Azərbaycanın
və İranın xarici işlər nazirləri bölgədəki
mövcud vəziyyəti
müzakirə ediblər
Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq
Təşkilatının İcraiyyə
Komitəsinin nazirlər
səviyyəsində keçirilən
növbədənkənar iclasında
iştirakı çərçivəsində
İran İslam Respublikasının
xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Görüş zamanı
iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində
duran məsələlər,
çoxtərəfli regional
əməkdaşlıq məsələləri,
habelə bölgədə
mövcud vəziyyət
müzakirə olunub.
Son zamanlar iki ölkə arasında artan ikitərəfli təmasların,
ikitərəfli iqtisadi
komissiya çərçivəsində
keçirilmiş görüşlərin
əhəmiyyəti qeyd
olunub. Bu təmasların iki ölkə arasında gündəkdə duran bəzi məsələlərin
həlli üçün
də vacib olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, post-münaqişə
dövründə regionda
mövcud vəziyyət,
Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri,
habelə Qarabağ bölgəsində görülən
anti-terror tədbirlərindən
sonra bölgədə
həyata keçirilən
işlər barədə
ətraflı məlumat
verilib.
Sülh gündəliyinin
irəlilədilməsi istiqamətində
yaranmış imkanlardan
bəhs edən nazir Ceyhun Bayramov,
xüsusilə bölgədə
nəqliyyat və kommunikasiyaların inkişafı
və genişləndirilməsi
istiqamətində 6 oktyabr
2023-cü il tarixində
“Azərbaycan Respublikası
Hökuməti ilə
İran İslam Respublikası
Hökuməti arasında
İran İslam Respublikasının
ərazisindən keçməklə
Azərbaycan Respublikasının
Şərqi Zəngəzur
iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının
yaradılması haqqında
Anlaşma Memorandumu”nun
imzalanmasının əhəmiyyətini
qeyd edib.
Ölkəmizin bölgədə
sülh və təhlükəsizliyin bərqərar
edilməsi, regional əməkdaşlığın təşviqində qərarlı
olduğu diqqətə
çatdırılıb.
Görüşdə, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 19 oktyabr, ¹ 228.- S.7.