Qeyri-neft ixracında elektrik enerjisi birinci yerdədir

 

Bu ilin yanvar-avqust ayları ərzində ölkəmizdən 24,4 milyard dollar dəyərində mal ixrac olunmuşdur. Həmin dövrdə qeyri-neft sektoru üzrə ixrac 2,2 milyard dollar təşkil etmişdir.

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin (İİTKM) cari ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci, pomidor (tomat) ikinci, pambıq mahlıcı isə üçüncü yerdə qərarlaşıb. Bu dövrdə ən çox məhsul Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrə Konfederasiyasına Qazaxıstana ixrac edilib.

Cari ilin avqust ayının qeyri-neft ixracı isə 203,6 milyon dollar olub. Bunun da 51,4 milyon dolları yeyinti məhsulları üzrə, 152,2 milyon dolları isə qeyri-yeyinti məhsulları üzrə ixracın payına düşüb. Həmin ay qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası birinciliyə yüksəlib. Bu siyahıda sonrakı yerlərdə Türkiyə Gürcüstan qərarlaşıb.

Cari ilin 8 ayı üzrə hazırlanan siyahıda qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yerdə bu şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" QSC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Best Logistik" MMC, "STP Global Cable" MMC, "P-Aqro" MMC, "My Fruit" MMC, "Mega Fruit Az" MMC, "Almeyvə" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə "Azərenerji" ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nin Marketinq İqtisadi Əməliyyatlar İdarəsi, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "AzerGold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azəripək" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti.

İlin ilk 8 ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 12,7 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. Bu dövrdə "Azərkosmos" tərəfindən dünyanın 45 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac olunub. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. Bu ilin avqust ayında isə "Azərkosmos" dünyanın 40 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac etməyə nail olub. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Almaniya, ABŞ Nigeriya qərarlaşıb.

Bu ilin sentyabr ayı ərzində "Bir pəncərə" İxraca Dəstək Mərkəzindən 31,6 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib. Xidmətə ay ərzində 83 müraciət daxil olub. Müvafiq dövr ərzində 210 ədəd sertifikat (41 ədəd mənşə, 158 ədəd fitosanitar, 3 ədəd baytarlıq, 8 ədəd CİTES) təqdim edilib.

Qeyd edilən dövr ərzində fiziki hüquqi şəxslər tərəfindən qiymətli metallar, pambıq mahlıcı, pendir, qənnadı məmulatları, nar qarışıq şirələr, narşərab, limonad, akvakultur üsulu ilə yetişdirilmiş nərəcinsli balıqların dondurulmuş əti kürüsü, iribuynuzlu heyvanların subməhsulu, tibbi zəli, elektrik mühərriki, su nasosları, köklü süxur nümunələri, köpüklənən polistrol əsaslı ekstruz olunmuş lövhələr, polad boru, polad armatur yaymasının ixracı həyata keçirilib. Yuxarıda qeyd edilən məhsullar arasında qiymətli metallar, polad armatur yayması, pambıq mahlıcı, akvakultur üsulu ilə yetişdirilmiş nərəcinsli balıqların dondurulmuş əti kürüsü, meyvə şirələrinin ixracı üstünlük təşkil edib.

Həmin məhsulların əsas alıcıları İsveçrə, Gürcüstan, Rusiya, Türkiyə, BƏƏ, Kanada, Litva, Moldova, Avstraliya, Rumıniya, ABŞ, Türkmənistan, Qazaxıstan, Özbəkistan olub.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2023.- 15 oktyabr, №.- 225.- S.18.