BMT komitəsi
Qərbi Azərbaycan İcmasının qaldırdığı
məsələlərin icrasını
Ermənistandan tələb
edib
BMT-nin İqtisadi,
Sosial və Mədəni Hüquqlar Komitəsi Qərbi Azərbaycan İcmasının
qaldırdığı məsələlərin
icrasını Ermənistandan
tələb edib.
AZƏRTAC xəbər verir ki, bu
barədə Qərbi
Azərbaycan İcmasının
açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin
qeyd olunub: "Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının
İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri
Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə
geniş Paralel Hesabat təqdim etmişdir. Bundan əlavə, İcmanın
nümayəndəsi Kamal
Cəfərov Komitənin
iclasında iştirak
etmişdir.
İcma sözügedən
paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları
qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını
pozması haqqında məlumat vermiş və Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün
təcili tədbirlər
görməyə çağırmışdı.
Bu günlərdə
Komitə Ermənistanın
sözügedən Paktı
icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini
dərc etmişdir. İcmanın qaldırdığı
bir çox iradlar, ələlxüsus,
Ermənistanın ayrı-seçkiliyə
yol verməsi, milli azlıqların hüquqlarını pozması,
mədəni hüquqları
pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini
yerinə yetirməməsi
və qaçqınların
hüquqları ilə
bağlı öhdəliklərinə
biganə yanaşması
ilə bağlı qaldırdığı məsələlər
Komitənin yekun sənədində öz əksini tapmışdır.
Komitə Ermənistanı
milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən
mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları
qorumaq üçün
tədbirlər görməyə
çağırmışdır.
Komitə həmçinin
Ermənistanın qanunvericiliyi
və praktikasının
milli azlıqların və qaçqınların
hüquqlarını pozduğunu
bildirmiş və Ermənistandan bu sahədə vəziyyəti
düzəltmək üçün
zəruri tədbirlər
görməyi tələb
etmişdir.
Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə səylərini davam etdirəcək".
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.15.