Elə bir meqalayihə yaratdı ki…
Avropanın enerji xəritəsini təzədən çəkdi,
qaza tələbatı
artan neçə-neçə
ölkə Azərbaycana
bel bağladı
Xəzərin Azərbaycan
sektorundakı "Şahdəniz"
yatağı hazırda
dünyada istismar edilən ən böyük qaz-kondensat yataqlarından biridir. Bu, 140 kvadratkilometrdən artıq sahəsi və ilkin hesablamalara
görə, təqribən
1 trilyon kubmetr mavi yanacaq və
2 milyard barel kondensat ehtiyatı olan nəhəng bir karbohidrogen mənbəyidir.
"Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü
Sazişi (HPBS) 1996-cı il
iyunun 4-də Bakıda
SOCAR (Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti) və xarici şirkətlərin
konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən
ratifikasiya edilərək
həmin il oktyabrın 17-də qüvvəyə
minib. 1999-cu ildə isə yataq kəşf edilib.
"Şahdəniz" Bakıdan təqribən
70 kilometr cənub-şərqdə
yerləşir. Burada suyun dərinliyi 50 metrdən 600 metrədək
dəyişir. Yatağın
kollektor dərinliyi
1000 metrdən çoxdur,
uzunluğu isə 22 kilometrdir. Strukturda
1997-2001-ci illərdə qazılmış
kəşfiyyat və
qiymətləndirmə quyuları
onun dünya səviyyəli qaz-kondensat
yatağı olduğunu
təsdiq edib.
Bu, həmin yataqdır ki, Azərbaycanı dünyada
qaz ixrac edən kimi tanıdıb. 2006-cı ilin
sonlarından Gürcüstanın,
növbəti ilin ortalarından Türkiyənin
və artıq üç ilə yaxındır Avropanın
ölkəmizdən aldığı
qaz "Şahdəniz"dən
hasil olunur.
"Şahdəniz" İlham Əliyevin enerji strategiyasının möhtəşəm səhifəsi,
Prezidentimizin şah əsərlərindən biridir.
"Şahdəniz"in tarixində
ilk nəzərəçarpan
odur ki, bu yatağın hələ kəşfində
həmin vaxt SOCAR-da çalışan İlham Əliyevin böyük rolu olub. (Prezidentimiz
1994-2003-cü illərdə şirkətin əvvəlcə
vitse-prezidenti, sonra birinci vitse-prezidenti vəzifəsində çalışıb).
Mərhum neftçi-geoloq,
akademik Xoşbəxt Yusifzadə "Ömrümün
illəri və izləri" kitabında
o günləri belə
xatırlayır: "İllər
ötüb keçdikcə
neft və qaz sənayesinin inkişafında İlham Əliyevin xidmətləri
barədə düşünəndə
Xəzər dənizinin
Azərbaycan sektorundakı
yataqlara dair müqavilələrə onun
hamilik fəaliyyətinin
ayrı-ayrı məqamlarını
da yada salır
və İlham müəllimlə söhbətlərimi
xatırlayıram. Yadımdadır,
"Şahdəniz" strukturunda
1998-ci ildən qazılan
1 nömrəli axtarış
quyusunda işlər bir sıra texniki
və texnoloji səbəblərdən uzanırdı.
Bundan əvvəl Xəzərin Azərbaycan
sektorunda kəşf olunmuş "Əşrəfi"
və "Qarabağ"
yataqlarından gözlənilən
nəticə alınmamış
və bu yataqlarda nisbətən az miqdarda karbohidrogen
ehtiyatları aşkar
edilmişdi ki, bu da respublikada
bəzi mütəxəssislər
arasında müəyyən
söz-söhbətə, müxtəlif
şayiələrin yayılmasına
səbəb olmuşdu.
Belə bir vaxtda cənab İlham Əliyev məni açıq söhbətə dəvət
etdi. Mən ona "Şahdəniz"
barəsində geniş
məlumat verdim. Məlumatı diqqətlə
dinlədikdən, müəyyən
məsələləri özü
üçün dəqiqləşdirdikdən
sonra və təqdim etdiyim geoloji məlumatlarla tanış olduqdan sonra o, tam inandı
ki, yatağın böyük perspektivləri
vardır. Həqiqətən
də, "Şahdəniz"dən
alınan son məlumatlar həmin söhbət zamanı söylənilən fikirlərin
düzgünlüyünü təsdiq etdi".
"Şahdəniz"in
sonrakı taleyi də uğurlu oldu. Layihə ilə
bağlı bütün işlər Prezident İlham
Əliyevin şəxsi nəzarəti altında həyata
keçirilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə
eyni dəhliz boyu uzanan, "Şahdəniz"dən
çıxarılan mavi yanacağı Gürcüstana nəql
edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) artıq 17 ildir fəaliyyət
göstərir. Gürcüstan-Türkiyə sərhədində
bu kəmərə qoşulan əlavə xətt isə Azərbaycan
qazını Türkiyəyə də çatdırır. Səngəçaldan
Ərzurumadək uzanan bu xətt bütövlükdə
Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. Bu kəməri
rəmzi olaraq möhtəşəm "Cənub qaz dəhlizi"nin
bünövrəsi də adlandırırlar. Əgər
BTƏ ilə "Şahdəniz-1"in qazı nəql
edilirdisə, "Cənub qaz dəhlizi" artıq
"Şahdəniz-2"nin qazını daşıyır.
"Cənub qaz
dəhlizi"nin birinci seqmentini də elə genişləndirilmiş
CQBK təşkil edir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP)
"Cənub qaz dəhlizi"nin ikinci və ən
böyük hissəsidir. Bu möhtəşəm enerji dəhlizinin
birləşdirici halqası, onurğa sütunu sayılan TANAP
"Şahdəniz" qazını 2018-ci ilin ortalarından
nəql edir. Sonuncu seqment olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri)
2020-ci ilin son günündə istifadəyə verilib.
"Cənub qaz
dəhlizi"ndən bəhs edərkən, onun gerçəkləşməsində
Azərbaycanın rolunu vurğulayarkən bir məqamı da
unutmaq olmaz. Belə ki, "Cənub Qaz Dəhlizi" Məşvərət
Şurasının layihənin həyata keçirilməsində
müstəsna rolu olmuşdur. Məşvərət
Şurasının bu ilin fevralında Bakıda keçirilən
toplantısı sayca 9-cu idi. 2021-ci ildə koronavirus
pandemiyası səbəbindən videokonfrans formatında
keçirilən 7-ci iclası nəzərə almasaq, 2015-ci
ildən üzübəri ildə bir dəfə, adətən,
fevral ayında baş tutan bu tədbirlərə həmişə
Azərbaycan evsahibliyi edib. Bu toplantılarda XXI əsrin nəhəng
layihəsi olan "Cənub qaz dəhlizi"nin reallaşması
istiqamətində gedən işlər müzakirə olunub,
qarşıdakı vəzifələr müəyyənləşdirilib.
Toplantıların məhz Bakıda keçirilməsi Prezident
İlham Əliyevin dünyadakı nüfuzundan qaynaqlanır və
Azərbaycanın layihədəki rolunu bir daha təsdiqləyir.
Azərbaycanın qaz ixracı şaxələnir və bu
diversifikasiya həqiqətən də günün tələbləri
ilə uzlaşır. Başqa sözlə, zaman Prezident
İlham Əliyev tərəfindən qarşıya
qoyulmuş vəzifələrin məqsədyönlü
olduğunu, müəyyənləşdirilmiş
strategiyanın düzgün seçildiyini sübuta yetirir.
Prezidentimizin özünün də dediyi kimi, "Cənub qaz
dəhlizi" layihəsi başa çatıb, bizim işimiz
isə davam edir.
Bütün
bunlar bir daha təsdiqləyir ki, "Cənub qaz dəhlizi"
Prezident İlham Əliyevin yaratdığı meqalayihədir.
Bakı yaxınlığındakı Səngəçal
terminalından başlayıb İtaliya torpağınadək
3500 kilometr məsafə qət edən, artıq yeni qollarla -
interkonnektorlarla şaxələnən bu meqalayihənin təşəbbüskarı
və aparıcı qüvvəsi Azərbaycan olub.
Dünyanın bir çox görkəmli siyasətçiləri,
nəhəng neft-qaz şirkətlərinin rəhbərləri
haqlı olaraq deyirlər ki, "Cənub qaz dəhlizi"nin
araya-ərsəyə gəlməsində Azərbaycan
Prezidentinin rolu misilsiz, səyləri böyük, zəhməti
ölçüyəgəlməzdir.
Bəli, İlham
Əliyev dünyaya səs salan bir meqalayihə yaratdı. Elə
bir meqalayihə ki, bununla Avropanın enerji xəritəsi yenidən
çəkildi. Qoca qitənin mavi yanacağa ehtiyacı
artanda, vəziyyət hətta kəskin şəkil alanda
neçə-neçə ölkə bu layihənin köməyinə
bel bağladı.
Elə bir
meqalayihə yaratdı ki, onun həyata keçirilməsində
Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan,
Yunanıstan, Albaniya, İtaliya birləşdi. Hazırda
ölkəmizdən Gürcüstan, Türkiyə,
Bolqarıstan, Yunanıstan, İtaliya və Rumıniya qaz
alır. Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro, Albaniya,
Macarıstan, Slovakiya və daha neçə ölkə "Cənub
qaz dəhlizi"indən bəhrələnmək
arzusundadır. Başqa sözlə, Azərbaycan qaz ixrac edən
ölkə kimi getdikcə daha çox şöhrət
tapır.
Elə bir
meqalayihə yaratdı ki, qarşıdan gələn 100 il ərzində
Azərbaycan xalqına xidmət edəcək və milli
iqtisadiyyatımızın inkişafında mühüm amil
olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun
artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin
daha yüksək pilləyə qalxmasını şərtləndirəcək.
Azərbaycanın enerji ixrac edən və tranzit ölkə
kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak
edən bütün ölkələr, şirkətlər mənfəət
götürəcəklər. Bu layihə Azərbaycana
böyük gəlirlər gətirərək insanların
rifahının yüksəlməsinə təsir göstərəcək,
xalqımızın firavan gələcəyini təmin edəcək.
Qarşıdan
şaxtalı-sazaqlı, qarlı-buzlu qış günləri
gəlir. Bu qış da neçə-neçə ölkədəki
istehlakçıların mənzilləri və iş
otaqları Azərbaycanın mavi yanacağı ilə isinəcək.
Dünyada cərəyan edən hadisələr bir çox
yerlərdə Azərbaycan qazına tələbatı daha da
artırıb. Yaranmış vəziyyətdə Avropa ölkəmizdən
daha çox qaz gözləyir. Bu ehtiyacı qarşılamaq
isə "Cənub qaz dəhlizi"nin öhdəsinə
düşür.
Qeyd edək ki, Azərbaycanın təsdiq
edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu gün "Cənub
qaz dəhlizi"nin ehtiyat mənbəyi yalnız "Şahdəniz"
olsa da, yaxın gələcəkdə ona digər
yataqların da qoşulacağı gözlənilir. Ölkəmiz
həmçinin müasir və çoxşaxəli qaz nəqliyyatı
infrastrukturuna malikdir. Bu da bir sıra ölkələri mavi
yanacaqla təmin etməyə imkan verir.
Bütün
bunlarla yanaşı, onu da xatırlatmaq vacibdir ki, ölkəmiz
Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəm
əməkdaşlıq və tərəfdaşlıq
platforması yaradıb. Artıq bütün dünya Azərbaycanı
etibarlı tərəfdaş kimi tanıyır. Prezidentimiz
bunları nəzərə alaraq demişdir: "Enerji təhlükəsizliyi
məsələləri bütün dövrlərdə
mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə
bu əhəmiyyət daha da artmışdır. Biz bunu
yaxşı dərk edirik. Ona görə əlimizdən gələni
edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı
təbii qazla təmin edək". İlham Əliyev deyibsə,
yerinə yetirəcək!
Flora SADIQLI,
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.9.