşasın Prezident
İlham Əliyev! Yaşasın çiçəklənən
güclü Azərbaycan!
Azər BADAMOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.- 15 oktyabr,
¹ 225.- S.17.