Qərbi
Azərbaycan İcması
AŞPA-nın qəbul
etdiyi cızmaqaraları
rədd edib
Qərbi Azərbaycan
İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il oktyabrın 12-də Azərbaycana qarşı qəbul etdiyi cızmaqaraları rədd
edir.
AZƏRTAC bununla əlaqədar
İcmanın yaydığı
bəyanatı təqdim
edir.
“Ermənilərin Qarabağa
qayıdışından, erməni
mədəni irsinin mühafizə olunmasından
danışan AŞPA-nın
Ermənistanı azərbaycanlıların
qayıdışına şərait
yaratmağa, Azərbaycan
xalqının mədəni
irsini qorumağa çağırmaması, Xocalı
qatillərinin azad edilməsini tələb edib 4 min azərbaycanlı
itkin düşmüş
şəxsin məsələsinə
toxunmaması rəzalətdir.
“Yaddaşı qısa
olan” səlibçi mentalitetli deputatlara xatırladırıq ki, vaxtilə Azərbaycan əraziləri işğal
altında olarkən
AŞPA-da keçmiş
münaqişə ilə
bağlı ad hoc komitə təsis olunmuşdu. Lakin Ermənistan onun işində iştirak etmədi və komitənin işi tamamilə iflic oldu. Amma
AŞPA bundan narahat olmadı. AŞPA-nı narahat edən Azərbaycanın işğala,
separatçılığa, “boz” zonaya son
qoyması, özünün
ərazi bütövlüyünü,
suverenliyini, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməsi oldu.
Ölkələrə və məsələlərə dini və etnik simpatiya əsasında yanaşan irqçi, islamofob, azərbaycanofob ünsürlərin toplaşdığı AŞPA bu mənada, Avropa Parlamenti kimi qitənin üz qarasıdır. AŞPA qoy gedib Avropada tüğyan edən islamofobiyaya, söz azadlığı adı altında müqəddəs Quranın yandırılmasına bəraət qazandırılmasına, dinc nümayişçilərin atların ayağı altına salınmasına, üzərinə itlərin buraxılmasına, Korsika dilinin qadağan edilməsinə münasibət bildirsin. Riyakarların, siyasi buqələmunların Azərbaycana “öyüd-nəsihət” verməsi üçün heç bir mənəvi hüququ yoxdur”.
Azərbaycan.-2023.- 15 oktyabr, ¹ 225- S.24.