TBMM-in nümayəndə
heyəti Milli Məclisdə
olub
Oktyabrın 18-də Milli Məclis Aparatının rəhbəri
Fərid Hacıyev ölkəmizdə səfərdə
olan Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun
başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iki qardaş ölkə arasındakı
münasibətlərin yüksək
səviyyədə olmasından
məmnunluqla danışan
Fərid Hacıyev bu münasibətlərin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir
millət, iki dövlət” prinsipinə
uyğun olaraq inkişaf etdiyini qeyd edib.
Fərid Hacıyev
Türkiyənin Azərbaycana
daim dəstək verdiyini vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Ordumuzun Vətən müharibəsi
nəticəsində torpaqlarımızı
işğaldan azad etdiyini, bu ilin
sentyabrında ölkəmizin
Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etdiyini bildirib.
Aparat rəhbəri
parlament aparatları arasında əlaqələrin
inkişafının parlamentlər
arasında daha sıx əməkdaşlığın
qurulmasına öz töhfəsini verəcəyinə
əminliyini ifadə edib.
Türkiyə Böyük
Millət Məclisinin
Baş katibi Talip Uzun iki
ölkənin parlament
aparatları arasında
əməkdaşlığın perspektivləri, qanunvericilik
sahəsində təcrübə
mübadiləsi barədə
fikirlərini bölüşüb.
Qonaq bildirib ki, Türkiyə və Azərbaycan ortaq dəyərlərə
malik, eyni keçmişi və eyni gələcəyi paylaşan ölkələrdir.
O, Azərbaycanın öz
ərazi bütövlüyünü
və suverenliyini bərpa etməsinin sevincini yaşadıqlarını
diqqətə çatdırıb.
Söhbət zamanı
qanunverici orqanlar arasında əməkdaşlığın
perspektivləri ilə
bağlı fikir mübadiləsi aparılıb.
XXX
Oktyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.8.