“Heydər
Əliyev 100: Mühəndislik
hakatonu”
YAP və ADNSU-nun
birgə təşkilatçılığı
ilə keçirilən
intellektual yarışın
açılış mərasimi
olub. SİA xəbər
verir ki, Oktyabrın 14-də Yeni Azərbaycan Partiyasının
(YAP) və Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev 100: Mühəndislik
hakatonu” intellektual yarışın açılış
mərasimi keçirilib.
Azərbaycan-Fransız Universitetində keçirilən
tədbirdə əvvəlcə
Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi
bütövlüyü uğrunda
canını qurban vermiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış
edən YAP İdarə
Heyətinin üzvü,
Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin
(ADNSU) rektor əvəzi
Vazeh Əskərov Prezident İlham Əliyevin Sərəncamı
ilə ölkəmizdə
2023-cü ilin “Heydər
Əliyev İli” elan olunduğunu, Ümummilli Liderin anadan olmasının 100 illiyinin respublikamızda böyük təntənə
ilə qeyd edildiyini bildirib. Ulu Öndərin gənclərə hərtərəfli
qayğısından bəhs
edən Vazeh Əskərov qeyd edib ki, Heydər
Əliyev siyasətində
gənclərlə iş
daim xüsusi yer tutub, gənclərin
yüksək təhsilə,
bilik və bacarıqlara nail olmaları üçün
məqsədyönlü addımlar
atılıb. Hazırda
bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi
istiqamətində mühüm
tədbirlər həyata
keçirilir. Bu siyasətin nəticələri
gənclərimizin uğurlarında
öz əksini tapır.
V.Əskərov gənclərin
inkişafında, bilik
və bacarıqlarının
artırılmasında mühüm
rol oynayan belə intellektual yarışların təşkilinin
əhəmiyyətini vurğulayıb,
yarışda iştirak
edən komandalara uğurlar arzulayıb.
YAP Mərkəzi Aparatı
rəhbərinin müavini
Əhliman Tağıyev
anadan olmasının
100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz
xidmətlərindən bəhs
edib. O, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində
son 20 il ərzində Azərbaycanın
möhtəşəm nailiyyətlər
qazanaraq tərəqqi
və Zəfər zirvəsinə yüksəldiyini,
qüdrətli və qalib ölkəyə çevrildiyini vurğulayıb.
Ə.Tağıyev bildirib
ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu
dövlət gənclər
siyasəti də Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə
intellektual, vətənpərvər,
bilikli və bacarıqlı gənc nəsil formalaşıb. Onun sözlərinə görə, ölkəmizin
ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyasında da böyük gənclər
ordusu birləşib.
Əhliman Tağıyev
ali məktəb tələbələri üçün
təşkil edilən
intellektual yarışın
gənclər üçün
faydalı olacağına
əminliyini ifadə edib.
Kapital Bankın
Proqramlaşdırma üzrə
funksional lideri Fariz Lətifov da çıxışında
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
100-cü ildönümünə həsr olunan intellektual yarışın
gənclərimizin innovativ
potensialının inkişafındakı
əhəmiyyətindən bəhs edib.
Daha sonra yarışın qaydaları
və təlimatlar barədə “Eazi Start” startup və innovasiya mərkəzinin koordinatoru Elviz İsmayılov və UFAZ-ın Kompüter Elmləri Proqramı üzrə koordinatoru Samer El Zant məlumat
veriblər.
Qeyd edək ki, intellektual yarışda 21 universitetdən 30 komanda təmsil olunur. 120 tələbənin iştirak etdiyi yarışlar 14-15 oktyabr tarixində keçiriləcəkdir.
Azərbaycan.-2023.- 15 oktyabr, ¹ 225.- S.17.