Milli
Məclisin Beynəlxalq
münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsi Niderland parlamentinin qərəzli sənədlərini şiddətlə
qınayıb
Azərbaycan Respublikası
Milli Məclisinin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsi
2023-cü il oktyabrın
12-də Niderland Krallığı
Parlamentinin Nümayəndələr
Palatasının qərəzli
və obyektivlikdən
uzaq tövsiyə sənədləri qəbul
etməsinə qəti
etirazını bildirir
və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır.
AZƏRTAC xəbər verir ki, bu
barədə Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin bəyanatında
bildirilib.
Qeyd olunub ki, sözügedən sənədlərdə Azərbaycanın
Qarabağ bölgəsi
ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda
mövcud olmuş münaqişənin kökündə
dayanan, Ermənistanın
Azərbaycana qarşı
ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə
törədilmiş hərbi
işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə
məruz qoyulması tamamilə diqqətdən
kənar buraxılıb.
Eyni zamanda, Azərbaycanın 2023-cü il
sentyabrın 19-20-də həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram
və məqsədləri
təhrif edilərək,
ölkəmizə qarşı
əsassız iddialar səsləndirilib. Bu mənada, həmin tədbirlərin Azərbaycana
qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və
qanunsuz hərbi birləşmələrin mövcudluğuna
son qoyulmasına yönəldiyi gözardı
edilib. Həmçinin
Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan
cəmiyyətinə reinteqrasiyası
istiqamətində atılan
addımlara lazımi qiymət verilmədən,
regiondakı gələcək
davamlı sülh üçün əlavə
maneələr yaradılıb.
“Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”, - deyə bəyanatda vurğulanıb.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.3.