Azərbaycan
ilə Türkiyə arasında ailə, qadın məsələləri
sahəsində əməkdaşlıq
məsələləri müzakirə
olunub
Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri Hicran Hüseynova Türkiyə Respublikasının ailə
və sosial xidmətlər naziri, Türkiyə Böyük
Millət Məclisinin
Qadın və kişi bərabər imkanları komissiyasının
sədri Çiğdem
Erdoğan Atabekin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
komitə sədri Azərbaycanla Türkiyə
arasında münasibətlərin
dostluq, qardaşlıq
ruhuna uyğun inkişaf etdiyini qeyd edib. Azərbaycan
qadınlarının cəmiyyətdə
tutduğu yüksək
mövqe, müxtəlif
sahələrdə qazandıqları
uğurlar barədə
danışıb, bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini,
təşəbbüslərini xüsusi vurğulayıb.
Qonaq 18 Oktyabr -
Müstəqilliyin Bərpası
Günü və 44 günlük Vətən müharibəsində Azərbaycanın
əldə etdiyi Zəfər münasibətilə
təbriklərini çatdırıb.
O, qardaş ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığın xalqlarımızın birlik və həmrəyliyinin daha da güclənməsinə imkan yaratdığını söyləyib, qanunverici orqanlar arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.3.