Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının
təbriki
Möhtərəm cənab
Prezident!
Zati-alinizin rəhbərliyi
altında tarixinin ən güclü dövrünü yaşayan
Azərbaycan ötən
20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçmişdir. Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin söylədiyi "Azərbaycan
dünyaya günəş
kimi doğacaq" sözləri öz həqiqi təsdiqini tapmışdır. Sizin müdrik uzaqgörənliklə
yaratdığınız bugünkü
müasir Azərbaycan
on illər ərzində həllini gözləyən problemləri
geridə qoyaraq öz suverenliyinə və ərazi bütövlüyünə qovuşmuş,
dünya birliyində öz layiqli yerinə ucalmışdır.
Ölkəmizdə bütün
sahələrdə əldə
olunan tarixi uğurların hər biri zati-alinizin gərgin zəhmətinin və titanik əməyinin bəhrəsi
olmuşdur. Regionların
sosial-iqtisadi inkişafından
başlayan yol Azərbaycanın təkcə
bölgələrinin tərəqqisinə
deyil, hər bir azərbaycanlının
rifahının yaxşılaşmasına,
onun mənəvi baxımdan yenilənməsinə,
zənginləşməsinə və nəhayət, qalib dövlətin vətəndaşına çevrilməsinə
gətirib çıxarmışdır.
Son illərə
qədər bir milyondan artıq qaçqın və məcburi köçkünün
vətəni olan Azərbaycan rəhbərliyiniz
altında qüdrətli
dövlət kimi öz çətinliklərinin
öhdəsindən gələ
bilmiş və ərazi bütövlüyünə
qovuşmaq, hər bir vətəndaşının
hüquqlarını təmin
etmək üçün
başlanan haqq savaşını Zəfərlə
sona çatdırmışdır.
Bunun nəticəsində
yüz minlərlə
vətəndaşımızın doğma vətənə qovuşmaq arzusu reallaşmışdır.
Uzun müddət
ərzində Qarabağda
mövcud olmuş cinayətkar xunta rejimi zamanında verdiyiniz müdrik qərarla həyata keçirilən antiterror tədbirləri nəticəsində
məhv edilmiş və Azərbaycanın ay-ulduzlu bayrağı zati-aliniz tərəfindən
Xankəndidə, Xocalıda,
Xocavənddə, Ağdərədə
ucaldılmışdır.
Möhtərəm cənab
Prezident!
Zati-aliniz ölkənin
iqtisadiyyatını, sənayesini,
ordusunu, insan potensialını davamlı
şəkildə inkişaf
etdirərək məqsədyönlü
şəkildə bizi
bugünkü əzəmətli
Azərbaycanın vətəndaşı
olmağa hazırlamışdır.
Siz Ulu Öndər
Heydər Əliyevin Azərbaycan tarixi və dövləti üçün olduqca böyük əhəmiyyət
kəsb edən vəsiyyətini yerinə
yetirərək ölkəmiz
və insanlarımız
üçün yeni yol xəritəsi müəyyənləşdirmisiniz.
Əminik ki, Ermənistan tərəfindən
onilliklər boyu soyqırımı, deportasiya
və təhdidlərə
məruz qalmış,
bu gün təkcə Azərbaycanda
deyil, dünyanın müxtəlif ölkələrində
yaşayan yüz minlərlə azərbaycanlının
doğma vətəninə
qayıtmaq hüququnun
təmin edilməsi üçün başlatdığınız
yeni haqq savaşı bizi daha böyük hədəflərə çatdıracaqdır.
Zati-alinizin Müzəffər
Ali Baş Komandan kimi bu
məsələdə ortaya
qoyduğu prinsipial mövqe, xüsusilə 24
dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati
binasında icma üzvləri ilə keçirdiyiniz görüş
məsələnin önəmindən
xəbər verir.
Siz Qərbi azərbaycanlıların hüquqlarının
bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına
möhkəm və birmənalı dəstəyinizi
ifadə edərək
hər bir azərbaycanlının Prezidenti
olduğunuzu bir daha isbat etmisiniz.
İdeyanız əsasında
hazırlanan Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası bu gün planlı şəkildə həyata
keçirilir və bizi öz vətənimizə
qayıdacağımız müqəddəs
günə yaxınlaşdırır.
Rəhbərliyiniz altında
ölkəmizin regionun
önəmli güc mərkəzinə çevrilməsi,
əldə edilən nailiyyətlərin miqyasının
böyüklüyü, dünya
birliyində davamlı
yüksələn mövqeyimiz
bizi daha işıqlı və xoşbəxt gələcək
gözlədiyindən xəbər
verir. Biz gələcəyə Prezident,
Qalib Sərkərdə
və Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında getməkdən
böyük qürur və fəxarət duyuruq.
Dərin hörmətlə,
Qərbi Azərbaycan
İcması İdarə
Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov,
Müşahidə Şurasının
sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov,
Nəzarət-Təftiş Komissiyasının
sədri, professor
Vahid Novruzov,
Ağsaqqallar Şurasının
sədri, Milli Məclisin
deputatı, akademik Əhliman Əmiraslanov,
Qadınlar Şurasının
sədri, Milli Məclisin
deputatı Məlahət İbrahimqızı,
Ziyalılar Şurasının
sədri, professor
Elxan Hüseynov,
Gənclər Birliyinin
sədri, Milli Məclisin
deputatı
Ramin Məmmədov,
Qəyyumlar Şurasının
sədri
Mürvət Həsənli
Azərbaycan.-2023.- 18 oktyabr,
№ 227.- S.6.