Nizami
Kino Mərkəzində
Oğul sənədli
filminin nümayişi
olub
Oktyabrın 18-də Nizami Kino Mərkəzində
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin dəstəyi,
"LİBRAFF" Kitab Mağazalar
Şəbəkəsinin və
TEAS Press Nəşriyyat Evinin
təşkilati dəstəyi
ilə Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin
istehsalı olan "Oğul" sənədli
filminin nümayişi
keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri
Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi
Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər,
tanınmış sənət
adamları və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən
"Oğul" sənədli
filmi Birinci Qarabağ müharibəsi
zamanı ermənilər
tərəfindən əsir
götürülən azərbaycanlı
hərbçi Natiq Qasımov haqqındadır.
Nümayişdən əvvəl Mədəniyyət
Nazirliyinin nümayəndəsi,
Əməkdar incəsənət
xadimi Orxan Fikrətoğlu bildirib ki, Azərbaycan və Böyük Britaniya kinematoqrafçılarının
birgə istehsalı olan "Oğul" filmi ölkədə mədəniyyət sahəsinin
inkişafı baxımından
çox gözəl publisistik bir kino salnaməsidir. Onun sözlərinə görə, bu sənədli film Azərbaycan kino salnaməsində ərsəyə
gətirilən, dövlətimizin
başçısının tapşırığı ilə
mədəniyyət siyasətində
həyata keçirilən
çox uğurlu layihələr silsiləsindəndir.
Sonra çıxış
edən filmin prodüseri Ekard Seycer (Eckart Sager) filmin ərsəyə
gəlməsi prosesindən
danışıb, Natiq
Qasımovun silahı yerə qoyması, ermənilər tərəfindən
ələ keçirilməsi
və sorğu-sual olunması səhnələrindən
təsirləndiyini qeyd
edib. O, film çəkildiyi dövrdə,
hadisələrdən 25 il
keçməsinə baxmayaraq,
N.Qasımovun aqibəti
haqqında məlumatların
olmadığını diqqətə
çatdırıb, məhz
bu səbəbdən Natiq Qasımovun başına nələrin
gəldiyini araşdırmaq
üçün yola çıxdığını deyib: "Azərbaycan və Ermənistan arasındakı münasibətləri
nəzərə alaraq,
bu məsələyə
obyektiv və təmkinlə yanaşmaq bizim üçün çox vacib idi. Bu faciəvi
hadisə Qarabağ müharibəsinin təcəssümüdür".
Natiq Qasımovun
qardaşı Nofəl
Qasımov isə
AZƏRTAC-a müsahibəsində qeyd edib ki,
"Oğul" sənədli
filminin çəkilişinə
başlanılanadək Natiqin
taleyi barədə heç bir məlumat yox idi. O əlavə edib: "Sadəcə, onun əsir götürülməsi haqqında
məlumatımız var
idi. Sonradan bildik ki, Natiq
sağ qalıb, Alban kilsəsində təkbaşına döyüşüb.
Daha sonra isə Xocalıda girov götürülən
sakinlərin öldürülməməsi
üçün təslim
olmağa razılaşıb".
Natiq Qasımov
hərbi əməliyyatlar
zamanı altı döyüş yoldaşını
itirdikdən sonra beş gün ərzində təkbaşına
müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır,
ermənilərə müqavimət
göstərərək təslim
olmur. Ermənilər Xocalıda girov götürülən 22 sakini
öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz
təslim olmağına
razılaşır.
Ermənilər Natiqin
bir neçə gün təkbaşına
vuruşmasına heç
cür inana bilmirdilər. Konstantin Smirnov adlı müxbirin "Oqonyok"
jurnalının 1992-ci ilin
aprel sayında (№
14-15) dərc olunmuş
"Qorxu" ("Strax")
sərlövhəli məqaləsində
hətta təslim olduqda belə Azərbaycan bayrağını
düşmənə verməyən
Natiq Qasımovun şücaətindən bəhs
edilirdi. Həmin məqalədə əlində
Azərbaycan bayrağını
fəxrlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin
əhatəsindəki fotosu
da yer almışdı.
Azərbaycan tarixinin
daha bir qəhrəmanlıq səhifəsindən
bəhs edən bu sənədli film rejissor və
ssenari müəllifi Karan Sinqh tərəfindən
italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları
əsasında ekranlaşdırılıb.
Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı
danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn
rejissor həmin hadisəni və qəhrəmanın aqibətini
aydınlaşdırmaq üçün
üç il Azərbaycan, Ermənistan,
İtaliya, Böyük
Britaniya və Rusiyada şahidlərlə
görüşüb, onların
müsahibələrini lentə
alıb.
Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi
ilə bağlı məqamlar və bu dindirilmələrdə
ermənilərin səhra
komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer
alır. Şahidlərin
məlumatına görə,
erməni hərbçi
Vitali Balasanyan, Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasında
Birinci Qarabağ müharibəsində itkin
düşmüş şəxs
kimi qeydiyyatda olan Natiq Qasımovu
əsirlikdə olduğu
müddətdə işgəncə
ilə qətlə yetirib.
Film riyakar erməni
xislətini bir daha aşkara çıxarmış olur.
Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların
taleyində oynadığı
dəhşətli roldan
bəhs edir, ailələrin öz əzizlərinin itkisindən
və naməlum taleyindən çəkdikləri
iztirabları ön plana gətirir.
Natiq Qasımovun
şücaətini parlaq
şəkildə əks
etdirilən "Oğul"
sənədli filmi Azərbaycan Ordusunun
2023-cü ilin sentyabr ayında apardığı
uğurlu antiterror tədbirlərindən sonra
yenidən ictimaiyyətin
gündəminə gəlib.
Film Azərbaycan və
ingilis dillərində
hazırlanıb və
iki dəfə ABŞ
festivallarında nümayiş
etdirilib.
Tədbir zamanı, həmçinin TEAS Press Nəşriyyat evinin Qarabağa, Xocalıya, şəhidlərə, erməni əsirliyinə və Azərbaycan həqiqətlərinə həsr olunmuş digər kitablarının satışı da reallaşdırılıb və satışdan əldə olunan gəlir "YAŞAT" Fondu və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.7.