Aqrar sənaye sektorları arasındakı fərqlər tədricən aradan qalxır

 

Azərbaycanda qeyri-neft sənayesinin inkişafında sənaye parkları sənaye məhəllələri mühüm rol oynayır. Bu sahədə aparılan islahatlarla inkişafımız üçün önəmli olan bir çox hədəfə köklənmişik.

Həmin hədəflər çərçivəsində ölkəyə investisiya cəlb olunur, sahibkarlıq inkişaf edir, məhsul istehsalı artır, ixracın coğrafiyası yenilənir. Yeri gəlmişkən, qeyd edək ki, sənaye zonalarında bu günədək ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, onun 3,35 milyard manatlığı ixrac olunub. Bu, əsasən ona görə mümkün olur ki,  rəqabətqabiliyyətli sənayenin inkişafına təkan vermək üçün innovativ yüksək texnologiyalar əsasında yaradılan sənaye zonalarına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Təkcə cari ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 244 milyon manatdan artıq investisiyanın yatırılması, 1500-dən çox yerinin yaradılması planlaşdırılır.

Ümumiyyətlə, indiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib onlardan 68-i artıq fəaliyyətə başlayıb. Sənaye zonaları üzrə investisiyanın ümumi həcmi 7,18 milyard manata çatıb, sahibkarlar tərəfindən 6,56 milyard manatdan çox investisiya yatırılıb 10600-dən çox daimi yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5200-dən artıq daimi yerinin yaradılması gözlənilir.

Sənaye zonalarının müəssisələri "Made in Azerbaijan" brendi adı ilə dünyanın 60-a yaxın ölkəsinə məhsul ixrac edir. Yalnız cari ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, onun 33,6 faizi ixracın payına düşür.

İşğaldan azad edilmiş ərazilərin bərpası, dirçəldilməsi sənaye potensialının inkişafı məqsədi ilə yaradılan Ağdam "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən 2000-dən artıq daimi yerinin yaradılması nəzərdə tutulur.

Onu da qeyd edək ki, sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si gömrük güzəştləri nəticəsində rezidentlər son məlumata görə, 455 milyon manata yaxın vəsaitə qənaət ediblər. Bundan əlavə, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir ya mənfəət vergilərindən, eləcə onların istehsal vasitələri kimi idxal etdikləri texnika, texnoloji avadanlıqlar qurğular ƏDV-dən gömrük rüsumlarından azad olunurlar.

Məlum olduğu kimi, yüksək texnologiyalardan geniş istifadə sayəsində aqrar   sənaye sektorları arasında olan fərqlər tədricən aradan qalxır. Aqrar sektorda əl əməyi insan faktoruna ehtiyac ildən-ilə azalır, kənd təsərrüfatının texnologiya təminatı artdıqca onun sənayeləşmə prosesi sürətlənir. Məsələn, İqtisadi Zonaların İnkişaf Agentliyinin verdiyi məlumata görə, "Azərşəkər" MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında Cənubi Qafqazda ilk dəfə olaraq müasir suvarma texnologiyası olan mobil ya hibrid suvarma sistemlərindən istifadəyə başlanıb. Yeni texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında suya qənaət edilməsində mühüm rol oynayacaq. Bununla bağlı keçirilən tədbirdə "Strip till" texnologiyasının tətbiqinin, həmçinin ən son suvarma texnologiyası olan mobil ya hibrid suvarma sistemlərinin üstünlükləri barədə məlumat verilib, həmin texnologiya ilə əkilən müasir suvarma texnologiyaları ilə becərilən qarğıdalı sahəsinə "Mzuri" əkin texnikası ilə aparılan arpa səpini işlərinə baxış keçirilib. Diqqətə çatdırılıb ki, "Mzuri"nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikadan istifadənin əsas məqsədi suya yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.

Yeniliyi tətbiq edən aqropark üzrə ümumi əkinə yararlı 4000 hektar sahənin 1428,6 hektarında pivot, 17,2 hektarında sprinkler, 40 hektarda damlama olmaqla cəmi 1485,8 hektar əkin aparılıb. Aqroparkda cari mövsüm 421,6 hektar şəkər çuğunduru, 268 hektar qarğıdalı, 55,7 hektar soya, 341,6 hektar arpa, 24,6 hektar toxumluq xardal 320 hektar ərzaqlıq buğda əkilmişdi. Buğda üzrə orta məhsuldarlıq 5,4 ton olmaqla ümumilikdə 1732, arpa üzrə orta məhsuldarlıq 5 ton olmaqla ümumilikdə 1692 ton məhsul istehsal edilib. Soya üzrə məhsuldarlıq 2,1 ton olub.

Aqroparkda 71 nəfər daimi işlə təmin edilib.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.21.