Xankəndi müjdəsi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə ən böyük töhfə oldu

 

"2020-ci ilin sentyabrında başlanan zəfər mübarizəmiz 2023-cü ilin eyni ayında başa çatdı bununla da Azərbaycanın suverenliyi tam təmin olundu. Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində dalğalanır".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov bildirib. O vurğulayıb ki, Azərbaycanın tarixi torpaqlarının 30 il düşmən işğalında qalması bütün dünyaya məlum idi. Ermənistanın havadarları, eləcə dünyanın bir sıra nüfuzlu təşkilatları Azərbaycanı inandırmaq istəyirdilər ki, bölgədə sülhə, əmin-amanlığa ciddi ehtiyac olduğuna görə işğalla barışmaq iki dövlət arasında münasibətləri inkişaf etdirmək lazımdır. Bu təklif Azərbaycan xalqını təhqir etmək demək idi. Ona görə Azərbaycan bu təkliflə heç vaxt razılaşa bilməzdi.

Deputat qeyd edib ki, 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: "Mən İlham Əliyevə özüm qədər inanıram". Bundan bir müddət sonra keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan xalqının prezidenti seçildi. Prezident İlham Əliyev ona ürəkdən inanan xalqımıza söz verdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirəcək.

"2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan Azərbaycan 44 gün davam edən müharibədə şanlı zəfər çaldı. Düşmənin illər boyu özü haqqında yaratdığı bütün mifləri ordumuz darmadağın etdi. Erməni faşistləri ərazilərimizdən qovuldular Azərbaycan torpaqlarının böyük bir hissəsi işğaldan azad edildi. Təbii ki, həmin dövrdə torpaqlarımızın hamısını azad edərək suverenliyimizi tam bərpa edə bilərdik. Amma müharibə davam edərdisə, itkilər daha çox ola bilərdi. Ona görə müdrik cəsarətli dövlət başçısı İlham Əliyev xalqımızda bütün tarixi torpaqlarımızı işğaldan azad edəcəyinə əminlik yaradaraq səbir nümayiş etdirdi", - deyə deputat bildirib.

Anar İsgəndərovun fikrincə, bəzi Qərb dövlətləri az qala Ermənistanı inandırmaq istəyirdilər ki, Azərbaycanla yeni müharibəyə başlasalar, onlara kömək edəcəklər qələbə qazanacaqlar. "Lakin onlar dərk edə bilmirdilər ki, Azərbaycana İlham Əliyev kimi qətiyyətli, cəsarətli, sözünün sahibi olan dövlət başçısı rəhbərlik edir. O, xalqı dəmir yumruq kimi birləşdirə bilib, güclü iqtisadiyyat formalaşdırıb, ölkə həqiqətlərini bütün dünyaya sübut edib. ən nəhayət, güclü bir ordunun Ali Baş Komandanıdır. Bu ordunun qarşısına heç kim çıxa bilməz, Azərbaycan Ordusu qalib ədalətli ordudur".

Müsahibimiz deyib ki,  bütün bunları qəbul edə bilməyən separatçılara dərs verməyin vaxtı çatmışdı. Ona görə Azərbaycan düşmənin bütün gücünü məhv etmək üçün antiterror tədbirləri keçirməyə başladı. Bu ilin sentyabrın 19-da ərazilərimizdə olan separatçı qüvvələri darmadağın etmək üçün ordumuza cəmi 23  saat kifayət etdi. Düşmən bayraq qaldırdı Azərbaycanın tarixi torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə digər kəndlərimiz işğaldan azad edildi.

Deputat onu da qeyd edib ki, bu həm Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə ən böyük töhfədir. Qarabağdakı separatçıların darmadağın edilməsi, ölkəmizin bütövləşdirilməsi Azərbaycanın suverenliyinin tam bərpa edilməsi xalqımıza verilən müjdədir.  Həmçinin bu, bir daha sübut edir ki, dövlət başçısı İlham Əliyev öz qətiyyəti, cəsarəti mərdliyi ilə dünya liderləri arasında böyük mövqeyə sahibidir.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.10.