Milli
Məclisin sədri Sahibə Qafarova Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb
Milli Məclisin
sədri Sahibə Qafarova oktyabrın 18-də
ölkəmizdə səfərdə
olan Türkiyə Respublikasının ailə
və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.
Bu barədə
AZƏRTAC-a Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat
verilib. Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq bütün sahələrdə inkişafından
məmnunluq ifadə olunub. Dövlət başçılarının siyasi
iradəsi və qətiyyəti sayəsində
bu əlaqələrin
özünün ən
yüksək zirvəsinə
çatdığı, Şuşa
Bəyannaməsinin iki
ölkə arasında
strateji müttəfiqlik
münasibətlərinin daha
da möhkəmləndirilməsi
üzrə yeni hədəfləri müəyyən
etdiyi vurğulanıb.
Bu çərçivədə
dövlət qurumları
arasında əməkdaşlığın
daha da genişləndirilməsinin
əhəmiyyətinə toxunulub.
Azərbaycan və
Türkiyənin ortaq tarixi, mədəniyyəti,
dəyərləri ilə
bağlı fikirlərini
bildirən Milli Məclisin sədri qardaş xalqlarımızı
birləşdirən ən
mühüm dəyərlərdən
biri kimi ailə dəyərlərinin
əhəmiyyətini, cəmiyyətlərimizdə
ailə institutuna, qadınların roluna göstərilən münasibəti
qeyd edib, müasir qloballaşma şəraitində bu dəyərlərin qorunmasının
vacibliyini vurğulayıb.
Sahibə Qafarova Azərbaycan və Türkiyənin müvafiq
dövlət qurumlarının
ailə və uşaqlara qayğı, qadınların cəmiyyətdə
mövqeyinin möhkəmləndirilməsi,
ailə dəyərlərimizin
beynəlxalq səviyyədə
təbliği istiqamətində
qarşılıqlı fəaliyyətinin
və təcrübə
mübadiləsinin əhəmiyyətini
ifadə edib. O, hər iki parlamentin
müvafiq komitələri
arasında əməkdaşlığın
bu sahədə işbirliyinə töhfə
verə biləcəyini
diqqətə çatdırıb.
Görüşdə qardaş ölkə parlamentləri arasında əlaqələrə toxunularaq,
geniş və uğurlu əlaqələrin
mövcud olduğu, ikitərəfli əməkdaşlıqla
yanaşı, üçtərəfli
əsasda və beynəlxalq parlament təşkilatları çərçivəsində
geniş və uğurlu əməkdaşlığın
həyata keçirildiyi
vurğulanıb.
Milli Məclisin
sədri “Azərbaycan
Respublikasının Milli
Məclisi ilə Türkiyə Böyük
Millət Məclisi arasında əməkdaşlıq
haqqında” Sazişin
Şuşa Bəyannaməsinin
parlamentlərarası əməkdaşlığa
dair bəndinin həyata keçirilməsi
və Azərbaycan-Türkiyə
müttəfiqlik münasibətlərinin
parlament səviyyəsində
də əks etdirilməsi baxımından
əhəmiyyətini qeyd
edib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qardaş Azərbaycanda olmaqdan məmnunluğunu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini, xoş gündə də, çətin gündə də bir yerdə olduğumuzu diqqətə çatdırıb. Mahinur Özdemir Göktaş Azərbaycana səfəri, ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib. Nazir, həmçinin rəhbərlik etdiyi qurumla Azərbaycanın müvafiq dövlət orqanları arasında əməkdaşlıqdan danışıb.
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.3.