Azərbaycanın
və Türkiyənin
xarici işlər nazirləri Ciddədə görüşüblər
Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə
zonasında baş verən son hadisələrlə bağlı
İslam Əməkdaşlıq
Təşkilatının İcraiyyə
Komitəsinin nazirlər
səviyyəsində Səudiyyə
Ərəbistanı Krallığının
Ciddə şəhərində
keçirilən növbədənkənar
iclasında iştirakı
çərçivəsində Türkiyə Respublikasının
xarici işlər naziri Hakan Fidanla
görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə ikitərəfli
strateji müttəfiqlik
münasibətlərinin gündəliyi,
beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələləri,
regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan
arasında sülh gündəliyinin perspektivləri
müzakirə olunub.
İqtisadi Əməkdaşlıq
Təşkilatının Nazirlər
Şurasının Şuşada
keçirilmiş 27-ci iclasında
müzakirə edilən
məsələlər və
iki ölkənin ilin sonunadək çoxtərəfli formatda
keçiriləcək tədbirlərdə
iştirakı ilə
bağlı fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin geniş regionda baş verən prosesləri müzakirə ediblər.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.7.