Azərbaycan
tarixinin ən şanlı səhifələrinin
yazıldığı 20 il
Möhtəşəm
20 il
Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası (YAP) rayon təşkilatının birgə
təşkilatçılığı ilə Prezident İlham Əliyevin
2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti
seçilməsinin 20 illiyinə
həsr olunmuş
"Azərbaycan tarixinin
ən şanlı səhifələrinin yazıldığı
- 20 il" mövzusunda
tədbir keçirilmişdir.
Tədbir iştirakçıları
əvvəlcə YAP Qazax
Rayon Təşkilatının
inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə
gül dəstələri
düzərək dahi
şəxsiyyətin əziz
xatirəsinə ehtiramlarını
bildirmişlər. Sonra
Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilmiş, Ulu
Öndər Heydər
Əliyevin və torpaqlarımızın azadlığı
uğrunda canlarından
keçən şəhidlərimizin
əziz xatirəsi birdəqiqəlik sükutla
yad edilmişdir.
Tədbiri Qazax
Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov
açaraq 2023-cü ilin
əlamətdar olduğunu
qeyd edərək demişdir ki, İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının
Prezidenti seçilməsindən
20 il ötür. İlham Əliyev bu müddət ərzində öz xalqını zamanın mürəkkəb tarixi-siyasi
sınaqlarından uğurla
çıxarmış və
ardıcıl mübarizə
apararaq onu müstəqilliyə qovuşdurmuş,
qüdrətli şəxsiyyət,
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirmişdir. Onun
2003-2023-cü illər ərzində
uğurlu fəaliyyətinə
və əldə edilmiş yüksək nailiyyətlərinə nəzər
yetirərkən bunun bir daha şahidi
oluruq.
İcra başçısı
öz çıxışında
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin qalib sərkərdə kimi də tanındığını
vurğulamış, 2020-ci ilin 27 sentyabrında başlanan və cəmi 44 günə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində həm
şanlı Azərbaycan
Ordusunun, həm də Müzəffər Ali Baş Komandanın
hərb tariximizdə qəhrəmanlıq dastanı
yazdığını qeyd
etmişdir. Bildirmişdir
ki, mədəniyyət
paytaxtımız olan Şuşanın azad edilməsindən sonra -
2020-ci ilin 8 noyabrında
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi
"Mən bu gün, eyni zamanda Ulu Öndər
Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim" fikirlərini bir daha yada saldı.
İcra başçısı
onu da qeyd
etdi ki, İlham Əliyev bütün bunları təkcə bir atanın oğluna etdiyi vəsiyyət olaraq yerinə yetirmədi. Heydər Əliyevin başlatdığı
siyasi kursu yüksək peşəkarlıq
və uğurla davam etdirən böyük lider, həm də bir Prezident kimi
xalqına verdiyi vədi yerinə yetirdi. Ona olan
inamın qırılmasına
nəinki imkan vermədi, əksinə, getdikcə daha da gücləndirdi. Bu gün Azərbaycan
bu inamın sayəsində güclənərək
inkişaf edir.
YAP Qazax Rayon Təşkilatının sədri
Anar Nəbiyev çıxış edərək keçirilən
tədbirin əhəmiyyətindən
söz açaraq bildirdi ki, 2003-cü ilin 15 oktyabrında keçirilmiş Prezident seçkilərində tarixin
ağır sınaqlarından
çıxmış müdrik
xalqımız düzgün
seçim edərək
Heydər Əliyev siyasi kursuna, ədalətə,
müstəqil Azərbaycanımızın
xoş, firavan gələcəyinə, ən
layiqli namizədə
- İlham Əliyevə
səs verməklə
Ümummilli Liderə sevgisini və inamını bir daha nümayiş etdirdi. Azərbaycan xalqının sülhün,
əmin-amanlığın, tərəqqinin, inkişafın,
quruculuğun və sabitliyin tərəfində
olduğuna səs verərək, ölkədə
bu siyasətə alternativin olmadığını
göstərdi. Ötən
20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderlik keyfiyyətləri sayəsində
ölkəmiz böyük
tarixi qələbələr,
iqtisadi uğurlar qazandı.
Bakı Dövlət
Universitetinin Qazax filialının Dil-ədəbiyyat
kafedrasının müəllimi
Türkan Carçıyeva,
Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin
direktoru Gülnaz Alişanova, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Rüfət
Axundlu, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı və başqaları çıxış
edərək Prezident İlham Əliyevin 20 ildə gördüyü işlərdən, Azərbaycan
xalqının firavanlığı
istiqamətində həyata
keçirdiyi tədbirlərdən
danışmışlar.
Sonda rayonun ictimai-siyasi həyatında
fərqlənən bir
qrup partiya fəalına YAP Qazax Rayon Təşkilatının
fəxri fərmanları
və YAP sıralarına
yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri
təqdim edilmişdir.
Sabir ƏLİYEV,
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.9.