Baş
nazir Əli Əsədov Türkiyənin
Ali Məhkəməsinin
sədri ilə görüşüb
Oktyabrın 18-də Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov Türkiyə Respublikası
Ali Məhkəməsinin
sədri Mehmet Akarcanın rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüş zamanı
iki ölkə arasında qardaşlıq
və müttəfiqlik
əlaqələrinin bütün
sahələrdə uğurla
inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Baş nazir cari ilin Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin
qurulmasının 100-cü ildönümü ilə hər iki ölkə
üçün xüsusilə
əlamətdar olduğunu
bildirib.
Türkiyə Ali
Məhkəməsi sədrinin
Şuşada keçiriləcək
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda və Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının
təsis yığıncağında
iştirakının önəmi
xüsusi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan-Türkiyə
münasibətləri müasir
mərhələdə hər
iki ölkənin liderləri – İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
ilə hərtərəfli
inkişaf edərək
strateji tərəfdaşlığın
və müttəfiqliyin
ən yüksək zirvəsinə çatıb.
Tərəflər Türkiyə
Prezidentinin ötən
ay Naxçıvan Muxtar Respublikasına səfərinin qardaş ölkələr arasında
əlaqələrin bütün
sahələrdə daha
da sürətli inkişafına mühüm
töhfə verəcəyinə
əminlik ifadə ediblər. Bu baxımdan dövlət başçılarının İğdır-Naxçıvan
qaz kəmərinin təməlinin qoyulması
mərasimində iştirakı,
eyni zamanda, iki ölkə arasında imzalanmış
Qars-Naxçıvan dəmir
yolu layihəsinə dair Niyyət Protokolunun və Türkiyənin Kahramanmaraş
vilayətində yaşayış
binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin
tikintisi haqqında Əməkdaşlıq Sazişinin
əhəmiyyəti qeyd
edilib.
Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq
Şurasının, həmçinin
Birgə Hökumətlərarası
Komissiyanın iclaslarında
qəbul edilən qərarların effektiv icrasını mühüm
faktor kimi dəyərləndirən Ə.Əsədov
cari ilin 9 ayında ticarət dövriyyəsinin 42 faiz artaraq rekord məbləğə çatmasının
sevindirici hal olduğunu deyib.
Azərbaycan ilə
Türkiyənin məhkəmə-hüquq
sistemləri arasında
münasibətlərin uğurlu
inkişafından məmnunluq
ifadə olunub.
Məhkəmə-hüquq orqanları arasında əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
davam etdirilməsinin, mütəmadi qaydada təcrübə müdabiləsinin
aparılmasının hər
iki tərəf üçün faydalı
olacağı diqqətə
çatdırılıb.
Görüşdə həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, nəqliyyat-tranzit və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.3.