“Füzuli
Şəhəri Günü”
təntənəli şəkildə
qeyd olunub
Prezident İlham
Əliyevin imzaladığı
2023-cü il 31 iyul tarixli Sərəncamla Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis
edilib. Sərəncama
əsasən, 17 Oktyabr
- Füzuli Şəhəri
Günüdür.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
birgə təşkilatçılığı
ilə oktyabrın
17-də Füzulidə təntənəli
“Şəhər Günü”
tədbiri keçirilib.
Tədbirdə dövlət
və hökumət rəsmiləri, deputatlar, diplomatik korpusun nümayəndələri və
digər qonaqlar iştirak ediblər.
“Füzuli Şəhəri
Günü” çərçivəsində
geniş qala-konsert təqdim olunub. Tanınmış incəsənət
ustalarının ifasında
xalq və bəstəkar mahnıları
səsləndirilib.
Dahi Azərbaycan
şairi Məhəmməd
Füzuliyə həsr
olunmuş “Vətənimdir,
vətənimdir, vətənimdir,
vətənim!”, “Ümummilli
Lider Heydər Əliyev və Füzuli”, “Füzuli rayonu – işğaldan öncə və işğaldan sonra” adlı, həmçinin Füzuli ərazisindəki
Yedditəpə kurqanları
arxeoloji abidəsindən
aşkar edilmiş maddi mədəniyyət nümunələrinin yer aldığı sərgilərlə
tanışlıq olub.
Daha sonra qonaqlar “Füzuli” guşəsinə baş çəkiblər. Burada
Məhəmməd Füzulinin
müxtəlif əsərləri
əsasında hazırlanmış
kompozisiyalar nümayiş
olunub, şairin şeirləri səsləndirilib.
Rəssam tərəfindən
dahi şairin portreti yaradılıb.
Tədbir məkanında
“100 tar” adlı kompozisiya təqdim olunub. Ustad tarzənlər,
uşaq, yeniyetmə və gənclərdən
ibarət 100 nəfər
tarzənin ifası maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları və
qonaqlar Azərbaycan milli təamlarını dadıblar.
Sonda atəşfəşanlıq və
konsert proqramı olub.
Azərbaycan.-2023.- 18 oktyabr,
¹ 227.- S.4.