Ceyhun
Bayramov BƏƏ-li həmkarı ilə İsrail-Fələstin münaqişə
zonasında baş verən son hadisələri müzakirə
edib
Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb
Əmirliklərinin xarici
işlər üzrə
dövlət naziri Xəlifə Şahin Əlmarar ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə tərəflər
arasında Azərbaycan
və Birləşmiş
Ərəb Əmirlikləri
arasında ikitərəfli
və çoxtərəfli
müstəvidə mövcud
əməkdaşlıq gündəliyi,
energetika və iqtisadi sahədə əməkdaşlıq məsələləri,
İsrail-Fələstin münaqişə
zonasında baş verən son hadisələr ətrafında
fikir mübadiləsi aparıb.
İki ölkə
arasında yüksək
səviyyəli siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq
ifadə olunaraq qarşılıqlı yüksək
səviyyəli səfərlərin
həyata keçirilməsinin
vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın
son hərbi-siyasi təxribatlarından irəli
gələn təhdidlər,
Azərbaycanın erməni
silahlı qüvvələrinə
və ərazimizdəki
qondarma rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərini şərtləndirən
amillər və aparılan tədbirlərdən
sonra bölgədəki
cari vəziyyət barədə qarşı tərəfi ətraflı
məlumatlandırıb.
Görüşdə tərəflər, həmçinin qarşılqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələləri müzakirə edib.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.7.