Azərbaycan-İspaniya
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupu bəyanat yayıb
Oktyabrın 18-də Azərbaycan-İspaniya parlamentlərarası
əlaqələr üzrə
işçi qrupu bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir.
“İspaniya Senatının
17 oktyabr tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanat təəssüf
doğurur. Azərbaycan-İspaniya
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupu olaraq, bu qərəzli və birtərəfli bəyanatı qətiyyətlə
rədd edir və şiddətlə qınayırıq.
Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən
30 il davam etmiş işğalına,
1 milyondan artıq soydaşımızın Ermənistanın
etnik təmizləmə
siyasəti ilə üzləşərək, öz
doğma torpaqlarından
didərgin salınmasına,
şəhərlərimizin, kəndlərimizin dağıdılmasına,
tarixi, mədəni və dini abidələrimizin
yerlə-yeksan edilməsinə
bu illər ərzində bir dəfə də olsun münasibət bildirməmiş İspaniya
Senatının indi həqiqətdən uzaq iddialarla “ittihamçı”
rolunda çıxış
etməsi öz absurdluğu baxımından
ciddi suallar doğurur.
İspaniya Senatının
qəbul etdiyi bəyanatın mətni onun bölgədə mövcud olan reallıqlardan nə dərəcədə uzaq
olduğunu, erməni lobbisinin dezinformasiyası üzərində qurulduğunu
bariz şəkildə
nümayiş etdirir.
İspaniya Senatına
bəyan edirik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi antiterror tədbirləri məhz regional sülh, təhlükəsizlik və
sabitlik qarşısında
dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırdı. Bu gün Azərbaycan
Hökuməti Azərbaycan
Respublikasının Qarabağ
bölgəsində yaşayan
erməni sakinlərin
Azərbaycan cəmiyyətinə
reinteqrasiyası, Qarabağ
bölgəsində sosial,
humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli
istiqamətində tədbirləri
uğurla davam etdirir. Bölgəyə səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin
hesabat və bəyanatları da bunu təsdiq edir.
Digər bir düşündürücü hal isə bundan
ibarətdir ki, nə qədər paradoksal olsa da, separatizmdən əziyyət çəkən
İspaniya dövlətinin
Senatı belə bir bəyanatı qəbul etməklə, ərazi bütövlüyü
və suverenlik kimi prinsiplərə hörmətsizlik nümayiş
etdirir, aqressiv separatizmə tam şəkildə dəstək
göstərməklə, regionumuzda
uzunmüddətli sülh
və sabitliyin bərqərar olması istiqamətində göstərilən
səylərə mane
olur.
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, İspaniya Senatının bu bəyanatına qəti etirazımızı bildiririk”
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.3.