Gəncənin
raket atəşinə
tutulmasının üçüncü
ildönümü ilə
əlaqədar yürüş
keçirilib
Ermənistan silahlı
qüvvələri tərəfindən
Gəncə şəhərinin
17 oktyabr 2020-ci il tarixində raket atəşinə tutulmasının
üçüncü ildönümü
ilə əlaqədar
Gəncədə yürüş
keçirilib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, yürüş şəhərin
“ASAN xidmət” mərkəzinin
önündən Qələbə
parkına qədər
davam edib. Yürüşdə gənclər
təşkilatlarının üzvləri, şəhər
ictimaiyyəti və sakinlər iştirak ediblər.
Qələbə parkında
təşkil olunan tədbirdəki çıxışlarda
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən mühribəsindəki
şanlı Zəfərindən
danışılıb, işğaldan
azad olunan torpaqlarımızda üçrəngli
bayrağımızın dalğalandığı
qürurla vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən
çəkinən düşmən
qisasını dinc azərbaycanlılardan çıxmağa
çalışıb. Belə
hücumlardan biri də 2020-ci il oktyabrın 17-də olub. Erməni silahlı birləşmələrinin Gəncə
şəhərini təxminən
yerli vaxtla gecə saat 1 radələrində “Skat”
ballistik raketləri ilə hədəf alması nəticəsində
15 mülki şəxs
ölüb, 55 nəfər
yaralanıb.
Ümumiyyətlə, Azərbaycan Respublikasının
ikinci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və
17 oktyabr 2020-ci il tarixlərində xüsusilə
gecə saatlarında əhalinin yatdığı
vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində
10 nəfəri kişi,
10 nəfəri qadın
və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən
öldürülüb, 6 ailə
tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli
bədən xəsarətləri
alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri
5-18 yaş arası,
11 nəfəri 5 yaşadək
olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə
külli miqdarda ziyan dəyib.
Çıxışlardan sonra əraziyə gül dəstələri düzülüb.
Azərbaycan.-2023.- 18 oktyabr, № 227.- S.9.