İlham
Əliyev dediyini etdi, miatsum ideyamız
iflasa uğradı
Azərbaycan Prezidentinin Xankəndidən
verdiyi bəyanat Hayastanda təşvişi
daha da artırıb
Hayastanı qorxuya
salan növbəti məqam Prezident İlham Əliyevin Xocalıya, Xankəndiyə,
Xocavəndə, Ağdərəyə
səfərləri, həmin
şəhərlərdə Azərbaycan bayrağını
ucaltması olub. Azərbaycan Prezidentinin Xankəndidə Hayastana verdiyi kifayət qədər açıq mesajlar məğlub ölkədə ajiotaja səbəb olub, böyük şok və xof yaradıb.
Xəbər portallarının
rusdilli versiyasında yayılan materiallardan hissə-hissə açıqlamaların,
videoçarxların təqdim
olunaraq müzakirəyə
çıxarılması məğlub
ölkədə ictimai
çaşqınlığın artıq xaosa çevrildiyini göstərir.
Sosial mediada paylaşılan statuslardan
və yazılan şərhlərdən bir
neçəsini diqqətinizə
çatdırırıq. Siyasi
ekspert Artavaz Melkonyan feysbuk sosial şəbəkəsində
maraqlı paylaşımı
ilə diqqət çəkib: "İlham
Əliyevin Xankəndiyə
səfərini, verdiyi
mesajları internetdən
izlədim. Bir daha əmin oldum ki, biz
biabırcasına uduzmuşuq.
Haradadır yekəxanalıq
edən "rəhbərlərimiz"?
Bakıda həbsdədirlər.
İlham Əliyev dediyini etdi, artıq "miatsum" ideyamız iflasa uğradı. O, həmişə
olduğu kimi, bu dəfə də Xankəndidən verdiyi mesajlara yaxşı hazırlaşmışdı,
jestlərin dili savadlı seçilmişdi.
Əliyev növbəti
dəfə Xankəndidən
bəyan etdi və göstərdi ki, Qarabağ Azərbaycandır. Bizim rəhbərlər isə
bu sahədə lazımlı biliklərə
malik deyil və
yarımçıq cavabları
ilə özlərini
gülməli vəziyyətə
salırlar. Amma reallıq birdir: qələbə artıq Əliyevindir".
Xankəndi şəhərində
qalan Mişa adlı erməni sakin isə maraqlı fikirləri ilə diqqət çəkib. O, 63 yaşında
olduğunu və Xankəndidə doğulduğunu
deyib: "Artıq bir həftədir, burada hamı məni tanıyır, hörmət edir, yemək verir. Hətta dünən general mənə maşın verdi, gedib Ballıcada kəndimə, heyvanlarıma
baş çəkdim,
qəbiristanlığımızda oldum. Buradakı ermənilərin çoxu
qaçdı. Ermənilər
deyirdilər ki, bu torpaqlar bizimdir.
Əgər torpaq sənindirsə, niyə qaçırdın? Utanıram
ki, ermənilər qorxaqcasına qaçdılar.
Onlar şəhərdəki
bəzi mağazaları,
dükanları, hətta
azərbaycanlılara məxsus
qəbirləri dağıtdılar".
Prezident İlham
Əliyevin Xankəndidəki
çıxışını izləyən, profilinə
baxdıqda isə restoranlar şəbəkəsinin
sahibi olduğu bilinən Ovasan Naumyan feysbuk səhifəsində yazır
ki, səsləndirilən
düz fikirlər niyə bəzilərini narahat edir: "Biz yalan danışmırıq.
Öz vətəndaş
mövqeyimizi nümayiş
etdiririk. Çəkinmədən
fikrimi bildirirəm. İstəyirlər gəlib
məni aparsınlar. Biznes fəaliyyəti ilə məşğul olduğumu İrəvanda bilməyən yoxdur. 30 ildir dediklərim yekunda təsdiqini tapır. Qarabağ Azərbaycanındır. Bunu
həmişə demişəm
və indi təsdiqləndi ki, haqlıyam. Qarabağ problemi bizi 30 il geri saldı.
Ermənilər Xankəndini
tərk etdilər. Əslində, orada qalsaydılar, İlham Əliyev onlara yaşamaq üçün
daha yaxşı şərait yaradacaqdı.
Nə var İrəvanda?"
Levon İşxanyan
adlı istifadəçi
teleqram kanallarından
birində Azərbaycan
Prezidentinin Xankəndidən
paylaşılan videolarına
yazdığı rəylə
diqqət çəkib:
"Ermənistan dağılır,
Azərbaycanın qarşısında
hər gün daha çox məğlub duruma düşür. Maraqlıdır,
bizim media orqanları niyə susur? İlham Əliyevin Xankəndiyə səfəri,
verdiyi mesajlar bir erməni kimi məni çox üzdü. Heyif, hər il yay aylarında
İrəvandan Xankəndiyə istirahətə
gedirdik. Paşinyan isə öz kefindədir".
"X" sosial şəbəkəsində
rəy bildirən Simon Qriqoryan adlı istifadəçi isə yazır: "Babam deyirdi ki,
türklərlə (red.azərbaycanlılar) çox
yaxşı münasibətlərimiz
olub. Bu gün uşaqlarım niyə acından ölməlidir? Ailəmiz
adından deyirəm ki, Azərbaycan vətəndaşı olmağa
razıyıq. Qarabağda
ağır məğlubiyyətə
uğradıq. Gəlmişik
İrəvana. Çətin
durumdayıq. İndi yeməyə çörək
tapmırıq, axı
niyə zülmə məruz qalırıq?"
Beləliklə, indi
seçim Qarabağın
erməni əhalisindədir.
Ya Azərbaycan vətəndaşlığı alıb Qarabağa
qayıtmalı, ya da ki, istədikləri
yerdə yaşamalıdırlar.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
18 oktyabr, № 227.- S.11.