Tovuzun
yaşı 100-dən çox
olan Bozalqanlı kəndi heç vaxt belə inkişaf etməmişdi
Son 20 ilin göstəriciləri onu deməyə əsas verir ki, dayanıqlı
və davamlı iqtisadi inkişafa nail olan, dünyada
nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə
çevrilmişdir. Prezident
İlham Əliyevin liderliyi ilə həyata keçirilən
uğurlu daxili və xarici siyasət nəticəsində
ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə
doğru inamla irəliləyir.
Regionların sosial-iqtisadi
inkişafının yeni
keyfiyyət mərhələsinə
yüksəlməsində dövlət
başçısının təşəbbüsü ilə
qəbul edilmiş dövlət proqramlarının
böyük əhəmiyyəti
var. Bu proqramların
icrası ilə bağlı imzalanmış
sərəncamlar xüsusilə
qeyri-neft sektorunun davamlı inkişafına,
regionlarda sosial infrastrukturun yaxşılaşdırılmasına,
investisiya qoyuluşunun
artmasına, yeni iş yerlərinin açılmasına, əhalinin
məşğulluğunun artırılmasına
və yoxsulluq səviyyəsinin azaldılmasına
təkan vermişdir. Nəticədə regionlarımızdakı
vəziyyət 20 il əvvəllə müqayisədə
tamamilə dəyişmişdir.
Söz yox ki, bu inkişaf
İlham Əliyevin
2003-cü ildə keçirilən
prezident seçkilərindən
sonra andiçmə mərasimi zamanı söylədiyi "Mən
hər bir azərbaycanlının Prezidenti
olacağam" fikrinə
sadiqliyini öz əməlləri ilə sübuta yetirməsinin əyani təsdiqidir.
Azərbaycanın bütün
bölgələrinin inkişafını
strateji məqsəd kimi müəyyənləşdirən
Prezident İlham Əliyev bu istiqamətdə çoxsaylı
uğurlara nail olunmasını təmin etdi. Regionların sosial-iqtisadi inkişafı
ölkəmizdə yeniləşmə,
davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, sosial-iqtisadi islahatlar və digər sistemli hədəfləin
reallaşmasına şərait
yaratdı. Bu islahatların həyata keçirilməsi nəticəsində
vətəndaşların rifahı
gündən-günə yüksəldi.
Bunu respublikamızın
Qərb bölgəsində
yerləşən Tovuzun
timsalında daha aydın görmək mümkündür. İndi
rayonda hansı kəndə, hansı qəsəbəyə yolu
düşən olsa, böyük inkişafın
şahidi olar.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd
Məmmədovla söhbət
zamanı məlum oldu ki, son
illər dövlət
başçısının diqqət və qayğısı sayəsində
respublikamızın hər
yerində olduğu kimi, bu bölgədə
də genişmiqyaslı
abadlıq və yenidənqurma işləri
aparılıb. İnsanların
həyat tərzi yüksəldikcə əvvəllər
mövcud olan problemlər demək olar ki, həll
edilib. İndi Tovuzun bütün kənd və qəsəbələrində qaz,
işıq, su, yol problemi tamamilə
aradan qaldırılıb.
Əhalinin maddi vəziyyəti yaxşılaşdıqca,
mənzil-məişət məsələləri
də öz həllini tapıb.
İcra başçısı
ilə söhbətdən
sonra belə qərara gəldik ki, yaşı 100-dən çox olan Bozalqanlı kəndinə
gedək. Kənd rayon mərkəzindən
o qədər də uzaqda olmadığından
mənzilbaşına tez
çatdıq. Bizi kənd icra nümayəndəsi Azər
Hacıyev qarşıladı.
İcra nümayəndəsi
ilə birlikdə kəndi gəzdik, insanlarla söhbət etdik. Kənddaxili yolların demək olar ki, hamısına
asfalt salınıb.
Vurğulandı ki,
Bozalqanlının tarixi
çox qədimdir. Yaşı yüz illərlə ölçülən
kənd keçən
əsrin əvvəllərində
Kür çayının
sahilindən buraya köçürülüb. İnsanlar
sovetlər birliyi dövründə yoxsulluq
içərisində yaşayıblar.
Lakin buna baxmayaraq, kənddən görkəmli şəxsiyyətlər
çıxıb. Aşıq
Hüseyn Bozalqanlı,
aşıq Əkbər
Cəfərov, aşıq
Ələsgər Tağıyev,
həmin illər görkəmli kimya müəllimi olmuş, Sosialist Əməyi Qəhrəmanı Məhər
Quliyev də əslən bu kənddəndirlər.
Kənd sakinlərinin
xoşbəxt günləri
əsasən ölkəmiz
müstəqillik qazandıqdan
sonra başlayıb. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra sakinlər xoş gün-güzəran görüblər.
2003-cü ildən - İlham
Əliyev Prezdent seçildikdən sonra isə kəndin sürətli inkişafı
başlayıb. Əhalinin
maddi vəziyyəti yaxşılaşdıqca, yeni
evlər tikilməklə
kənd daha da böyüyüb. Hazırda kəndin 4 min 510 nəfər sakini, 981 təsərrüfatı
var. Demək olar ki, burada
bir dənə də olsun köhnə
ev görmədik. Dövlət başçısının
diqqət və qayğısı ilə kənddə 1200 şagird
yerlik yeni məktəb binası inşa edilib. Keçən il məktəbin 103 illiyi təntənə ilə qeyd edilib. Gözəl
və yaraşıqlı
uşaq bağçası
istifadəyə verilib.
2019-cu ildə istifadəyə
verilən 3 mərtəbəli
Aşıq Sənəti
Dövlət Muzeyi isə kəndin görkəminə bir yaraşıq verir.
Kənd əhalisinin
məşğulluğu da
uğurla təmin edilir. Burada 50 nəfərin işlə təmin olunduğu süd və asfalt zavodları, "Turan" MMC kiçik müəssisəsi istifadəyə
verilib. Son bir neçə ildə kənddaxili yollara 2,7 kilometr uzunluğunda asfalt salınıb. Bu yaxınlarda kəndin Şəhidlər xiyabanına
daha 300 metr uzunluğunda yeni yol çəkilib.
Öyrəndik ki,
kənd sakinlərinin
əsas gəlir yeri kənd təsərrüfatındandır. Özəlləşdirmə aparılarkən
kənd sakinlərinə
820 hektar pay torpağı verilib. Hər il sakinlər
400 hektarda taxıl,
200 hektarda kartof, 30 hektarda qarğıdalı,
50 hektarda soğan, 10 hektarda üzüm, 100 hektarda yonca və xeyli sahədə
bostan bitkiləri yetişdirirlər. Bundan başqa, kənddə heyvandarlıq da sürətlə inkişaf
edir. Hazırda burada 2500 baş iribuynuzlu, 9 min 450 baş xırdabuynuzlu davar saxlanılır.
Bozalqanlının sakinləri
olduqca işgüzardırlar.
Hər il yetişdirdikləri bol kənd təsərrüfatı
məhsullarından xeyli
gəlir əldə edirlər. Onlar bu qazancla dolanışıqlarını
təmin etməklə
yanaşı, mənzil-məişət
şəraitlərini də
yaxşılaşdırırlar. Məsələn, kənd
sakini Elşən Hüseynov ailəsi üçün tikdirdiyi
3 mərtəbəli evdə
son tamamlama işləri görür.
Söhbət zamanı
Elşən dedi ki, 52 hektar pay
torpağı var. Böyük meyvə bağı salıb. Hər il bu
bağdan xeyli gəlir götürür.
Bundan başqa, taxıl, kartof, noxud və sair
kənd təsərrüfatı
məhsullarından da
qazanc əldə edir. Kənd sakini Vidadi Rzayev
də öhdəsində
olan torpaqlarda hər il bol
məhsul yetişdirir.
Əldə etdiyi gəlirdən ailəsi üçün gözəl
və yaraşıqlı ikimərtəbəli
ev tikdirib.
Onu da qeyd edək ki, kənddə istər içməli, istərsə də suvarma suyu sarıdan
heç bir problem yoxdur. Burada 15 artezian quyusu istifadəyə verilib.
Kənddə əhalinin
sayı artdıqca əraziləri də genişlənir. Bu məqsədlə kəndin
yaxınlığında yeni
yaşayış massivi
salınıb. Burada
140-dan artıq yeni ev tikilib. Əraziyə
yeni qaz, elektrik, su xətləri
çəkilib. Hazırda
burada uşaq bağçasının tikintisinə
hazırlıq işləri
görülür.
Deyilənlərə əlavə edək ki, kəndlə rayon mərkəzini birləşdirən avtobus
marşrutu da açılıb. Əhali
heç bir əziyyət çəkmədən
həmin marşrut üzrə işləyən
avtobuslarla Tovuzun mərkəzinə gedib-gəlmək
imkanı əldə ediblər. Kənd əhalisinin internetdən istifadə etməsi üçün iki provayder fəaliyyət göstərir.
Öyrəndik ki,
kənd sakinləri torpaqlarımız uğrunda
döyüşlərdə əsl vətənpərvərlik
nümayış etdiriblər.
Birinci Qarabağ müharibəsində iştirak
edən 60 nəfərdən
7-si, 44 günlük Vətən
müharibəsində isə
bir nəfər şəhidlik zirvəsinə
yüksəlmişdir. Ölkəmizin
hər yerində olduğu kimi, Tovuzda, o cümlədən
Bozalqanlıda da şəhid ailələrinə
və qazilərə böyük diqqət və qayğı göstərilir. Kənddə
bütün şəhid
ailələri və qazilər həyətyanı
torpaq sahəsi ilə, eləcə də avtomaşınla təmin olunmuşdur.
Kənddə kiminlə
görüşüb, söhbət
etdiksə, bir fikir səsləndirdi. Bütün bu inkişafı Prezident İlham Əliyevin uzaqgörən siyasəti
ilə əlaqələndirən
kənd sakinləri görülən işlərə
görə minnətdarlıq
edib, ona bundan sonrakı fəaliyyətində də
uğurlar arzuladılar.
Sabir ƏLİYEV,
Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.20.