Xalqımız
tarixi günlərini yaşayır
Xalqımız tarixi
hadisələrə şahidlik
edir. Uzun illər düşmən işğalında qalmış
tarixi torpaqlarımız
Müzəffər Ali
Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan
Ordusu tərəfindən
işğaldan azad edilib. Dövlət başçısının diplomatik
məharəti ilə
bəzi ərazilərimiz,
şəhər və
kəndlərimiz isə
bir güllə belə atılmadan düşməndən qurtulub.
Bu ilin sentyabrında 24 saatdan da az davam
edən lokal xarakterli antiterror tədbirləri isə suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşdı. Hələ İkinci Qarabağ müharibəsinin
gedişində dövlət
başçısı günahkarların
cəzalandırılacağını və törətdikləri
cinayətlərə görə
məsuliyyətə cəlb
ediləcəyini bildirmişdi.
Bu gün əli həmvətənlilərimizin
qanlarına batmış
separatçı rejimin
rəhbərləri məhkəmələrimiz
qarşısında törətdikləri
cinayətlərə görə
cavab verirlər.
15 oktyabr tarixində
cənab Prezident İlham Əliyev tərəfindən Xankəndi
şəhərində Azərbaycan
bayrağının ucaldılması
suverenliyimizin tam bərpa edilməsinin yekun nəticəsidir. Xankəndi şəhərində
bayrağımızın ucaldılması
həm də tarixi qələbəmizə
kölgə salmağa
cəhd edənlərə
ən tutarlı cavab idi. Zəfərimizi
qəbul edə bilməyən və buna qısqanclıqla yanaşan xaricdə ermənipərəst Fransadırsa,
təəssüf ki, daxildə də marjinal müxalifətdir. Tarixi qələbəmizə
dil uzadanlar həm də Vətən yolunda canlarını qurban verən şəhidlərimizin
əziz ruhlarına hörmətsizlik edirlər.
Zəfərimizi yarımçıq
qələbə kimi qiymətləndirənlərin, Xocalısız, Xankəndisiz
qələbənin tam
olmadığını qeyd
edənlərin bugünkü
susqunluğunun yalnız
bir cavabı var: 1991-1993-cü illərdə
bu ölkənin başına gətirdiyiniz
fəlakətin həll
edilməsi üçün
30 il vaxt lazım oldu. Azərbaycan xalqı hakimiyyət uğrunda apardığı savaş
zamanı düşmənin
işğalına göz
yummağınızı heç
zaman unutmayacaq.
Dövlət başçısı
20 il əvvəl xalqa verdiyi sözü
yerinə yetirərək,
ölkəmizin ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etdi. İndi Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə işğaldan azad edilmiş ərazilərdə abadlıq
və quruculuq işləri aparılır,
3 ildən də qısa müddətdə
böyük işlər
görülüb. Azad
edilmiş ərazilərimizdə
başlamış genişmiqyaslı
abadlıq-quruculuq işləri
çərçivəsində şəhər və kəndlərin təməli
qoyulmuş, təhsil,
tibbi müəssisələri
və digər infrastrukturlar yaradılmışdır.
İşğaldan azad
edilmiş digər ərazilərimiz kimi Füzuli də yenidən dirçəlməkdədir.
30 il doğma yurd həsrəti çəkmiş füzulililər
doğma evlərindədirlər.
Füzuli şəhərində
Beynəlxalq Hava Limanı tikilib, vətəndaşların rahat
yaşaması üçün
bütün infrastruktur
qurulub.
Artıq ölkəmizdə
yeni inkişaf mərhələsi başlayıb.
Bu gün Böyük qayıdış
proqramı uğurla icra edilir, Qarabağ
və Şərqi Zəngəzur tamamilə yenidən bərpa olunur, keçmiş məcburi köçkünlər
yenidən ərazilərdə
məskunlaşdırılır, insanlarımız doğma
yurd-yuvalarına qayıdırlar.
Qarabağa və Şərqi Zəngəzura
uzun illərdən sonra həyat qayıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində
və Füzulidə dediyi kimi, qələbəmizə
görə Vətən
övladlarına borcluyuq.
Məhz dövlətimizin
gücü ilə bərabər qəhrəmanlarımızın
cəsarəti və şücaəti bizi tarixi qələbəmizə
qovuşdurdu.
Adil
ƏLİYEV,
Milli Məclis Sədrinin müavini
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.8.