Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu!
Sizi və bütün xalqınızı
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
və suverenliyinin tam bərpa edilməsi, çoxdan gözlənilən tarixi ədalətin bərqərar
olması münasibətilə
səmimi-qəlbdən təbrik
edirəm.
Bu mühüm
siyasi hadisənin məhz Azərbaycan xalqının Ümummilli
Lideri, müstəqil Azərbaycan dövlətinin
banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi və Sizin Azərbaycan Respublikasının Prezidenti
vəzifəsində fəaliyyətinizin
20 illiyinin tamam olduğu ildə baş verməsi həqiqətən böyük
rəmzi məna kəsb edir.
Siz ən mürəkkəb və çətin məsələlərin
həll edilməsi, sözünüzlə əməlinizin
üst-üstə düşməsi,
Vətənə, xalqa
və onun tarixinə dərin məhəbbətinizlə müasir
siyasətçilərin bir
çoxu üçün
nümunəvi siyasi xadimsiniz.
Uca Yaradan bundan sonra da
Sizə yar olsun, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq
və tərəqqi nəsib etsin!
Dərin hörmətlə,
Ruslan Auşev
Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti,
Sovet İttifaqı
Qəhrəmanı
Azərbaycan.-2023.-
18 oktyabr, № 227.- S.4.