Xalqımız növbəti tarixi hadisəyə şahidlik etdi

 

Oktyabrın 15-də,  cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyində xalqımız növbəti tarixi hadisəyə şahidlik etdi. Dövlət başçısı bu əlamətdar gündə otuz il ərzində erməni işğalında qalmış doğma yurdlarımızda - Xankəndi, Xocalı, Ağdərə, Əsgəran Xocavənd şəhərlərində Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Beləliklə, Prezident İlham Əliyev böyük əmək sərf etdiyi mübarizə ilə dolu 20 ili məhz belə tarixi hadisə ilə qeyd etməklə xalqımıza bir daha fəxarət qürur hissləri yaşatdı.

Mövzu ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, cənab İlham Əliyev prezident seçilməsinin 20 illiyinin tamam olduğu tarixi gündə Azərbaycan xalqına böyük bir müjdə verdi. Ali Baş Komandan  Qarabağa səfər edərək Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan bayrağını yüksəltdi. Bu, Azərbaycan xalqına edilən böyük sürpriz idi. Xalqımız həmin anları kütləvi informasiya vasitələrindən izləyəndə olduqca xoş hisslər keçirdi, Ali Baş Komandanımızla, Prezidentimizlə bir daha qürur duydu.

Deputat Xankəndinin, Xocalının, Ağdərənin azadlığını İkinci Qarabağ savaşında əldə etdiyimiz zəfərimizin davamı hesab edir. Dedi ki, Vətən müharibəsində müəyyən səbəblərdən separatçı xunta rejiminin cəmləşdiyi iblis yuvasını ərazidə mülki əhali yaşadığı üçün hərbi vasitələrlə dağıda bilməzdik, ona görə gözləməli idik.  Əgər bunu həmin dövrdə reallaşdırsaydıq, orada itkilər çox olardı. Həm mülki əhali çox ziyan görər, sadə ermənilərin itkisi qaçılmaz olardı.

"Belə olan halda, Prezident çox böyük uzaqgörənlik göstərərək müharibənin dayandırılması haqqında Ermənistanın kapitulyasiyasını ifadə edən bəyanata qol çəkməyi zəruri hesab etdi keçən üç il ərzində beynəlxalq səviyyədə çox ciddi işlər aparıldı, unikal xarici siyasət diplomatik fəaliyyət quruldu. Ən müxtəlif platformalarda Ermənistana separatçı xunta rejiminin ləğv olunması, təcavüzkar siyasətinə son qoyması ilə bağlı xəbərdarlıq edildi. Bu, dəfələrlə keçirilən görüşlərdə, ayrı-ayrı platformalarda aparılan danışıqlarda bir nömrəli məsələ kimi gündəmə gətirilirdi. Lakin Ermənistan, xunta rejimi onların himayədarları bundan nəticə çıxartdılar. Azərbaycan Prezidentinin mövqeyi qəti idi, özünün dediyi kimi, işi yarımçıq qoymaq niyyətində deyildi. Onilliklər boyu Azərbaycana böyük faciələr gətirən bu sağalmaz yaranı gələcək nəsillərin öhdəsinə buraxmaq istəmirdi", - deyə deputat söyləyib.

Fəzail Ağamalı qeyd etdi ki, dəfələrlə separatçılardan silahları yerə qoymaq, təslim olmaq tələb edilsə , nəticəsi olmadı: "Xunta rejimi fəaliyyətini davam etdirdi.  Belə olan halda, Azərbaycan son addım ataraq sentyabrın 19-20-də 23 saatlıq qısa zaman kəsiyində antiterror tədbirləri həyata keçirərək orada fəaliyyət göstərən quldur dəstələrini darmadağın etdi.  Nəhayət, separatçı rejim bayraq qaldırmağa məcbur oldu. Dövlətimizin başçısı həmin ərazilərdə Azərbaycan bayrağını qaldırdı. Bu, sıradan bir hadisə deyil, Prezident, Ali Baş Komandan İlham Əliyev böyük şəxsiyyət, qətiyyətli rəhbər, mahir sərkərdə diplomat olduğunu bir daha nümayiş etdirdi".

Deputat əlavə etdi ki, vaxtilə Azərbaycan torpaqlarını Ermənistana birləşdirmək üçün meydanlarda hədyanlar söyləyən ermənilərin yığışdığı Xankəndi meydanı artıq Azərbaycan bayrağının dalğalandığı məkana çevrilib. Həmin meydanda cənab Prezident tarixi çıxış etdi, Ermənistanın xunta rejiminin, onların arxasında duran qüvvələrin Azərbaycanın qətiyyəti, qüdrəti gücü qarşısında necə rəzil vəziyyətə düşdüklərini nümayiş etdirdi. Buradan verdiyi mesajlarla cənab Prezident bir daha Ermənistanı onun havadarlarını xəbərdar etdi.

Fəzail Ağamalının sözlərinə görə, bu gün xəyallarımızın cənab Prezident tərəfindən həqiqətə çevrilməsi xalqımıza qürurverici hisslər yaşadır.  Artıq tam məsuliyyətlə demək olar ki, Azərbaycanın sərhədləri daxilində ərazi bütövlüyümüz suverenliyimiz tamamilə təmin olunub. Bu sevinci, bu qürurlu günləri bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevə minnətdarlığımızı bildirir, ona uca Tanrıdan cansağlığı arzulayırıq!

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 18 oktyabr, № 227.- S.7.