"Neçə illər
əvvəl Azərbaycan
bayrağına xitabən
yazılmış şeirin
bir misrasını xatırlayıram - "Olsun
bu Vətən torpağı başdan-başa
bayraq!" İllərdən
sonra işğaldan azad edilmiş torpaqlarımızda dövlət
bayrağımız dalğalandı.
Qalibiyyətin, Azərbaycan
Ordusunun qüdrətinin
nəticəsi kimi!"
Böyük zəfərə
aparan yol və bütün ərazilərimizdə suverenliyin
təmin olunması ilə bağlı fikirlərini bölüşən
Milli Məclisin deputatı Səbinə Xasayeva qəzetimizə açıqlamasında bildirib
ki, Ermənistan Azərbaycanın ərazisinin
20 faizini işğal etmişdi. Azərbaycan diplomatiyası işğalı
sonlandırmaq üçün
illərlə mübarizə
apardı, işğalçı
dövlət isə danışıqlardan yayındı.
Azərbaycan sonda məsələni güc yolu ilə həll
etdi. İşğaldan
azad edilən ərazilərdə dövlət
bayrağımız dalğalandı.
Bu, sonrakı döyüşlər üçün
böyük mənəvi
dəstək, yüksək
əzm, qələbə
ruhu oldu. Tarixi zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə
çıxışlarında deyirdi ki, suverenliyimiz
tam bərpa ediləcək.
Dövlət başçısı
tarixi zəfərdən
sonra işğaldan azad edilmiş bütün rayonlarda oldu, həmin ərazilərdə quruculuq
işlərinin aparılmasına
sərəncamlar verdi.
Nəhayət, oktyabrın
15-də Prezident Xankəndi
şəhərinin mərkəzi
meydanında Azərbaycan
bayrağını qaldırıldı.
Bu, bütün soydaşlarımızda, Azərbaycanı
sevənlərdə böyük
qürur yaratdı.
Vətən müharibəsində
hər döyüş
bizi illərlə arzuladığımız günə
yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan
dövlət başçısı
Azərbaycan bayrağını
o vaxt işğal altında olan torpaqlarda, bütün şəhər və kəndlərdə qaldıracağını
bildirmişdi.
"Azərbaycan torpağında
heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl
- 1923-cü ildə yaradılmışdır.
Bu 100 il ərzində xalqımız
böyük əzab görüb, tarix bizi ağır sınağa çəkib.
Əyilmədik, sınmadıq,
o boyda böyük faciə ilə təkbaşına üz-üzə
qaldıq. Torpaqlarımız
işğal altına
düşəndə heç
bir ölkə arxamızda dayanmadı, mənəvi dəstək
göstərmədi. Bütün
əsas güclər Ermənistanın arxasında
idi. Ancaq Azərbaycan haqqa, ədalətə, xalqın
gücünə, ordunun
qüdrətinə güvəndi.
Bu güvən isə tarixi zəfərlə tamamlandı",
- deyə deputat bildirib.
Deputatın sözlərinə
görə, Vətən
müharibəsində Prezident
İlham Əliyevin xalqa müraciətləri
xalqda inam yaradırdı. Xalq bu müraciətlərdən
tezliklə növbəti
qələbə sorağını
gözləyirdi. Bu, oldu. Kəndlər, qəsəbələr, rayonlar
işğaldan azad edilirdi, Prezident bu sevinci, bu
qüruru xalqa böyük qürurla çatdırırdı.
Zəfərdən üç
il sonra Prezident İlham Əliyev Xankəndidə çıxışında dedi:
"Keçən ay antiterror əməliyyatı
qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsini
sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində
mən şəxsən
mənasız və nəticəsiz danışıqlarda
dəfələrlə iştirak
etmişəm. Nə üçün? Çünki
hesab edirdim ki, bu məsələ
sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın
işğalçı siyasətini
bir daha təhlil edərək tam əminliklə bu gün deyə
bilərəm ki, onlar bir qarış
torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ
ilə məşğul
olmuş vasitəçilər
faktiki olaraq münaqişəni dondurmaq
istəyirdilər, münaqişəni
əbədi etmək istəyirdilər. İstəyirdilər
ki, bu yara
heç vaxt sağalmasın. Azərbaycan
xalqı və dövləti bu vəziyyətlə heç
vaxt barışa bilməzdi…"
Deputat bildirib ki, bu kəlmələr
bütün azərbaycanlıların
düşüncələrini Vətən müharibəsinə
bir daha köklədi. Bu da ölkənin qüruru oldu. Prezident 20 il öncə xalqına verdiyi vəzifə borcunu xatırlatdı. Həmin zaman dövlət başçısı
Azərbaycan bayrağının
işğal altında
olan bütün ərazilərdə, bütün
torpaqlarda, bütün
şəhər və
kəndlərdə qaldırılmasını
vəzifə borcu kimi müəyyənləşdirmişdi.
S.Xasayevanın sözlərinə
görə, Prezidentin
Xankəndidə söylədiyi
"Azərbaycan xalqının
onilliklər ərzində
olan arzuları çin oldu. Biz torpaqlarımızı
geri qaytarmışıq,
ərazi bütövlüyümüzü
bərpa etmişik fikirləri hər kəsdə qürur hissi yaşadıb: "Bu qürur dünyəvi
qürurdur, bəşəri
qürurdur. Prezident İlham Əliyev məhz oktyabrın 15-də
Xankəndidə dövlət
bayrağımızı dalğalandırmaqla
Azərbaycan xalqının
qalib ruhunun dönməzliyini dünyaya
bir daha bəyan etdi".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.10.