İlham
Əliyev xalqa verdiyi bütün vədləri uğurla yerinə yetirib
Müstəqilliyimizin ilk illərində buraxılan tarixi səhvlər ucbatından
torpaqlarımız işğal
olundu, bir milyondan çox insanımız elindən,
obasından didərgin
düşərək olmazın
əzablar çəkməyə
məcbur oldu. Minlərlə insanımız
isə başlarına
gətirilən müsibətlərə
dözməyərək yurd
həsrəti ilə ömürlərini başa
vurdu. Düşmən
işğal etdiyi torpaqlarımızda daş
üstdə daş qoymadı...
Xalqımız və
dövlətimiz üçün
bu ağır günlərdə xalq xilas yolunu Ulu
Öndər Heydər
Əliyevi hakimiyyətə
dəvət etməkdə
gördü. Ömrünü
xalqına həsr edən Ümummilli Lider ağır gündə xalqının
çağırışına biganə qala bilməzdi...
Heydər Əliyevin
hakimiyyətə gəlişi
ilə tarixi sınaqdan da üzüağ çıxa
bildik. Təcrübəli
lider, böyük dövlət adamı Ulu Öndər, ilk növbədə, xalqın birliyini bərpa etdi. Müstəqilliyini yenidən
elan edən Azərbaycanda dövlət
quruculuğuna start verildi. Ordu quruculuğunda
yeni mərhələ
başlandı. Dünyanın
ən böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı.
Bununla da Azərbaycan inkişaf yoluna çıxdı.
Ulu Öndər
özündən sonra
onun siyasi irsini İlham Əliyevin daha uğurla davam etdirə biləcəyini qeyd edərək yazırdı: "İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm".
2003-cü ildə Prezident
seçilən İlham
Əliyev qısa zamanda xalqın arzularını gerçəkləşdirib,
ümidlərini doğrultdu.
2023-cü il oktyabrın
14-də Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Samir Nuriyevin həmsədrliyi ilə Bakıda, "Gülüstan"
sarayında "Vətənə,
xalqa və dövlətçiliyə misilsiz
xidmətin 20 ili" mövzusunda keçirilən
konfransda çıxış
edən Baş nazir qeyd etdi
ki, 20 illik fəaliyyəti dövründə
İlham Əliyev dövlət başçısı
kimi xalqa verdiyi bütün vədləri uğurla yerinə yetirib: "Biz qalib xalqın
nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq".
İlham Əliyev
Azərbaycana rəhbərlik
etdiyi bu illərdə ölkəmizi
regionun lider dövlətinə çevirdi.
İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi möhtəşəm
20 il Prezident Administrasiyasının rəhbəri
Samir Nuriyevin qeyd etdiyi kimi,
xalqımızın həyatında
silsilə qələbələr,
misli görünməmiş
yüksəliş və
tərəqqi illəri
kimi tarixə düşdü. 2003-2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəldi. Bu illərdə
dövlət büdcəsinin
xərcləri 1,2 milyard
manatdan 36,6 milyard manata yüksəldi. Strateji valyuta ehtiyatları 2003-cü ildə
1,4 milyard dollar idisə,
2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb.
2003-2022-ci illərdə ölkə
iqtisadiyyatına yatırılan
ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib.
2003-cü illə müqayisədə
2022-ci ildə yoxsulluq
səviyyəsi 44,7 faizdən
5,5 faizə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan
839,4 manata yüksəlib.
Əhalinin yaşam tərzi, sosial rifahı əsaslı surətdə dəyişib.
Bu gün Azərbaycanda yol infrastrukturu tamamilə yenidən qurulub. Geridə qalan 20 ildə ölkəmizdə 17 min kilometrdən
çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3300-dək məktəb,
450-dən çox uşaq
bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya
İdman Kompleksi tikilib
və ya təmir olunub. İndi insanlar vaxt itirmədən
Bakıdan respublikanın
ən ucqar bir kəndinə çox rahatlıqla gedə bilirlər. Ölkədə mavi qaza olan tələbat
tam ödənilir. İnsanlar
yaxın keçmişimizdə
rayonlarda, kəndlərdə
elektrik enerjisinin fasilələrlə verilməsini,
istiliklə təmin olunmaları üçün
əlacsız vəziyyətdə
meşələri, ağacları
qırmalarını unutmayıblar.
Bunlar indi keçmişdə qalıb.
Fərəhlə qeyd
edə bilərik ki, indi bir sıra
Avropa dövləti bizdən qaz alır. Regionun bir sıra dövlətinin
elektrik enerjisi ilə təminatı Azərbaycandan asılıdır.
Paytaxt Bakıdan
tutmuş ən ucqar dağ kəndinə kimi məktəblər, bağçalar,
xəstəxanalar ya yenidən tikilib, ya da bərpa edilib. Xidmət təşkilatlarının işində
keyfiyyətli dəyişikliklər
baş verib. Bu gün Azərbaycan brendi olan "ASAN xidmət" insanlara öz evlərində belə, xidmət göstərir.
İşsizliyin aradan qaldırılması üçün
dövlətimiz ardıcıl
və təxirəsalınmaz
tədbirlər görüb.
Xüsusilə şəhərə
axının qarşısının
alınması məqsədilə
regionlarda, yeni sənayə
məhəllələri, aqrokombinatlar
yaradılıb, istehsal
müəssisələri tikilib
istifadəyə verilib.
Ölkədə aparılan
abadlıq-quruculuq işləri,
xidmət səviyyəsinin
yüksəlməsi xarici
turistlərin, səyyahların
da diqqətindən kənarda
qalmayıb. Bu illərdə
ölkəmiz xarici turistlərin, səyyahların
ən çox üz tutduqları ölkələr sırasında
yer alıb.
Müzəffər Ali Baş Komandan
İlham Əliyevin sərkərdəliyi
ilə ölkəmiz
44 günlük Vətən
müharibəsində qazanılan
möhtəşəm qələbə
ilə dünyanı təəccübləndirə biləcək
bir uğura imza atdı. Qələbədən sonrakı
üç il müddətində
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında misli görünməmiş
bərpa-quruculuq işlərinə,
Böyük qayıdışa
start verildi. Tarixə adı
"Ağalı möcüzəsi" kimi düşən
Ağalı kəndi öz gözəlliyi ilə görənləri
təəccübləndirir. Laçında, Cəbrayılda,
Ağdamda, Füzulidə inşaat işləri görünməmiş
vüsət aldı. Artıq hər gün evlərini məcburi
qaydada tərk etmiş insanların doğma yurdlarına
dönmələri barədə xəbərlər eşidirik.
Qarabağın rəmzi,
bütün türk dünyasının mədəniyyət
paytaxtı böyük bir tikinti meydançasına bənzəyir.
Şuşaya səyahət edən hər kəs bu şəhərdə
möcüzə baş verdiyini zənn edir.
Bizə qələbə
sevincini yaşadan, torpaqlarımızı işğaldan azad
edən, zəfər bayrağımızı işğal
olunmuş ərazilərdə qaldırmaq uğrunda
canlarından keçən, sağlamlıqlarını itirən
əsgər və zabitlərimizə, şəhid və qazi
ailələrinə, eləcə də sosial qayğıya
ehtiyacı olan ailələrə olan diqqət xüsusi olaraq
artırılıb. Şəhid ailələri və
müharibə əlilləri üçün mənzil təminatı
proqramı ötən üç ildə 5 dəfə
genişlənib. Son 3 ildə bu qəbildən olan şəxslərə
5300, ümumilikdə isə 14100 mənzil və fərdi ev təhvil
verilib. Müharibə ilə əlaqədar əlilliyi olan
şəxslərə 7500 avtomobil verilib. Postmüharibə
dövründə Prezidentin göstərişi ilə 124 min
şəxsə 309 min xidmət göstərilib. O cümlədən
103 min şəxsə sosial ödəniş təyin olunub, 20
min şəxsin məşğulluğu təmin edilib, 51 min
şəxsə reabilitasiya xidməti (o cümlədən 458
yüksəktexnologiyalı protez) təqdim olunub.
Qarabağa
Böyük qayıdışa dair I Dövlət Proqramı qəbul
edilib və uğurla icra olunur. Aparalan abadlıq-quruculuq
işlərinin mənzərəsini təsəvvür etmək
üçün qeyd edək ki, Zəngəzur iqtisadi
rayonlarındakı bərpa-quruculuq işlərinə dövlət
büdcəsindən 7 milyard ABŞ dolları vəsait
ayrılıb. Prezident Administrasiyasının rəhbəri
Samir Nuriyevin qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi və
Qarabağdakı hərbi xuntanın başçıları
ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan
təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda,
Qubadlıda, Kəlbəcərdə, Laçında,
Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə,
Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək,
xalqımıza qarşı cinayətlər törətmiş
separatçılar isə Azərbaycan məhkəməsi
qarşısında cavab verməli olacaqlar. Bunlar artıq xəyal
deyil, Prezident İlham Əliyevin apardığı
düşünülmüş praqmatik siyasətin real nəticələridir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.9.